Mühazirə və ona verilən tələblər Praktik məşğələ və ona verilən tələblər Tələbələrin müstəqil işi və elmi yaradıcılığı



Yüklə 87,56 Kb.
səhifə35/38
tarix08.06.2023
ölçüsü87,56 Kb.
#116048
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   38
DOC-20230526-WA0029.

Tərbiyənin rolu. Şəxsiyyətin inkişafına təsir edən amillər içərisində tərbiyə aparıcı yer tutur. Onun təsiri mühitin təsirindən bir çox cəhətdən fərqlənir:
- Mühit insana kortəbii, bəzən də mənfi təsir göstərdiyi halda, tərbiyə məqsədyönlü və planlı təsirdir;
- Tərbiyə mühitin müsbət cəhətlərinə istinad edir, mənfi təsirlərini isə neytrallaşdıra bilir;
- Tərbiyə insanda mühitin zərərli təsirlərinə qarşı müqavimət gücü formalaşdırmağa qadirdir. Bunun nəticəsidir ki, heç də hamı mühitin mənfi təsirinə eyni dərəcədə məruz qalmır;
- İnsanın mühitə münasibəti, bir çox cəhətdən, tərbiyə ilə şərtlənir, onunla tənzim olunur. Tərbiyə bioloji amillərlə də sıx bağlıdır. O, insanın təbii (irsi) imkanlarının üzə çıxarılması və inkişafına kömək göstərir. Tərbiyə insanın həyat və fəaliyyətini təşkil etməklə onun maraq və qabiliyyətlərinin inkişafına əlverişli şərait yaradır. Tərbiyə şəxsiyyəti “layihələşdirir”, onun ahəngdar inkişafını istiqamətləndirir. Şəxsiyyətin formalaşmasında insanın şəxsi fəallığının rolu. İnsan mühitin və tərbiyənin passiv obyekti kimi yox, fəal qüvvə kimi çıxış edir, mühitə və tərbiyə prosesinə, özünün şəxsiyyət kimi formalaşmasına fəal təsir göstərir. Tərbiyə insanı ancaq obyekt kimi qəbul edərsə, çox şeydən məhrum olar, öz məqsədinə çata bilməz. Nə irsiyyət, nə mühit, nə də tərbiyə insanın şəxsi fəallığı olmadan ona lazımi dərəcədə təsir edə bilməz. Yalnız öz fəallığı sayəsində insan ətraf mühitlə münasibətə girir, yalnız bu şərtlər onun irsi imkanlarını üzə çıxıb inkişaf etdirə bilər və tərbiyəvi təsirlər lazımi nəticə verər. Əslində, insanın bioloji və sosial keyfiyyətləri onun şəxsi fəallığında bir vəhdət halında özünü büruzə verir. İnsan mühitlə və tərbiyə ilə fəal qarşılıqlı təsir prosesində şəxsiyyət kimi formalaşır, öz təbii imkanlarını reallaşdıra bilir. İnsanın şəxsi fəallığı müxtəlif formalarda təzahür edir: zehni, əmək, fiziki, bədii, ictimai-siyasi fəallıq. Nəzərdən keçirilən amillər – irsiyyət, mühit, tərbiyə və insanın şəxsi fəallığı bir- birilə sıx bağlı olub, bir-birini şərtləndirir. Buna görə də şəxsiyyətin formalaşması səbəblərini yalnız bir amillə – irsiyyət, mühit və ya tərbiyə ilə izah etmək, insanda müşahidə olunan nöqsanlara görə yalnız irsiyyəti, mühiti, yaxud tərbiyəçini (və ya valideynləri) günahlandırmaq düzgün deyildir. Tərbiyə işində bütün amilləri qarşılıqlı vəhdətdə, kompleks halında götürmək və həyata keçirmək vacibdir.



  1. Tələbə şəxsiyyəti və onun xüsusiyyətləri

Gənclik yaşı şəxsiyyətin çiçəkləndiyi dövrdür. Bu dövr bir çox psixi funksiyaların, xüsusən intellektual keyfiyyətlərin inkişafı üçün daha məhsuldardır. Gənclik yaşında nəzəri və məntiqi təfəkkür daha yaxşı inkişaf edir, təfəkkür əməliyyatları – təhlil, tərkib, müqayisə, ümumiləşdirmə, sistemləşdirmə, konkretləşdirmə, ağlın müstəqilliyi, tənqidiliyi, çevikliyi daha qabarıq şəkildə təzahür edir. Hafizə, xüsusən məntiqi hafizə də yüksək inkişaf səviyyəsinə çatır. Tədqiqat (E.İ.Stepanova) göstərir ki, 18-21 yaş təfəkkürün və hafizənin yüksək inkişaf səviyyəsi, diqqətin isə nisbətən aşağı səviyyəsi ilə səciyyələnir. Tələbələrin maraq dairəsi genişlənir: onların maraqları təkcə təlimlə məhdudlaşmayıb, digər fəaliyyət sahələrini də (idman, incəsənət, elmi və ictimai fəaliyyət, şəxsi həyatın təşkili və s.) əhatə edir. Onlar zehni, mənəvi, ictimai-siyasi cəhətdən yetkinləşirlər. Bu dövrdə elmi biliklərin, həyat təcrübəsinin, müstəqil düşüncə və davranışın sintezi sayəsində gənclərdə dünyagörüşü, etik və estetik baxışlar daha intensiv formalaşır. Nəzəri təsəvvürlərin bir çox sahələri (məhəbbət, ailə, dostluq və s.) gənclər üçün praktik əhəmiyyət kəsb edir. Tələbə gəclərin davranışı, mənəvi inkişafı daha çox onların əxlaqi şüuru, əqidəsi, yönəlişliyi ilə şərtlənir. Onlar şəraitdən, vəziyyətdən asılı olaraq düzgün davranış vərdişlərinə yiyələnirlər. Bir çox mənəvi-əxlaqi anlayışlar (borc və vəzifə hissi, şəxsi ləyaqət, qurur hissi, şərəf, vicdan, ədalət və s.) gənclər üçün daha böyük məna kəsb edir. Tələbələr müstəqilliyə, özlərinin “böyüklüyünü” təsdiq etdirməyə can atır, bəzi müəllimlərin onlara inamsız yanaşmasına, “böyüklükləri” ilə hesablaşmamasına, özlərini tələbədən üstün tutmasına açıq və ya gizli etiraz edirlər. Belə hallar, o cümlədən böyüklərin təzyiqi bir çox tələbələrdə (xüsusən oğlanlarda) güclü neqativ reaksiya doğurur. Gənclərdə “böyüklük” hissi özünüifadə, özünütəsdiq hissləri və öz fərdiyyətini ifadə etmək səyləri ilə qovuşur. Müəllimlər tələbə gənclərin “böyüklük” hissinə, şəxsiyyətinə hörmətlə yanaşmalı, onların özünütəsdiq və özünüifadəsi üçün kömək göstərməlidirlər. Gənclər hər cür fədarkarlığa hazırdırlar. Sözü üzə deməkdən çəkinmir, cəsarətli və qorxmazdırlar, daha çox romantik olurlar, xəyallarla yaşayırlar. Lakin onlardan bir qismi romantikanı həyat haqqında suni, qeyri-real təsəvvürlərlə qarışdırırlar. Nəticədə onlarda bəzi neqativ hallar (tənbəllik, məyusluq) baş qaldırır: onlara elə gəlir ki, özlərini əhatə edən nə varsa hamısı cansıxıcı, boz, diqqəti çəkməyən adi şeylərdir. Belə hallarla qarşılaşdıqda müəllimlər gənclərin həyata, gələcəyə inamını, ümidini artırmağa çalışmalıdırlar. Gənclər üçün özünütəhlil, təndiq, özünütənqid, özünüqiymətləndirmə səciyyəvidir. Onlar tənqid etməyi xoşlayırlar, başqalarını qiymətləndirərkən çox vaxt ifrata yol verirlər. Bəzən belə ifratçılıq böyüklərin, xüsusən yaşlı müəllimlərin fikirlərinə, rəyinə, məsləhətlərinə qarşı mənfi münasibətə keçir. Lazımi tərbiyə işi aparılmadıqda belə münasibət münaqişələrə gətirib çıxara bilər. Tələbə gənclərin özünüqiymətləndirməsi bəzən qeyri-real, ziddiyyətli olur. Özünüqiymətləndirmə ideal və real “Mən”in müqayisəsi yolu ilə həyata keçirilir. Çox vaxt ideal “Mən” kifayət qədər dərk edilmir, real “Mən” isə o qədər də aydın olmur (tutğun və xəyali olur). Belə hal tələbədə özünə qarşı daxili inamsızlığa gətirib çıxara bilər. Bu isə, öz növbəsində, çox vaxt zahiri aqressivliklə, kobudluqla müşayiət olunur. Tələbə gənclərin sosial-psixoloji yetkinliyi seçdikləri ixtisaslara şüurlu münasibətlərində özünü göstərir. Düzgün seçilmiş ixtisas gənclərin təlimə fəal və məsuliyyətli yanaşmasına, şəxsiyyətin zəruri keyfiyyətlərinin formalaşmasına müsbət təsir edir. Bu halda dövlət məqsədləri ilə tələbələrin şəxsi məqsədləri üst-üstə düşür, lazımi səmərə verir. Təcrübə göstərir ki, ali məktəbdə seçdikləri ixtisaslara şüurlu yanaşan tələbələr ilk günlərdən təlimə böyük səy və maraq göstərir, tapşırıqları yüksək səviyyədə yerinə yetirir, mühazirə və seminar məşğələlərində fəal olur, ali məktəbin daxili qaydalarına əməl edirlər. Əksinə, daxil olduqları ixtisasa təsadüfi gələn tələbələr mühazirələrdə laqeydlik, intizamsızlıq göstərir, qeydlər aparmır, arxa tərəfdə oturub söhbət edir və ya mobil telefonla oynayırlar. İmkan yarandıqda belələri mənfi motivlə birləşib mühazirə və məşğələlərə mane olurlar. Belə halların qarşısını almaq üçün fakültə dekanlığı, ixtisas kafedraları, müəllimlər tələbələrlə təlim və peşəyönümü istiqamətində fərdi iş aparmalı, peşəyə maraq və meyl formalaşdırmağa, onun cəmiyyət və gəncin şəxsi həyatı üçün nə kimi rol oynadığını aydınlaşdırmağa çalışmalıdırlar. Bu məqsədlə “İxtisasa giriş” kursunun tədrisi (daha doğrusu, bərpa edilməsi) səmərəli olardı. Tələbələrin zehni, mənəvi, psixi inkişafı ziddiyyətlər və onların həlli ilə bağlıdır. Gənclik yaşı üçün müəyyən sosial-psixoloji ziddiyyətlər səciyyəvidir. Onlardan bəzilərini qeyd edək: - tələbə gənclərin geniş arzuları ilə onları həyata keçirmək imkanları arasında ziddiyyət; - maddi və mənəvi tələbatların artması ilə onları təmin etmək üçün iqtisadi imkanlar arasındakı ziddiyyət; - böyük həcmdə informasiyalarla onları dərindən dərk etmək imkanları və vasitələri arasında ziddiyyət; - böyük həcmdə tədris materiallarını mənimsəmək zərurəti ilə tələbənin vaxt büdcəsi arasındakı ziddiyyət; - ali məktəb həyatının ciddi norma və qaydaları ilə tələbənin müstəqilliyi, sərbəstliyi arasındakı ziddiyyət və s. Tələbə şəxsiyyətinin formalaşması ilə bağlı göstərilən ziddiyyətlər və onların həlli ali məktəbdə tədris-tərbiyə işinin, habelə mütəxəssis hazırlığının məzmununu, forma və metodlarını təkmilləşdirməkdə mühüm əhəmiyyət kəsb edir



Yüklə 87,56 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə