MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə22/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   18   19   20   21   22   23   24   25   ...   43

  

   


MİLLİ GÖRÜŞ

36

 



Bəli!  Şərafətli  ramazan  ayında  İslam  dünyası  sanki 

bir məscid hökmünə gəlir. Elə bir məscid ki, milyonlarla 

hafizlər  (Quran  əzbərçiləri)  o  məscidin  bir  hissəsində 

səmavi  kitabı  yer  sakinlərinə  eşitdirirlər.  Hər  zaman: 



“Ramazan  bir  aydır  ki,  onda  Quran  nazil  olub”  – 

ayəsini  nurani,  parlaq  bir  şəkildə  göstərir.  Ramazanın 

Quran ayı olduğunu sübut edir. O əzəmətli xalqın digər 

fərdlərinin  bəziləri  xüzu  (qəlb  qorxusu)  ilə  o  hafizləri 

dinləyir, digərləri isə öz-özünə oxuyurlar.

Belə  bir  müqəddəs  məsciddə  dəyərsiz  nəfsin 

həvəslərinə  tabe  olub,  yemək-içməklə  o  nurani 

vəziyyətdən  çıxmaq  nə  qədər  çirkin  isə,  o  məsciddəki 

xalqın  mənəvi  nifrətinə  nə  qədər  hədəf  isə  eləcə  də 

şərafətli  ramazan  ayında  əhli-siyama  (oruc  tutanlara) 

müxalifət  edənlər  də  o  dərəcə  ümum  İslam  aləminin 

mənəvi nifrətinə və təhqirinə hədəf olur. 



YEDDİNCİ NÖQTƏ

Ramazan  ayı  orucunun  dünyada  axirət  üçün 

əkin

  əkən  və  qazanc  əldə  etməyə  gələn  insanların 

qazancı ilə bağlı çox hikmətlərindən biri də budur ki, 

şərafətli  ramazan  ayında  əməllərin  savabı  birə  mindir. 

Hədisin  mətninə  əsasən  Quran-kərimin  hər  bir  hərfində 

on  savab

2

  ,  on  yaxşılıq  var,  on  cənnət  meyvəsi  gətirər. 



Şərafətli  ramazan  ayında  hər  bir  hərfin  on  deyil,  min, 

Ayətül-Kürsi  kimi  ayələrin  hər  bir  hərfinə  minlərcə, 

orucluğun  cümə  günlərində  isə  daha  çoxdur.  Qədr 

gecəsində otuz min yaxşılıq sayılar.

Bəli!  Hər  bir  hərfi  otuz  min  əbədi  meyvə  verən 

Quran-kərim elə bir mənəvi Cənnət ağacı hökmünə keçir 

ki, milyonlarla əbədi meyvələri şərafətli ramazan ayında 

möminlərə qazanc olaraq yetirir.

Buna  görə  də  müqəddəs,  əbədi  və  qazanclı  ticarətə 

buyur  bax,  müşahidə  et,  düşün;  bu  hərflərin  qiymətini 

dəyərləndirməyənlərin nə qədər ziyana uğradığını anla... 

Şərafətli ramazan ayı axirət ticarəti üçün qazanclı 

bir sərgi, bir bazardır. Axirətdə bir şey hasil etmək üçün 

münbit  torpaqdır.  Diləklərin  (istəklərin,  arzuların) 

yetişməsi,  boya-başa  çatması  üçün  bahardakı 

nisan  (apreldə  yağan  və  bitkiyə  güc  verən  yağış) 

suyudur.  İlahi  rübubiyyətin  səltənətinə  doğru  bəşəri 

bəndəçiliyin  rəsmi  keçid  (parad)  düzəltməsinə  səbəb 

olan ən parlaq, müqəddəs bir bayram hökmündədir. 

Buna  görədir  ki,  nəfs  yemək-içmək  kimi  qəflətlə 

heyvani, boş və həvapərəst istəklərə girməmək üçün orucla 

vəzifələnmişdir.  Sanki  müvəqqəti  olaraq  heyvanlıqdan 

çıxıb mələkut vəziyyətinə, yaxud axirət ticarətinə girdiyi 

üçün  dünyəvi  istəklərini müvəqqəti tərk  etməklə uxrəvi 

(axirətə  aid  olan)  adam  olmaq  və  ya  cisimdə  zahirə 

çıxmış bir ruh vəziyyətinə gələrək orucu ilə səmədiyyətə 

(ehtiyacsızlığa) bir növ ayinədarlıq etməkdir. 

Bəli!  Şərafətli  ramazan  ayı  bu  fani  dünyada, 

fani ömür içində və qısa bir həyatda əbədi bir ömür 

və  uzun,  davamedici  bir  həyat  qazandırır.  Bəli!  Tək 

bir  ramazan  ayı  səksən  il  ömür  səmərəsini  qazandıra 

bilir.  Qədr  gecəsinin  isə  Quranın  qəti  dəlilinə  əsasən 

min aydan daha xeyirli olduğu sübut olunmuş höccətdir 

(dəlildir).  Necə  ki  bir  padşah  hökumət  müddətində, 

bəlkə, hər il padşaha məxsus toplantı adı ilə və ya başqa 

bir  səltənətini  göstərən  təmtəraqlı  bəzi  günləri  bayram 

edər. Tabeçiliyində olanları o (bayram) günündə ümumi 

qanunlar  əhatəsində  deyil,  xüsusi  ehsanatı,  fövqəladə 

idarəçiliyinə xas olan qanunlarla doğrudan-doğruya sadiq 

və layiq millətinin diqqətini özünə doğru çəkər. 

Eləcə  də  əzəli  və  əbədi  sultan  olan,  on  səkkiz  min 

aləmin əzəmətli padşahı o on səkkiz min aləmə aid olan, 

ali fərmanlarla dolu olan Quran-kərimi şərafətli ramazan 

ayında  nazil  etmişdir.  Əlbəttə,  o  ramazan  məxsus  bir 

ilahi  bayram,  rəbbani  sərgi  (göstərmə  yeri)  və  ruhani 

məclis  hökmünə  keçməsi  lazımlı  bir  hikmətdir.  Madam 

ki ramazan belə bayramdır, o zaman, əlbəttə ki, alçaq və 

heyvani məşğuliyyətdən insanları çəkindirmək üçün oruc 

tutmanı əmr edəcək.



O orucun ən kamili isə mədə kimi bütün orqanlara; 

göz, qulaq, qəlb, xəyal, fikir kimi insan orqanlarına da 

orucun bir növünü daddırmaqdır, yəni haramlardan 

uzaq¬laşmaq və hər bir üzvünü məxsus ibadətə sövq 

etməkdir.

Məsələn,  dilini  yalandan,  qeybətdən  və  kobud 

ifadələr¬dən təmizləmək, ona oruc tutdurmaq və onu (o 

dili) Quran oxumaq, zikr, təsbih, salavat və istiğfar kimi 

şeylərlə məşğul etmək lazımdır. 

Məsələn, gözünü naməhrəmə baxmaqdan və qulağını 

boş şeyləri eşitməkdən qoruyub, gözünü ibrətə və qulağını 

haqq  söz  və  Quran  dinləməyə  istiqamətləndirməli  və 

bununla digər üzvlərinə də oruc tutdurmalıdır.

Zatən mədə ən böyük bir fabrik olduğu üçün oruc ilə 

ona istirahət verilərsə, başqa kiçik dəzgahları asan¬lıqla 

ona tabe etdirmək olar. 



SƏKKİZİNCİ NÖQTƏ

Şərafətli  ramazan  ayının  insanların  fərdi  həyatı 

ilə  bağlı  müdrik  və  dərin  hikmətlərindən  biri  də  budur 

ki, insan üçün ən önəmli bir dərman növü də maddi və 

mənəvi bir pəhrizdir. Bu tibbi baxımdan elə bir pəhrizdir 

ki,  insanın  nəfsi  yemək  və  içmək  barəsində  istədiyi 

şəkildə  hərəkət  etdikcə,  bunlar  şəxsin  maddi  həyatına 

tibbi baxımdan zərər vurduğu kimi, halal-haram deməyib 

rastına çıxan şeyə hücum etmək, adətən mənəvi həyatını 

da zəhərləyər. Qəlbə və ruha itaət etmək, artıq o nəfsə ağır 

gələr, sərkəşliklə öz cilovunu əlinə alar. Artıq insan ona 

minə bilməz, o insana minər (yəni artıq insan öz nəfsinə 

hakim ola bilməz, nəfsinin məhkumuna çevrilər).

Nəfs  şərafətli  ramazan  ayında  bir  növ  pəhrizə 

alışar,  riyazət  edər

3

  ,  əmrə  itaət  etməyi  öyrənər.  Biçarə 



zəif  mədəyə  də,  həzmdən  əvvəl  yeməyi  yemək  üzərinə 

doldurmaqla xəstəlikləri cəlb etməz. Əmr vasitəsi ilə halal 

olanı belə tərk etdiyi üçün haramdan çəkinməyə, ağıl və 

şəriətdən  gələn  əmrə  itaət  etməyə  qabiliyyət  qazanar. 

Mənəvi  həyatı  pozmamağa  çalışar.  Həmçinin  insanların 

mütləq  əksəriyyəti  aclığa  daha  çox  mübtəla  olur.  Səbir 

və  təhəmmül  üçün  bir  məşq  işi  aparan  aclıq  riyazətə 

möhtacdır. Şərafətli ramazan ayında tutulan oruc on beş 

saat, səhər yeməyi yeyilmədən tutulduğunda iyirmi dörd 

saat  davam  edən  bir  aclıq  müddətində  səbir,  təhəmmül 

və bir riyazətdir, bir məşq işidir. Deməli, insan oğlunun 



Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə