MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə250/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   246   247   248   249   250   251   252   253   ...   256

____________Milli Kitabxana____________

589


fiə etmək istəyir. Azərbaycan xalqı özünü müdafiə etmək üçün prezident

seçmişdir, prezident də xalqın təhlükəsizliyinin təminatçısıdır, onun hüquqlarının

qorunmasının təminatçısıdır. Azərbaycan torpaqlarının toxunulmazlığının

təminatçısıdır. Bəs onlara kim belə səlahiyyət veribdir? Hansı əsasla? Axı əslində

kimdir onlar?

Bilirsinizmi, mən onların haqqında heç nə demək istəmirəm, çünki onların

səviyyəsinə enmək fikrində deyiləm (Yerdən_səslər'>Yerdən səslər: millət bilir). Düz deyirsən

qardaş, millət bilir. Mən onların səviyyəsinə enmək istəmirəm. Çünki onlar

lazımi səviyyəyə qalxmaq üçün, əgər düz yolla getsələr, hələ 10-15 il fəaliyyət

göstərməlidirlər. Onlar heç bir təcrübəsi olmayan adamlardır. İndi hərəsi özünə

bir partiya düzəldib. Biz demokratiyaya yol açmışıq, partiyalar var. Etirazımız

yoxdur, qoy fəaliyyət göstərsinlər. Azərbaycanda 40-dan artıq partiya qeydə

alınıb, bəzi qəzetlər ağızlarına gələni yazır,

xalq bunlara fikir vermir, çünki

inanmır, böhtan atırlar. Bütün bunlara dözmək olar. Demokratiya, siyasi

plüralizm nöqteyi-nəzərindən mən bunlara etiraz etmirəm və gələcəkdə də

etməyəcəyəm. Amma böhtançılığa, xalqı aldatmağa, cinayətə sövq etməyə yol

verməyəcəyəm və bu barədə hamıya xəbərdarlıq edirəm.

Mən Etibar Məmmədova həmişə hörmət etmişəm. Amma görürəm ki, burada

sizin onun haqqında fikriniz pisdir (Yerdən səslər: O, bizi çollərdə qoyub).

Bilirəm, siz bunu onun özünə deyərsiniz. Bir gənc kimi, müəyyən qədər siyasi

fəaliyyət göstərdiyinə görə mən ona həmişə hörmətlə yanaşmışam. Lakin qoy

Etibar Məmmədov eşitsin və anlasın ki,

o, mənim hörmətimi

qiymətləndirməlidir. Çünki onun iddialarla yaşamağa hələ heç bir mənəvi haqqı

yoxdur. O, son üç-dörd ildə qarşısına bir məqsəd qoymuşdur: Nəyin bahasına

olursa-olsun hakimiyyətə gəlmək. Yaxşı, hakimiyyətə gəlmək istəyirdinsə,

vaxtilə prezident seçkiləri keçirildi. Əbülfəz Elçibəy, Nizami Süleymanov,

təxminən yeddi nəfər, o cümlədən də Etibar Məmmədov namizədliyini irəli

sürmüşdü. Seçilərdi, gəlib olardı prezident. Əbülfəz Elçibəyi guya seçdilər. Bəli,

guya, nə isə, seçdilər, o da oldu prezident. Bu da başladı onun əleyhinə işləməyə.

Məqsədi də gəlib prezident olmaq idi.

Əbülfəz Elçibəy öz-özünə yıxıldı, aradan çıxıb qaçdı. (Yerdən səslər: Bizi

qoydu qaçdı). Bəli, qoyub qaçdı. O qaçandan sonra mən Etibar Məmmədovu işə

cəlb etmək istədim. Siz bunu bilirsiniz. Mən onu yanıma çağırıb təklif etdim ki,

gəl, xariçi işlər naziri işlə. Dedi yox, bu vəzifə mənim üçün azdır. Dedim onda

dövlət katibi ol. Dedi yox, bu vəzifə də mənim üçün azdır. Yaxşı, onda gəl səni

baş nazirin birinci müavini qoyaq. Dedi yox, bu da mənim üçün azdır. Bəlkə Ali

Sovetin sədrinin birinci müavini qoyaq? Yox, bu da mənim üçün azdır. Dedim,

bəs sən nə istəyirsən? Deyir, siz gərək məni baş nazir vəzifəsinə qoyaydınız,

amma bu vəzifəyə Surət Hüseynovu təyin etdiniz. Dedim, bu mənim işimdir. Bir

halda ki, xalq mənə inanıb, mən onu baş nazir qoymuşam. Baş nazir vəzifəsi artıq

tutulub, amma ondan bir pillə aşağı olan bir neçə vəzifə təklif edirəm. (Yerdən

səslər: Ona ancaq və-



____________Milli Kitabxana____________

590


zifə lazımdır). Bir görün, mənə sonra nə deyir: Siz gəlin, xarici işlər naziri,

iqtisadi əlaqələr naziri, dövlət katibi vəzifələrini birləşdirin, Dövlət Neft Şirkətini

də buraya əlavə edin və bir vəzifə yaradın, onu da mənə verin. Bilirsiniz, mən ona

baxdım və dedim ki, axı sən hələ bir yerdə bir ağac da əkməmisən, bir arxa su

gətirməmisən, bir daşı bir daşın üstünə qoymamısan, bəs səndə bu qədər iddia

haradandır? Ona dedim ki, mən belə şeyi edə bilmərəm. Amma bu vəzifələrdən

hansını istəyirsənsə, gəl seç, götür. Məqsədim də sağlam məqsəd idi. Düşündüm

ki, cavan adamdır, siyasətə qoşulub, gəlib bu vəzifələrdən birində işləsin, təcrübə

toplasın. Bəlkə gələcəkdə bundan bir xadim çıxdı. Amma gördüm ki, yox, bu,

allahlıq iddiasındadır. Çıxıb getdi. Bütün bunlara baxmayaraq, mən onunla

normal münasibət saxlayırdım.

Bu yaxınlarda mənə zəng vurdu ki, sizinlə görüşmək istəyirəm. Dedim vaxtım

yoxdur. Təkid etdi, dedi ki, Türkiyəyə gedirəm. İki gündən bir Türkiyəyə gedir,

heç bilmirsən oraya nəyə gedib-gəlir. Müxtəsəri, dedim, yaxşı, gəl. Nə isə, gəldi.

Bəzi məsələlərdən danışdıq. Sonra gedib qəzetində yazır ki, Heydər Əliyevə mən

bunu dedim, onu dedim. Yazır ki, o vaxtlar Heydər Əliyev mənə vəzifə təklif

etdi, amma mən getmədim. Yalan deyir. O, mən təklif etdiyim vəzifədən artıq

vəzifə istəyirdi. Baş nazir olmaq, ya da xüsusi bir vəzifə istəyirdi. İndi mən

belələri ilə əməkdaşlıq etmək istəyirəm. Amma belələri ilə necə əməkdaşlıq

edəsən.


İndi bu adam onları başına yığıb. Halbuki onlar bir-biri ilə vuruşurdular.

Məsələn, vaxtilə İsgəndər Həmidovla bu Etibar Məmmədov vuruşurdu.

Yadımdadır, Əbülfəz Elçibəy prezident idi və o vaxt mən Naxçıvanda

yaşayırdım. Bir dəfə, yadımda deyil, ya dövlət katibi, ya da baş nazir olan Pənah

Hüseynov Etibar Məmmədovun partiyasının nümayəndələri ilə televiziya ilə

dialoq aparırdı. Bu zaman İsgəndər Həmidov gəlib telestudiyada dialoq gedən

salona daxil oldu, xuliqanlıq etdi, bunları soydü, hamını qovub dağıtdı. Amma o

vaxtlar Azərbaycanda bir rəhbərlik yox idi ki, İsgəndər Həmidovu bu

xuliqanlığına görə cəzalandırsın. Olan olub, keçən keçib. Nə etmək olar. O vaxt

düşmən idilər. Amma indi Etibar Məmmədov gedib İsgəndər Həmidovla birləşib

ki, gəlin, bu iqtidara qarşı mübarizə aparaq.

Bəs bu İsgəndər Həmidov kimdir? Onu siz yaxşı tanıyırsınız. Özü də heç bir

əsası olmadan, heç bir xidməti olmadan gəlib ortaya düşüb, özünə də bir "Boz

qurd" partiyası yaradıb. Birincisi, bu "Boz qurd" partiyası nə partiyadır? İkincisi,

bu partiya vəsaiti haradan alır? Qəzet çıxarır, yalan-yalan şeylər yazır. Bu

İsgəndər Həmidov indi də gəlib ki, mən mitinq keçirəcəyəm.

Yaxud götürək İsa Qəmbərovu. O əyri yolla, düz yolla, Allah bilir, hansı yolla

Ali Sovetin sədri oldu. Yaxşı, işləyə bilmədin, qardaş, çıxıb qaçdın. Keçən il iyun

ayının 11-də özü istefa verdi ki, mən işləyə bilmirəm. Nə üçün? Çünki

Azərbaycanı gətirib vətəndaş müharibəsi vəziyyətinə çıxartdılar. Düz bir il

bundan qabaq, keçən ilin may ayında iyunun əvvəllərində Azərbaycanda artıq

vətəndaş  müharibəsi başlanmışdı, qardaş qırğını ge-




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   246   247   248   249   250   251   252   253   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə