N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə2/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   2   3   4   5   6   7   8   9   ...   49

c) dərslikdə verilmiş materialları daha dərindən mənimsətmək üçün ən
uyğun hesab olunan üsul və texnikalar tövsiyə etmək.
Müəlliflər tərəfindən belə plan laş dı rma təklif edilir (3 saatlıq dərslərdə):
I saat: Oxu – Bu mərhələdə mətnin qavranılması üzərində iş aparılmalıdır.
Bura söz ehtiyatının artırılması, sual və tapşırıqlar vasitəsilə mətnin məz mu -
nu nun qavranılması, əsas fikrin müəyyənləşdirilməsi və s. daxildir.
II saat – Özünüifadə üçün nəzərdə tutulur. 1-ci saatda oxunmuş mətnin məz -
mun və ideyasından çıxış edərək şifahi və yazılı nitq bacarıqları inkişaf etdirilir. 
III dərs – Dil qaydaları üçün nəzərdə tutulmuşdur. 
Müəllimlərə kömək məqsədilə bir dərsin icmal nümunəsi hazırlanmış və
vəsaitin 16-21-ci səhifələrində təqdim olunmuşdur.
Məzmun xətləri
Oxu. Beynəlxalq təcrübəyə istinadən demək olar ki, oxu bacarığının inkişaf
etdirilməsi təhsilin və qiymətləndirmənin ən vacib komponentlərindən biridir.
Bu komponent artıq nitq bacarıqları çərçivəsindən çıxmış, öyrənənin intellek-
tini inkişaf etdirmək və qiymətləndirmək üçün əsas vasitəyə çevrilmişdir. Məhz
buna görə də oxu üzrə qiymətləndirmə, əsasən, elmi-kütləvi mətnlər əsa sında
aparılır. Elmin müəyyən sahələri üzrə hər bir intellektual insana lazım olan
minimum biliklərə və terminologiyaya yiyələnmədən bu mətnləri oxuyub qav -
ra maq mümkün deyil. Sözsüz ki, hər bir yaş qrupu üçün seçilən mətnin çətinlik
dərəcəsinə diqqət yetirmək lazımdır. Odur ki müəllimlərə təqdim olunan bu
dərslik komplekti üçün oxu və dinləmə mətnləri seçilərkən digər fənlər üzrə
kurikulum standartları nəzərə alınmışdır.
Artıq bir neçə ildir ki, Azərbaycan dili dərsliklərində oxu üzrə standartları
real laşdırmaq üçün bədii və elmi-kütləvi mətnlər verilir. Şagirdlərdə sillogizm
qur maqla mətndəki məlumatlardan nəticələr çıxarmaq, əldə olunmuş infor -
masiyanı ümumiləşdirmək, qruplaşdırmaq kimi baca rıq lar formalaş dırıl mışdır.
VIII sinifdə də oxu mətnləri üzərində aparılan iş bu istiqa mə tə yönəldilmişdir.
Bu sinifdə oxu üzrə standartlar, əsasən, mətnin hissələri arasındakı əlaqəni
müəyyənləşdirmək və şərh etmək, məlumatları və mühakimələri  real həyatla
əlaqələndirmək bacarıqlarını əhatə edir.
Yazı. VIII sinfə qədər şagirdlər artıq müxtəlif yazı tipləri, onların yazılma
prinsipləri (hissələri və s.) haqqında məlumat almışlar. Bu il də həmin ba ca -
rıq ların inkişafı davam etdirilərək müxtəliftipli yazılar yazmaq tələb olunur (st.
3.1.1). MMV-də müəllimə kömək məqsədilə yazılması tapşırılmış hər mətnin
nü munəsi verilmişdir. Mətnin tipinin mahiyyəti qalmaq şərti ilə şagirdlər fi -
kirlərini müxtəlif cür ifadə edə bilərlər. Çalışmaq lazımdır ki, fikirlərin
müxtəlifliyi, onların ifadə formasının zənginliyi təmin olunsun. 
6
GİRİŞ


Yazının yoxlanılması zamanı yazılma üsulunu nəzərə almaq lazımdır. Belə
ki, cəld yazı üsulu ilə yazılmış mətndə daha çox fikrin necə ifadə olunmasına
fikir verilməlidirsə, essedə bununla yanaşı, orfoqrafik və qrammatik qaydalar
da yoxlanılmalıdır. 
Bunlardan əlavə, həmişəki kimi şagirdlərə təqdimatlar, müxtəlif layihələr
hazırlamaq tapşırılmışdır. Təqdimat ənənəvi şəkildə: kağız üzərində (divar
qəzeti və s.) və elektron şəkildə hazırlana bilər. İKT imkanı olan siniflərdə
təqdimatların müxtəlif mənbələrdən istifadə etməklə elektron şəkildə
hazırlanması tövsiyə olunur. Bu, informatika fənni ilə inteqrasiya yaratmaqla
yanaşı, şagirdlərin bilik və bacarıqlarını müasir tə ləb lərə uyğun şəkildə nü -
mayiş etdirməyə şərait yaradır, dərsləri daha rəngarəng və şagirdlər üçün
cəlbedici edir. Müəllimlərə tövsiyə olunur ki, bu cür dərslərdə şagirdlər arasında
işi elə paylaşdırsınlar ki, təqdimatların çox böyük hissəsini (yaxşı olardı ki,
hamısını) yoxlaya və qiymətləndirə bilsinlər. 
Xatırladaq ki, təqdimatın formatının tələbləri və qiymətləndirmə meyarları
əvvəlcədən şagirdlərə elan olunmalıdır. Məsələn, şagirdlərin nəzərinə
çatdırılmalıdır ki,  kompüter vasitəsilə ha zır lanan təqdimatda məlumatın ümu -
miləş dirilməsi, qruplaşdırılması, qısa, lakonik, aydın ifadə edilməsindən əlavə,
tex niki tələblərə də (slaydlarda məlumatlar daha çox cədvəl və sxemlərlə veril -
məlidir, açar sözlərdən istifadə olunmalıdır və s.) riayət etməlidirlər. Ha zır -
lanan bütün məlumatlar slaydlarda yerləşdirilməməli, əsasən, şifahi şəkildə
ötü rülməlidir. Divar qəzeti şəklində hazırlanmış təq di matlarda da həmçinin
fikirlər qısa, lakonik və aydın şəkildə ifadə olunmalıdır. 
Dinləyib-anlama və danışma. VIII sinif standartları sual vermək (st. 1.1.1),
auditoriyanın səviyyəsinə uyğun ifadə forması seçmək (st. 1.2.1), əldə etdiyi
informasiyanı həyatla əlaqələndirmək (st. 2.2.3)  və s. bu kimi mühüm ba -
carıqların formalaşdırılmasına şərait yaradır. Sual verə bilmək bacarığı şagird
üçün ən vacib bacarıqlardan biridir. Ümumiy yətlə, sual verməklə şagird diq -
qət lə dinlədiyini və ya oxuduğunu – bir sözlə, aldığı informasiyaya həssas
yanaşdığını nümayiş etdirir. Suallar, adətən, dinlənilən mətndəki qaranlıq
məqamlarla bağlı yaranır. Sualın yaranmasına digər səbəb isə şagirdin
mətndəki mə lu mat lardan əlavə informasiya almaq istəyidir. Lakin şagirdlərin
əksəriyyətində sual ver mək kompleksi var. Onlara elə gələ bilər ki, vermək
istədikləri sual çox primitivdir, başqaları bunu bilir, buna görə də sual verməklə
onların gö 
zündə savadsız kimi görünə bilər. Bəlkə də, bu belədir, lakin
istənilən halda şagirdləri sual verməyə həvəsləndirmək lazımdır. Bu məqsədlə
tez-tez əvvəlki siniflərdə şərh olunmuş sual müsabiqələrini tətbiq etmək olar.
Şagird şifahi şəkildə əldə edilmiş məlumatı düzgün qavramağı, məlumatları
əsas və ikincidərəcəli olmaqla təsnif etməyi bacarmalıdır. Eyni zamanda in -
formasiyanın özü üçün nə dərəcədə əhəmiyyət daşıdığını da müəyyənləş dir -
məlidir. 
7


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə