MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə251/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   248   249   250   251   252   253   254   255   256

____________Milli Kitabxana____________

591


dirdi. Azərbaycan od tutub yanırdı, parçalanırdı. Bir tərəfdən Gəncədə bir dəstə,

digər tərəfdən Lənkəranda bir dəstə, başqa tərəfdən, ayrı bölgələrdə dəstələr

peyda olmuşdu. Azərbaycan dağılıb gedirdi. Azərbaycanı bu şəraitə gətirib

salanlardan biri olan İsa Qəmbərov üç saat mənim özümdən xahiş edib ki, gəlin,

respublikanı bu vəziyyətdən çıxarın. Mən dedim ki, gələ bilmərəm, çünki siz

Azərbaycanı çox pis vəziyyətə salmısınız. Əbülfəz Elçibəy üç-dörd gün mənimlə

danışıqlar apardı. Onlar bir həftə çalışdılar ki, məni Naxçıvandan buraya

gətirsinlər. Mən də gəlib onların düz üzünə dedim ki, siz Azərbaycanı

dağıtmısınız. Özləri istefa verdilər. İsa Qəmbərov da, Pənah Hüseynov da istefa

verdi.


Pənah Hüseynov qaçıb aradan çıxdı, on bir aydır gizlənir, bilən yoxdur,

haradadır. Biri deyir xaricdədir, biri deyir filan yerdədir. Əgər düz adamdırsa,

niyə qaçıb aradan çıxır? Əbülfəz Elçibəy də buradan qaçdı, on bir aydır ki, Kələki

kəndində oturub, orada hərdənbir danışıqlar aparır, camaatı çaşdırır. Yaxşı, əgər

hakimiyyət sizdə idisə və siz də onu saxlaya bilmədinizsə, Azərbaycanı vətəndaş

müharibəsi vəziyyətinə gətirib çıxardınızsa, ölkəni dağıtdınızsa, bəs indi nə

istəyirsiniz?! Bu xalqdan nə istəyirsiniz? Niyə camaatı çaşdırmağa can atırsınız?

Gedin yerinizdə sakitcə oturun, bəlkə cəzadan xilas oldunuz.

Tofiq Qasımov. Bunu gətirib xarici işlər naziri qoymuşdular. İndi orada-

burada elə hey danışır. Başqa bir söz deyə bilmərəm. Onun bir dəfə belə normal

danışdığını görmək olmaz. İndi gəlib atılıb meydana. Yaxşı, son bir il xarici işlər

naziri oldun, bu bir ildə Azərbaycanın xarici siyasətini qura bilmədin. Məhz sən

xarici işlər naziri olan dövrdə ABŞ konqresi Azərbaycan üçün humanitar yardıma

embarqo qoydu. Sən heç nəyə nail ola bilmədin. Azərbaycanın bir sıra dövlətlərlə

münasibətləri korlandı. İndi de görək, nə iş görmüsən? Heç bir iş görməmisən!

Belə bir halda sən nə istəyirsən?

Mən daha başqalarının adlarını çəkmək istəmirəm. Bunlar guya bu gün, ya da

sabah mitinq keçirmək istəyirlər. Bəli, İsa Qəmbərov məktub yazır ki, mən mayın

28-də Azadlıq meydanında mitinq keçirmək istəyirəm. Nə münasibətlə? İstiqlal

günü münasibətilə! Bu İstiqlal günü məgər sənə məxsusdur?! 28 May

Azərbaycan xalqının İstiqlal bayramıdır. Bu, xalqımızın bayramıdır. Azərbaycan

dövlətinin bayramıdır. Ona görə də dövlət bu bayrama lazımi hazırlıq görür və

onu layiqincə qeyd edəcəkdir. Lakin hansısa bir təşkilatın gəlib bu bayramı

xüsusi keçirməsi, yaxud da özünü dövlətdən ayırması hansı qanun-qaydaya

uyğundur? Bunların heç birisi yaramaz. Bütün bunlar xalqın indiki ağır şəraitdə

yaşadığı dövrdə, bu vəziyyətdən çıxmaq üçün yollar axtardığımız vaxtda,

müharibəyə son qoymaq əzmində olduğumuz halda aranı vurmaq, sabitliyi

pozmaq, müharibəni davam etdirmək deməkdir, çünki nə qədər ki, müharibə var,

o vaxta qədər də onlar var. Nə qədər ki, müharibə var, onlar bundan istifadə

edərək öz şəxsi məqsədlərinə çatmağa can atırlar. Müharibə qurtarandan sonra

bunlar olmayacaqlar. Amma onlar bu gün də xalq üçün yoxdurlar.



____________Milli Kitabxana____________

592


Bu fikirləri sizə çatdırmaqla yanaşı, onlara xəbərdarlıq edirəm: Mən bir

prezident kimi bütün Azərbaycan xalqını, əhalinin bütün təbəqələrini, bütün

siyasi qüvvələri, bütün partiyaları, bütün təşkilatları milli həmrəyliyə, vətəndaş

həmrəyliyinə dəvət etmişəm və dəvət edirəm. Milli həmrəylik, vətəndaş

həmrəyliyi ancaq Azərbaycanın xalq tərəfindən seçilmiş qanuni prezidenti

ətrafında ola bilər. Bu həmrəylik başqa bir şəkildə ola bilməz! Kim milli

həmrəyliyə həqiqətən qoşulmaq istəyirsə gəlsin bizimlə əməkdaşlıq etsin. Mən

hər bir kəslə əməkdaşlıq etməyə hazıram. Xalqın milli mənafeyi naminə, xalqı bu

vəziyyətdən çıxarmaq naminə! Kim bu yolda kiçik bir müsbət addım atarsa, mən

onu bəyənməyə, təqdir etməyə hazıram. Amma ayrı-ayrı dəstələrin qruplaşıb

özlərinə bir mərkəz yaratmasına, yaxud Azərbaycan dövlətinə qarşı sui-qəsd

etməsinə və ya təxribat törətməsinə, habelə özləri demişkən, kütləvi aksiyalar

təşkil etməsinə yol verməyəcəyəm, Azərbaycan dövlətinin qanunları çərçivəsində

mən bunlara qarşı lazımi tədbirlər görəcəyəm və ümidvaram ki, Azərbaycan xalqı

daim məni müdafiə edəcəkdir.

Mən bu məsələləri sizə geniş çatdırmaq istədim. Güman edirəm ki, fikirlərim

bu axşam televiziya vasitəsilə Azərbaycan xalqına çatdırılacaqdır. Ona görə ki,

bizim indi apardığımız siyasət, necə deyərlər, çox mürəkkəb yolla gedir. Onu

bilin. Demək olar ki, biz nazik bir sapın üstü ilə gedirik. Odur ki, biz gərək bu

siyasəti o qədər ağılla, o qədər məharətlə aparaq ki, Azərbaycanın milli

mənafeləri müdafiə olunsun, ərazi bütövlüyümüz təmin edilsin və Azərbaycan

müharibə şəraitindən çıxsın. Bəziləri deyir ki, müharibə aparaq, 5-6 il də vuruşaq.

Amma belələrinin özləri burada oturub, müharibəyə getmir.

Mən sizə deyə bilərəm ki, bu son iki gündə, xüsusən mayın 18-də Milli

Məclisdə onlar özlərini ədəbsiz apardıqlarına görə, mənə minlərlə teleqram gəlir.

Bu teleqramların əksəriyyəti Qarabağ bölgəsindən  Ağdamdan, Bərdədən,

Ağcabədidən, Goranboydan, bütün cəbhə bölgələrindən göndərilir. Hamı da

məndən tələb edirlər ki, icazə verin, biz gəlib Bakıda bəzi siyasətbazlarla özümüz

haqq-hesab çəkək. Orada xalqın yüzlərlə nümayəndəsi icra hakimiyyətlərinin

binaları qarşısına toplaşıb deyir ki, bizə şərait yaradın, gedək Bakıya, prezidentə

münasibətimizi bildirək və o adamlara öz sözümüzü deyək.

Mən hamıya deyirəm ki, heç bir qarışıqlıq salmaq lazım deyil; o adamların

cavabını biz özümüz veririk. O ki qaldı sizin bu həmrəyliyinizə, teleqramlarınıza,

mən onlara görə sizə minnətdaram. Azərbaycanın ictimai rəyi mənə məlumdur.

Azərbaycan xalqı bu adamların çirkin hərəkətinə nifrət edir. Lakin onlar əvvəllər

bəzən belə zorakı, ağılsız hərəkət edərək bəzi məsələlərə nail olduqlarına görə

güman edirlər ki, bu, indi də ola bilər. İndi bu mümkün deyil. Mən bu sözləri ona

görə deyirəm ki, onları tutduqları yoldan çəkindirim, başa düşsünlər ki, düz yolla

getməlidirlər. Düz yolla gedərlərsə,Cəmiyyətdə öz yerlərini tutacaqlar. Yox, əgər

belə hərəkət edəcəklərsə, Azərbaycanın dövləti var və dövlətçiliyimiz qorunacaq,

Azərbaycan qanunları tətbiq



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə