N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə44/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   41   42   43   44   45   46   47   48   49

4. Problemin həlli ilə bağlı “zərərçəkənlər”in çıxışları
5. Ən populist çıxış və onun alqışlanması
6. Populist çıxışın mənasızlığının aşkar olunması
7. Populist natiqlərin əməli hərəkətdən imtina etməsi
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 22-23), müxtəlif ba carıqların
yox lanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
Dərs 30. Ümumiləşdirici təkrar (2 saat)
Bu dərs müvafiq bölmədə reallaşdırılmış məzmun standartları üzrə ba ca -
rıq ların möhkəmləndirilməsi üçün nəzərdə tutulmuşdur. Tapşırıqlar dərslikdə
təqdim olunmuşdur. Sinfin səviyyəsinə uyğun olaraq müəllim başqa tapşırıqlar
da verə bilər. Yazı bacarıqlarının yoxlanılması üçün aşağıdakı mövzuda nəqli
xarakterli mətn – hekayə yazdırmaq tövsiyə olunur: “Vətən uğrunda ölüm
həyatın davamıdır (C.Cambul).
134

BÖLMƏ


V BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1-4-cü tapşırıqlar mətnlə bağlıdır.
PAXIL QONŞU
Bir nəfər özünə təzə, çox yaraşıqlı və səliqəli ev almışdı. Evin qabağında gözəl
meyvə bağı da var idi. Yaxınlıqdakı köhnə, çirkli, uçuq-sökük evdə isə paxıl bir
adam yaşayırdı. O, həmişə qonşusunun kefini pozmağa çalışırdı; gah evinin
qabağına zibil atır, gah gecə vaxtı səs-küy qoparıb yatmağa qoymurdu. Lakin
təzə evin sahibi sanki bunları hiss etmir, qonşusuna heç nə demirdi.
Bir gün həmin adam səhər tezdən oyanıb həmişəki kimi gözəl əhval-ruhiyyə
ilə bağçasına çıxdı. Amma qapının qabağında çirkab suyu ilə dolu vedrə gördü.
Suyu atdı, vedrəni tərtəmiz yudu, içinə ən böyük, yetişmiş, ləzzətli almalar yığıb
köhnə evə tərəf yollandı. 
Paxıl qonşu qapısının döyüldüyünü eşidəndə ... : “Axır ki onu özündən çıxara
bildim!” O, çoxdan gözlədiyi dava-dalaşın nəhayət ki  baş tutacağını düşünürdü.
Amma qapını açanda qonşu alma ilə dolu vedrəni ona uzadaraq gülərüzlə dedi:
“Buyur qonşu necə deyərlər, ... .”
1. III abzasın birinci cümləsini  kontekstə uyğun feillə bitirin:
A) səksəndi    B) qorxdu    C) şübhələndi     D) sevindi     E) kədərləndi
2. Mətni hansı atalar sözü ilə bitirmək olar?
A) borclu borclunun sağlığını istər
B) varını verən utanmaz
C) yaxın qonşu uzaq qohumdan yaxşıdır
D) qonşu qonşuya baxar, özünü oda yaxar
E) qonşuda bişər, bizə də düşər
3. Mətnin ideyasını əks etdirən atalar sözünü seçin.
A) Sirkə nə qədər tünd olsa, öz qabını çatladar.
B) Sözün düzünü zarafatla deyərlər.
C) Düşmən səni daşla, sən düşməni aşla.
D) “Ho” var dağa qaldırar, “ho” var dağdan endirər.
E) Özgəsinə quyu qazan özü düşər.
4. IV abzasda qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözləri müəy -
yənləşdirib durğu işarələrini bərpa edin.
5. Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlərin altından xətt
çəkin (durğu işarələri buraxılmışdır).
1. Bəlkə də mümkündür məni qınamaq,
Dünyanın bir üzü kədərdi qardaş.
Dəmirlər üstündə yumruq sınamaq
Bizim zəmanədə hədərdi qardaş. (Z.Vəfa)
135
DƏYƏRLƏR


2. Siz ey doğma dilində danışmağı ar bilən,
Bunu iftixar bilən
Fasonlu ədabazlar.
Ruhunuzu oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq vətən çörəyi sizlərə haram olsun. (B.Vahabzadə)
5. Cümlələrdə xitabları və əlavələrini müəyyən edin.
1. Gəl, ey sevimli yaz – dəli gəncliyim,
Günəşin eşqiylə çağlasın sular! (M.Müşfiq)
2. Şamaxı! Ey mənim sevimli yurdum,
Qoynunda özümə xaniman qurdum. (Xaqani)
3. Sevər – ox, zavallı bacım! Səadətini Tanrım qədər sevdiyim bir xalq bircə
səni də yaşada bilmədi. (C.Cabbarlı)
6. Verilmiş sözləri ara söz kimi cümlədə işlədin.
deyilənə görə, zənnimcə, yəqin ki, xülasə, təəssüf ki, birincisi
7. • Müvafiq söz artırmaqla cümlələri əlavəli üzvü olan cümləyə çevirin. 
• Nöqtələrin yerinə  əlavələrə uyğun cümlə üzvü artırıb yazın. Durğu işarələrini
bərpa edin.
1. ... qara qızılın dəyəri, əsasən, məhsulun tərkibinin nə qədər qatqısız ol -
masın  dan asılıdır.
2. ... Sovet İttifaqının ilk kosmonavtı Yeri tərk edib kosmosa uçanda hamını
bir məsələ narahat edirdi: “Görəsən, o, uçuşu başa çatdıra biləcəkmi?”
3. Bu gün yenə  televizorda ... Azərbaycan xalq mahnısının mənfur qonşu la -
rı mı zın ifasında səsləndirildiyi haqqında reportaj gedirdi.
4. ...  Azərbaycanın paytaxtında son dövrlər tikilən binaların hər biri bir me -
mar lıq abidəsidir.
5. Tarixi mövzuda “İsgəndərnamə” yazan ... böyük  Azərbaycan şairinin mə -
həb bət mövzusunda qələmə aldığı əsərlər də eyni dərəcədə sanballı və
dəyərlidir.
8. Xitab və ara sözlərin işlənmə yerinə görə durğu işarələrini bərpa edin.  
1. Atalar demişkən bu günün işini sabaha qoyma.
2. Bəlkə onun da oğlu qanlı döyüşlərdədir
Kim bilir bəlkə mənimlə bir dərddədir. (S.Rüstəm)
3. O nəfəsi səndən aldı ana torpaq ana torpaq. (S.Vurğun)
4. Gəlmişəm öpməyə torpağın yenə
Ey əziz torpağım cananım Təbriz. (S.Rüstəm)
5. Bilirsən Vidadi sözün doğrusu,
Olmaq istəmirəm vicdan oğrusu. (S.Vurğun)
136

BÖLMƏ


VI BÖLMƏ
TƏBİƏT
137
TƏBİƏT
Dərs 
№ 
Mövzu
Məzmun standartları
Saat
sayı
Dərslik 
səh.
MMV 
səh.
31.
“Qırmızı kitab” 
Müxtəsər və geniş cümlələr 
1.1.1, 2.2.3, 2.1.1,
3.1.1, 4.1.1
2
134-137 138-141
32.
Zəlzələ
Baş üzvlərin iştirakına görə
sadə cümlənin növləri
2.1.1. 2.2.2, 2.2.1,
3.1.1, 4.1.1
3
138-142 142-146
33.
Canlıların sirli
davranışları
Müəyyən şəxsli cümlələr
2.2.2, 2.2.3, 2.1.1,
1.1.1, 3.1.2, 1.2.4,
4.1.1
3
143-147 147-151
34.
Zəfəran qızıldan
qiymətlidir? 
Xəbər əsasında formalaşan
sadə cümlələr 
2.2.3, 2.1.1, 1.1.2,
3.1.1, 4.1.1
2
148-151 151-154
35.
Dağ yolu. Yollar
Adlıq cümlə
2.2.3, 2.1.2, 3.1.1,
4.1.1
3
152-154 155-157
36.
Ümumiləşdirici təkrar
2
155
157
Kiçik summativ
qiymətləndirmə
1
158-159
Böyük summativ
qiymətləndirmə
2
Yekun
18
saat


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə