MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə249/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   245   246   247   248   249   250   251   252   ...   256

____________Milli Kitabxana____________

587


Azərbaycan Ordusunun əsgər və zabitləri torpağımız uğrunda canlarından

keçmişlər. Ermənilər mayın 1-də Tərtəri tutmaq, sonra Bərdəyə hücum etmək

niyyətində idilər. Onların başqa planları da vardı. Lakin ordumuzun döyüş

mövqelərində möhkəm dayanması düşmənin planlarını boşa çıxardı.

Yaxşı bilirsiniz ki, Ermənistan müharibəni tək aparmır. Ona kömək edən

dövlətlər və qüvvələr sizə məlumdur. Müharibəni Ermənistan təkçə özü

aparsaydı, Azərbaycanın hələ yenicə yaradılan ordusu düşməni torpaqlarımızdan

çoxdan çıxarmışdı. Dünyada elə qüvvələr, elə ölkələr var ki, biz onların

siyasətinə təsir göstərə bilmirik, onlar öz mənafeləri istiqamətində hərəkət edirlər.

Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. Gərək dünya siyasətini dərk

etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan. Güman edirəm, siz

inanırsınız ki, biz buna qadirik. Prezident kimi mən də gecə-gündüz bu

məsələlərlə məşğul oluram.

Ancaq respublikamızın belə çətin dövründə, müxtəlif istiqamətlərdə fəaliyyət

göstərdiyimiz bir vaxtda daxildəki bəzi qüvvələr yenə də aranı qarışdırmaq

istəyirlər. (Yerdən səslər: Onlarla heç kimin əlaqəsi yoxdur. Biz yalnız sizi

tanıyırıq). Mən bilirəm ki, onlara heç kim inanmır. Bəli, millət mənə inanır, bunu

bilirəm. Azərbaycan xalqı səs verərək məni prezident seçmişdir. Yeddi milyonluq

Azərbaycan xalqı mənə etimal göstərmişdir. Bunu bilirəm, buna da güvənirəm,

sizə, Azərbaycan xalqına arxalanıram.

Bunları nə üçün deyirəm? Bəlkə də belə şeylərə fikir verməzdim. Ancaq son

günlər bu proseslərdə Azərbaycan rəhbərliyinin guya düz addım atmadığını

bildirməklə ayrı-ayrı qüvvələr yenə aranı qarışdırmağa çalışırlar. Burada Bişkek

protokolundan söhbət gedir. Mayın 18-də Milli Məclisin növbəti iclasında bir

qrup deputat - Etibar Məmmədov, Xalq Cəbhəsindən olan deputatlar və onlara

qoşulmuş bir neçə məsləksiz adam Bişkek protokolu ilə əlaqədar hay-küy

qaldırdılar. (Yerdən səslər: Onlara zərbə dəyməyib, dəysəydi müharibənin ağrı-

acısını bilərdilər. Aranı qarışdıran Etibar Məmmədovdur, onu rədd eləməsən işlər

düzələn deyil). Düz deyirsiniz, onlara çarpanaq dəyməyib, dəysəydi, hər şeyi

bilərdilər.

Gəlin, belə danışaq. Görürəm, ürəyiniz doludur. Mən sizi günün altında

saxlamışam, özüm də durmuşam. İstəyirəm fikirlərimi sizə çatdırım. Ondan sonra

bu mikrofon, bu da siz, çıxıb sözünüzü deyə bilərsiniz.

Bəli, bunlar Milli Məclisdə tələb edirlər ki, Bişkek protokolu məsələsi

gündəliyə salınsın. Axı bu protokolda, əvvəla, elə bir şey yoxdur, - o mənada ki,

müzakirə olunası bir məsələ yoxdur. İkincisi, protokoldan əsas məqsəd atəşin

kəsilməsidir. Ona görə də bu məsələ müzakirə edildi. Mən də Milli Məclisdə

idim. Səsə qoyuldu, - parlamentin qaydası var. Onlar lazımi qədər səs

toplamadılar. Yəni məsələ müzakirə üçün gündəliyə salınmadı. Tənəffüsdən

sonra onlar, Milli Məclisin təxminən 15 nəfər üzvü bir yerə toplaşıb bəyanat,

ultimatum vermiş və məclisdən çıxıb get-



____________Milli Kitabxana____________

588


mişlər. Bundan sonra məclisin salonda qalan əksər üzvləri onların haqqında

bəyanat vermişlər.

Əvvəla, məçlis üzvlərinin iclası tərk etməsi parlament etikasına, parlament

təcrübəsinə zidd olan bir hərəkətdir. Görünür ki, onların parlament mədəniyyəti

çatmır. Odur ki, mən bir prezident kimi, onların bu hərəkətini pisləyirəm və hesab

edirəm ki, xalq mənimlə həmrəy olacaqdır. Buna görə də onlara deyirəm ki,

qeyri-qanuni hərəkətlərindən əl çəksinlər. Lakin iş bununla bitmir. Ola bilərdi ki,

mən bu məsələlərə burada da toxunmayım, amma məcburam.

Sonra Etibar Məmmədov öz partiyasının binasında Xalq Cəbhəsinin, müxtəlif

partiyaların, Qarabağ Azadlıq hərəkatı deyilən təşkilatın nümayəndələrini başına

yığmışdır. Siz heç belə hərəkat tanıyırsınız? (Yerdən səslər: Belə hərəkat

yoxdur). Hanı o hərəkat, gəlsin ortaya çıxsın. Əgər o, doğrudan da Qarabağ

azadlıq hərəkatıdırsa, qoy getsin Qarabağda vuruşsun. (Yerdən səslər: onların

hansı birinin uşağı Qarabağda vuruşur?). "Boz qurd" adında guya ki, bir partiya

var, bu, İsgəndər Həmidovdur. Nə isə, bütün bunlar və başqaları yığışıb bir

bəyanat vermişlər. Bu, çox çirkin, ədalətsiz, bizim bugünkü həyatımıza, milli

mənafeyimizə zidd olan bəyanatdır. Əvvəldən axıradək yalan, iftira və böhtandır.

Guya ki, buraya rus qoşunları gəlir və bəyanatı imzalayanlar da Azərbaycanı rus

qoşunlarından müdafiə etmək istəyirlər.

Əvvəla, buraya rus qoşunu gəlmir. Xalqı aldatmaq lazım deyil. Mən son

vaxtlar həyata keçirdiyimiz tədbirlər barəsində sizə məlumat verdim və bunu

xalqımız bu gün televiziya vasitəsilə eşidəcək. İkincisi, əgər onların dövlət

tərəfindən görülən tədbirlərə hər hansı etirazı, iradı varsa, qoy gəlib dövlətlə

danışıqlar aparsınlar. Azərbaycan müstəqil dövlətdir. Azərbaycan xalqı tərəfindən

seçilmiş prezident var. Orada-burada toplaşıb, köhnə ab-hava ilə yaşayaraq dəstə

yığmaq, mitinq çağırmaq, daha nə bilim, cürbəcür əməllərə əl atmaq - bütün

bunlar artıq xalqda nifrət hissi doğurur. Heç kəs belə əməlləri bəyənə bilməz.

Çünki bütün bunlar qanuna zidd hərəkətlərdir.

Nə isə, mən buna da əhəmiyyət vermədim. Lakin dünən yenə də yığışıb milli

müqavimət hərəkatı yaradıb və elan ediblər ki, bu gün mitinq keçirəcəklər. Nə

mitinq? Kimlərdir bunu edən? Etibar Məmmodov, İsgəndər Həmidov, sonra

Tofiq Qasımov, İsa Qəmbərov, İbrahim İbrahimov. Bir neçə belə adam. Bəli,

dünən belə bir hərəkat yaradıblar ki, camaatı mitinqə çağırsınlar. Şübhəsiz ki,

onların heç bir mitinqinə heç kəs icazə verməyəcəkdir. Əgər onlar qanunsuz

hərəkət etsələr, dövlət qanunları tətbiq olunacaq və bu işdə əli olan hər kəs öz

cəzasını alacaqdır. Bunu mən elan edirəm.

İkincisi, bu adamların hərəkəti barədə. Mən bunu Azərbaycanın milli

mənafeyinə zidd olan hərəkət kimi qiymətləndirirəm. (Yerdən səslər: xəyanətdir,

xəyanətdir). Bəli, doğru deyirsiniz, xəyanət kimi qiymətləndirirəm. Azərbaycan

dövləti, Azərbaycanın dövlət başçısı, dövlət strukturları qalıb bir kənarda,

hakimiyyət iddiasında olan üç-dörd nəfər guya Azərbaycan xalqını müda-



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə