N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə82/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   78   79   80   81   82   83   84   85   ...   90

 
limanlarının  iqlim  xüsusiyyətlərindən  (aylıq  və  yaxud  fəsillik) 
istifadə etmək faydalıdır.  
     Məntəqə  üzərində  və  marşrut  üzrə  küləyin  istiqaməti  və 
sürətinin proqnozları  hidrotermodinamika tənlikləri,  kompüterlərin 
köməyilə  qabaqcadan  hesablanmış  barik  topoqrafiya  xəritələri 
vasitəsilə tərtib edilirlər.  Qabaqcadan hesablamalar, adətən, 12, 18 
və  24  müddətlərində  850,  700,  500,  400,  300  və  200  hPa  səthlər 
üçün  aparılır.  Proqnostik  barik  topoqrafiya  xəritələri  üzrə 
küləklərin qabaqcadan hesablanması qradiyent küləklərin istiqamət 
və  sürətlərinin  təyin  olunmasından  ibarətdir.  Bunun  üçün 
aşağıdakıları yerinə yetirmək lazımdır: 
     a)  proqnoz  müddətlərinə  və  verilmiş  hündürlüklərə  uyğun  olan 
barik topoqrafiya xəritələri seçilir; 
     b)  seçilmiş  xəritələrdən  verilmiş  rayon  üçün  qradiyent 
xətkeşinin 
köməyilə 
geostrofik 
küləklərin 
sürəti 
(V


nomoqrammanın  köməyi  ilə  və  izohipslərin  əyrilik  radiusu 
vasitəsilə  hesablanır.  Əyrilik  radiusu  3000  km-dən  çox  və  yaxud 
geostrofik  küləyin  sürəti  60  km/saat-dan  az  olarsa,  onda  küləyin 
proqnoz  sürəti  olaraq  geostrofik  küləyin  tapılmış  qiyməti  qəbul 
edilir; 
     c) əgər əyrilik radiusu 3000 km-dən az, geostrofik küləyin sürəti 
isə    60  km/s-dan  çox  olarsa,  onda  onların  qiymətinə  görə  və 
izohipslərin  əyriliyindən  asılı  olaraq  geostrofik  sürətdən  qradiyent 
sürətə keçmək üçün K əmsalı müəyyən edilir: 
 
                                              V = KV
g
 , 
 
burada, 
     V

– geostrofik külək, K – əmsal. 
     d)  əgər  verilmiş  hündürlüklər  izobarik  səthin  hündürlüyündən 
çox  fərqlənmirsə,  onda  həmin  hündürlükdə  qradiyent  küləklər  iki 
bir-birinə  yaxın  izobarik  səthlər  arasında  interpolyasiya  yolu  ilə 
müəyyən edilir. 


 
     Böyük  məsafəli  hava  yolları üçün küləklərin  və eləcə də  başqa 
meteoroloji kəmiyyətlərin proqnozları yolun ayrı-ayrı hissələri üzrə 
tərtib edilir. 
     
Maksimal  külək  sahələri
  mərkəzlərinin  yerdəyişmə  proqnozu 
şırnaqlı axınların  səciyyəvi  nöqtələrinin  yerdəyişməsinin proqnozu 
kimi tərtib edilir. 
     Güclü 
küləklər 
bəzi 
təhlükəli 
meteoroloji 
hadisələrin 
yaranmasına  səbəb  olur.  Küləklərlə  bağlı  olan  atmosfer 
hadisələrinə  aşağıdakıları  qeyd  etmək  olar:  qasırğalar,  çovğunlar, 
toz  fırtınaları,  qum  fırtınaları  və  s..  Bütün  bu  adları  sadalanan 
təhlükəli  atmosfer  hadisələrinin  qabaqcadan  xəbər  verilməsi  və 
aviasiya  uçuşlarına  mənfi  təsirləri  onların  proqnoz  məsələlərinin 
daha yaxından tədqiqatını, öyrənilməsini labüd edir.   
     Qasırğa
 zamanı küləyin sürəti onun qradiyent sürətindən böyük 
olur və çox  vaxt 30-40 m/san təşkil edir.  Əgər qasırğalar atmosfer 
cəbhələrinin  keçməsi  nəticəsində  baş  verərsə,  bu  zaman  barik 
mərkəzlər  arasında  olan  fərqə  də  baxılmalıdır.  Qasırğanın  baş 
verməsi  tufan  və  leysanla  müşayiət  olunan  güclü  topa-yağış  (Cb) 
buludlarının  inkişafı  ilə  də  əlaqədardır.  Qasırğalar  qısamüddətli 
olmaqla,  çox  zaman  isə  bir  neçə  saat  ərzində  ötüb  keçirlər,  lakin 
təhlükəlidirlər,  keçdikləri  yerlərdə  böyük  dağıntılar  törədirlər. 
Qasırğalar 
kütlədaxili 
və 
cəbhə 
qasırğalarına
 
bölünürlər. 
Kütlədaxili  qasırğalar  tufan  inkişafında  isti,  dayanıqsız,  rütubətli 
hava  kütlələri  üçün  səciyyəvidir.  Cəbhə  qasırğaları  ən  çox  soyuq 
cəbhələr  və  soyuq  okklyuziya  cəbhələri  ilə  əlaqədar  olurlar. 
Qasırğalar,  xüsusilə,  cəbhə  dalğasının  isti  bölməsinin  təpəsi 
yaxınlığında tez-tez əmələ gəlir.  
    Aşağıdakı  sinoptik  şəraitlərdə  qasırğaların  baş  verməsi 
proqnozlaşdırıla bilər: 
    1.Yayda  şimal-şərqdən  cənub-qərbə  və  yaxud  şimaldan  cənuba 
istiqamətlənmiş  dalğa  şəkilli  soyuq  cəbhələrin  yerdəyişmələri 
zamanı; 
    2.Yüksək  barik  çuxurların  ön  (adətən,  şərq)  və  yaxud  yüksək 
barik  yalların  orta  hissələrində  izohipslərin  dağılması  müşahidə 
edilən ərazilərdə; 


 
    3.Sərhəd 
təbəqəsində 
bircins 
hava 
kütlələrində 
xüsusi 
rütubətliyin böyük         (10 q/kq və daha çox) olması zamanı; 
     4. Hava kütlələrinin rütubətli dayanıqsız olması zamanı; 
     5.  Soyuq  cəbhələr  önündə  yüksək  temperaturun  (30
0
C  və  daha 
çox) müşahidə edilməsi və soyuq cəbhələr arxasında təzyiqin xeyli 
yüksəlməsi  (3-5  hPa/3  saat  və  daha  çox).  Güclü  qasırğalar 
hündürlüklərdə yalnız güclü küləklər olduqda mümkündür. 
     Qış  dövründə  külək  gücləndikdə 
çovğunlar
  da  müşahidə  edilir. 
Aşağıdakı 
meteoroloji 
və 
sinoptik 
şəraitlərdə 
çovğunları 
proqnozlaşdırmaq mümkündür: 
Meteoroloji şəraitlər: 
     1. Mülayim və güclü küləklər; 
     2. Havanın temperaturunun mənfi olması; 
     3. Güclü küləklə birlikdə qarın yağması (ümumi çovğunlar); 
     4. Quru qar örtüyü, xüsusilə buz örtüyü üzərinə düşən qar. 
     Çovğunların proqnozu zamanı nəzərə alınmalı olan əsas 
sinoptik 
şəraitlər
 isə aşağıdakılardır: 
     1.  Siklonlar  və  güclənən  antisiklonlar  arasında  sərhəd  zonaları; 
burada barik qradiyent böyükdür və güclü küləklər müşahidə edilir; 
     2.  Şimala  və  şimal-şərqə  hərəkət  edən  cənub  siklonlarının 
çıxıntıları; 
     3.  Dərinləşən  siklonlar  barik  sistemində  cəbhə  yağıntıları  (qar) 
zonası; 
     4.  Siklonların  arxa  hissələri;  burada  dayanıqsız  hava 
kütlələrində güclü küləklə müşahidə edilən alçaq çovğunlar, leysan 
qar yağdıqda isə ümumi çovğunlar baş verir. 
     Toz  fırtınaları,
  adətən,  ilin  isti  dövrlərində  və  az  rütubətli  hava 
şəraitlərində  müşahidə  edilirlər.  Toz  (qum)  fırtınası  çovğunun 
analoqudur.  Onun  üfüqi  və  şaquli  ölçüləri  küləyin  gücündən  və 
turbulent  qarışmanın  intensivliyindən  asılıdır.  Toz  fırtınası 
çovğunlara  oxşar  prinsipdə  proqnoz  edilir,  burada  sadəcə  relyef, 
səth örtüyü və digər yerli şəraitlər mütləq nəzərə alınmalıdır. 
 
Turbulentliklərin sinoptik metodlarla proqnoz  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə