N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə48/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   41   42   43   44   45   46   47   48   49

Təqdimat zamanı parçaların sonunda verilmiş mətndaxili suallara da diqqət
yönəltmək lazımdır.
1-ci mətndaxili sual: – Bəs şam özü bədii ədəbiyyatda obraz kimi necə çıxış
edir?
Sual cavablandırılarkən parçanın epiqrafında Xəstə Qasımdan verilmiş
nümunəyə istinad olunur (digər parçalar da seçmək olar). Xatırlatmaq lazımdır
ki, klassik və xalq şeiri nümunələrində lirik qəhrəmanlar iki tərəf – aşiq və
məşuq kimi təsvir edilirlər. Bu fikirlərə istinadən  pərvanənin aşiq kimi təsvir
edildiyi epizodda şamın rolunu müəyyənləşdirmək çətin olmaz.
Bundan başqa, M.Füzuli yaradıcılığında, xüsusən “Leyli və Məcnun” poe -
ma sında şamın məhəbbətdən yanıb əriməsi obrazlı ifadənin ən mükəmməl
nü munələrindən sayıla bilər.
Müasir ədəbiyyatda da şam obrazına tez-tez rast gəlmək olur. B.Va hab -
zadənin “Şam əgər yanmırsa, yaşamır demək...” misrasında şamın yanması
hə yat rəmzi kimi əks olunub.
2-ci mətndaxili tapşırıq: – “Dəvəquşu kimi başını quma soxub” məsəlinin
işləndiyi məqama dair həyatdan misallar gətirin.
Bu tapşırıq şagirddən məsəlin mahiyyətini anlamaq və onun işlənmə
məqamını müəyyənləşdirmək bacarığı tələb edir. Bunu müəyyənləşdirən
şagird öz təxəyyülünə görə həmin məsəlin işlənmə məqamına dair həyatdan
misallar gətirə bilər.
3-cü mətndaxili sual: – Belə epizodlara hansı filmlərdə rast gəlmisiniz?
Suala cavab vermək üçün şagirdlər müxtəlif film adları çəkə bilərlər.
Müəllim “Umka” filminin adını xatırlada bilər.
6-cı tapşırıqda mətnin məzmununa uyğun fərqli başlıq seçmək təklif edilir.
Müxtəlif başlıq səslənə bilər. Xatırlatmaq lazımdır ki, başlıq mətndən çıxan
nəticəni və müəllifin çatdırmaq istədiyi fikirləri əhatə etməlidir; məsələn: “Can -
lılar haqqında yanlış təsəvvürlər”.
Söz ehtiyatı
(St. 2.1.1) 
4-cü tapşırıq. Lüğətdən istifadə etməklə “koordinasiya”, “trayek-
toriya”, “ma ta dor” sozlərinin mənası araşdırılır. “Koordinasiya”, “trayektoriya”
sözləri müxtəlif söz birləşmələri daxilində işlədilir (“koordinasiya nöqtəsi”,
“trayektoriya ilə hərəkət etmək” və s.). “Matador” sözünün İspaniyada və bir
sıra ispandilli ölkələrdə geniş korrida döyüş-tamaşası ilə bağlı olduğu bildirilir.
Dinləmə
(St. 1.1.1) 
Sual: – Başqa hansı canlıların sirli davranışları haqqında xəbə -
riniz var?
Şagirdlər oxuduqlarından və gördüklərindən rəngini dəyişən buqələmun,
dənizdə insanlara kömək edən delfin, bədbəxtlik gətirən bayquş, ağlayan tim-
sah, rəqs edən ilan haqqında biliklərini nümayiş etdirə bilərlər.
148
VI 
BÖLMƏ


Sual: – Bəs yarasalar haqqında nə bilirsiniz? Onlar qaranlıq gecədə
uçarkən istiqaməti necə müəyyən edirlər? (BİBÖ cədvəli qurula bilər)
Şagirdlərin cavablarından sonra aşağıdakı mətn səsləndirilir. Şagirdlərə
tapşırılır ki, dinlədikləri mətndə yarasa ilə bağlı bilmək istədikləri məlumatlara
rast gəldikcə onları, eləcə də sual doğuran məqamları aşağıdakı cədvəldə
qeyd etsinlər:
YARASALARIN GÖZLƏRİ GÖRMÜR?
Yarasalar, adətən, gündüzlər başıaşağı sallanıb yatır, gecələr ova çıxırlar.
Gecənin qaranlığında isə mağarada, qayalıqda, ya meşədə gözləri
yarasaların karına gəlmir. Uçuş istiqamətini onlar əks-səda lokatoru, yaxud
“sonar” adlanan unikal naviqasiya sistemi vasitəsilə müəyyənləşdirirlər.
Yarasalar insan qulağının tuta bilmədiyi ultrasəslər buraxırlar. Səs ətrafdakı
daşlara, ağaclara, əşyalara, canlılara dəyib geri qayıdır. Əks-səda yarasanın
olduqca həssas qulaqlarına çatan kimi o, nəyin harada, hansı məsafədə
olduğunu “görür”. Hətta yemək üçün axtardığı həşəratların hansı səmtdə,
hansı sürətlə uçduğunu da hesablayır. 
Amma bu o demək deyil ki, yarasaların ümumiyyətlə gözlə görmə qabiliy -
yəti yoxdur. Yarasalar görürlər və günün işıqlı vaxtı heç də həmişə fasiləsiz
olaraq yatmırlar; oyaq qalanda, hərəkət edəndə asanlıqla lokatorsuz
keçinirlər, sadəcə, çalışırlar ki, insanların gözlərinə görünməsinlər. 
Planetimizdə mövcud olan yüzlərlə yarasa növündən biri də kor deyil.
Əksər yarasaların gözləri balaca və dardır. Bəzilərinin isə, məsələn, “uçan
itlər” adlandırılan nəhəng yarasaların iri və çox iti gözləri var, heç gecələr də
lokatora ehtiyac duymurlar. Onlar, əsasən, meyvə ilə qidalanırlar. Meyvələr
isə həşəratlardan fərqli olaraq hərəkət etmir, onları sonar vasitəsilə tapıb
başqa əşyalardan fərqləndirmək çətindir. “Uçan buldoqlar” su quşlarından heç
də pis görmürlər, onlar məharətli balıq ovçularıdırlar. Məmə lilərin qanı ilə qi-
dalanan yeganə yarasa növü – vampirlər 120 metr məsafədən inəyi seçə
bilirlər. Yeri gəlmişkən, yarasalar özləri də məməlilər sinfinə aiddirlər və bu
sinfin ucmağa qadir olan yeganə nümayəndələridir. 
Dinləmə mətninin mənimsənilməsini yoxlamaq üçün suallar verilir və bu
mətnin dərslikdəki mətnlə məzmun əlaqəsi müəyyənləşdirilir.
Yazı
(St. 3.1.2) 
Şagirdlər iki qrupa bölünür və hər qrupa evdə işləmək və
təqdimat hazırlamaq üçün tapşırıqlar verilir.
Bilmək istədiklərim
Məndə sual doğuran məqamlar
149
TƏBİƏT


150
VI 
BÖLMƏ
1-ci qrup: Vampir yarasalarla bağlı araşdırma aparmaq və ədəbiyyatda
vampir obrazı ilə bu yarasaların bağlılığını araşdırmaq
Fəndaxili inteqrasiya (
(St. 3.1.2,  2.1.1)
2-ci qrup: Korrida döyüşü haq -
qın da məlumat toplamaq və bu döyüşlə bağlı terminlərin izahını vermək.
Müəllimin nəzərinə!
1-ci tapşırıqla bağlı şagirdlərə İrlandiya yazıçısı Brem Stokerin “Qraf
Drakula” əsərini oxumaq tövsiyə oluna bilər.
Korrida döyüşü ilə bağlı bir neçə termin (matador, pikador, banderilyer,
muleta, tersiya və s.) var ki, onların mənasını bilmək şagirdlərin söz
ehtiyatını artıra, dünyagörüşünü genişləndirə bilər. 
Danışma
(St. 1.2.4) 
2-ci qrupun təqdimatından sonra korrida döyüşü ilə bağlı debat
keçirmək olar:
TezisKorrida döyüşünü qadağan etmək lazımdır (öküzün öldürülməsi ilə
müşayiət olunan bu döyüş-tamaşa insanlara qəddarlıq aşılayır).
AntitezisKorrida döyüşünü qadağan etmək olmaz (bu döyüş ispanların
qədim milli adət-ənənələri ilə bağlıdır).
Dil qaydaları
(St. 4.1.1)
7-ci tapşırıq mətndə göy rənglə verilmiş cümlələri sintaktik təhlil
etməklə onların fərqli xüsusiyyətlərini müəyyənləşdirməyi tələb edir. Məlum
olur ki, 1-ci cümlədə baş üzvlərdən yalnız xəbər, ikinci cümlədə isə hər iki baş
üzv iştirak edir. Sual qoyulur:
– Bu cümlələr bir-birindən hansı xüsusiyyətinə görə fərqlənir?
Nəzəri məlumatla tanışlıqdan sonra 8-ci tapşırıq üzərində iş aparılır.
Şagirdlər müəyyənləşdirməlidirlər ki, aşağıdakı cümlələrdə mübtəda iştirak
etməsə də, subyekti – mübtədanı asanlıqla bərpa etmək mümkün olduğuna
görə müəyyən şəxsli cümlələrdir:
1. İndi də sizin əleyhinizə material toplayır.
3. Həmişə Kəpəz dağının aşağısında olan Maralgölü görmək istəmişəm.
4. İndi Antarktidada buzların əriməsi səbəbini araşdırırıq.
2 və 5-ci cümlələrdə isə bu bərpa mümkün olmadığına görə müəyyən
şəxsli cümlə hesab edilmir.
9-cu tapşırığın tələbinə görə, müəyyən şəxsli cümlələrin müxtəsər və ya
geniş cüm lə olduğu müəyyən edilməlidir. Sintaktik təhlildən sonra məlum olur
ki, 2-ci cümlədən başqa bütün cümlələr müəyyən şəxsli geniş cümlələrdir. 
10-cu tapşırıqda bir neçə cümlənin içərisindən müəyyən şəxsli cümləni
seçmək nəzərdə tutulur. Cümlələr içərisində yalnız bir cümlə bu tələbə cavab
verir (“Bütün gülləri bir-bir qoxladım, iyini qəlbimə çəkdim”). Mübtədası bu ra -
xılmış olsa da, xəbərlik şəkilçisi (I şəxs tək) mübtədanı asanlıqla bərpa et -
məyə imkan verir.


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə