Mühazirə və ona verilən tələblər Praktik məşğələ və ona verilən tələblər Tələbələrin müstəqil işi və elmi yaradıcılığı



Yüklə 87,56 Kb.
səhifə30/38
tarix08.06.2023
ölçüsü87,56 Kb.
#116048
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   38
DOC-20230526-WA0029.

Təşkilatçılıq qabiliyyətləri – müəllimin özünün və tələbələrin, habelə tələbə kollektivinin fəaliyyətini təşkil edib istiqamətləndirməklə bağlı qabiliyyətlərdir. Bu qabiliyyətlər pedaqoji fəaliyyət üçün çox böyük əhəmiyyətə malikdir, çünki bütövlükdə pedaqoji fəaliyyət təşkilatçılıq xarakteri daşıyır.
Perseptiv qabiliyyətlər – tələbənin daxili aləminə nüfuz etmək, psixi halını duymaq bacarıqlarıdır. O özündə bir neçə bacarığı birləşdirir: pedaqoji müşahidəçilik, başqalarının halına acımaq, pedaqoji intuisiya. Pedaqoji müşahidəçilik tələbənin, eləcə də kollektivin zahiri əlamətləri, davranışı əsasında onun daxili vəziyyəti, psixi halı, inkişafı (bilik və davranışdakı kəsirlər, yaxud müsbət dəyişikliklər) haqqında informasiyalar əldə etmək bacarığıdır. Bu isə müəllimə öz işini düzgün qarmaqda kömək edə bilər. Müşahidəçilik başqa bir bacarıqla – empatiya (adamları başa düşmək, onların dərdinə şərik olmaq) bacarığı ilə sıx bağlıdır. Adamların daxili aləmini qavramaq (o cümlədən mimika ilə), onların sevinc və kədərini bölüşdürmək hər cür ünsiyyətdə, xüsusən pedaqoji ünsiyyətdə mühüm əhəmiyyət kəsb edir. Bu bacarığın tətbiqi üçün müəllim özünü tələbənin yerində qoymalı, onun maraq və qayğıları ilə bölüşməyə çalışmalıdır. Müşahidəcilik və təcrübə insanda intuisiya qabiliyyətinin inkişafına əsas verir. Müəllimin fəaliyyətində intuisiya həm də pedaqoji fəhmdə ifadə olunur. Usta müəllim pedaqoji prosesin və ya konkret insanın inkişafının gedişini qabaqcadan duyur, buna müvafiq olaraq profilaktik tədbirlər görür.
Nəzərdən keçirilən qabiliyyətlərə mükəmməl yiyələnən müəllim düzgün ünsiyyət qurmaqla təlim-tərbiyə işində yüksək nəticələr əldə edir. Pedaqoji qabiliyyətlər müəllimin şəxsi keyfiyyətləri ilə sıx bağlıdır.



  1. Müəllimin şəxsi keyfiyyətləri və pedaqoji ustalığı

Müəllimin pedaqoji fəaliyyəti onun şəxsi keyfiyyətlərindən ayrılmazdır. Başqa peşə sahələrindən fərqli olaraq müəllimin şəxsiyyəti onun işinə – pedaqoji prosesə bilavasitə təsir göstərir. Müəllim, ilk növbədə öz şəxsiyyəti ilə tərbiyə edir. Buna görə də o, əsl mənada şəxsiyyət olmalı, kamil şəxsiyyət səviyyəsinə yüksəlməlidir. Müəllimin şəxsi keyfiyyətləri çoxdur. Onları bir neçə qrupda birləşdirmək olar:

Yüklə 87,56 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə