Mühazirə və ona verilən tələblər Praktik məşğələ və ona verilən tələblər Tələbələrin müstəqil işi və elmi yaradıcılığı



Yüklə 87,56 Kb.
səhifə32/38
tarix08.06.2023
ölçüsü87,56 Kb.
#116048
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   38
DOC-20230526-WA0029.

Müəllimin pedaqoji ustalığı. Müəllimin pedaqoji ustalığı – az qüvvə və vaxt sərf etməklə səmərəli nəticələrə nail olmaq bacarığıdır. Bu bacarığa yiyələnən müəllim təlim-tərbiyə işini düzgün qurmaqla yüksək nəticələr qazanır, tələbələrlə yaxşı ünsiyyət yaradır, böyük hörmət və nüfuz sahibi olur. Pedaqoji ustalıq müəllimin fəaliyyətinin humanist istiqamətliliyinin, pedaqoji bilik və qabiliyyətlərinin, habelə pedaqoji texnikasının məcmusudur. Pedaqoji ustalığın bu ünsürlərini ayrılıqda nəzərdən keçirək. 1) Müəllim şəxsiyyətinin humanist istiqaməti – pedaqoji fəaliyyətin və ustalığın əsasını təşkil edir. Buraya müəllimin idealları, maraqları, sərvət meylləri, dünyagörüşü, pedaqoji fəaliyyətə və tələbəyə baxışları və s. daxildir. Humanist istiqamət gündəlik konkret vəzifələrin həllində müəllimin düzgün mövqe tutmasına, məqsədəuyğun şəkildə fəaliyyət göstərməsinə, tələbələrlə normal ünsiyyət qurmasına, pedaqoji fəaliyyətin strategiya və taktikasını düzgün müəyyənləşdirməsinə kömək göstərir.
2) Pedaqoji peşə bilikləri – müəllimin ustalığının vacib şərtdir. Elmi-pedaqoji biliklərə mükəmməl yiyələnmədən, nəzəri bilikləri təcrübəyə tətbiq etmədən ustad müəllim olmaq mümkün deyildir. Eyni pedaqoji təhsilə və staja malik olan iki müəllimin pedaqoji fəaliyyətdə müxtəlif nəticələr əldə etməsi, ilk növbədə, onların nəzəri hazırlığı və pedaqoji ustalığı ilə izah olunur. Müəllim psixoloji biliklərə də yiyələnməli, yaxşı psixoloq olmalıdır. Pedaqogika və psixologiyanı yaxşı bilməyən müəllim, K.D.Uşinskinin sözləri ilə desək, lazımi tibbi hazırlığı olmayan ara həkiminə bənzəyir. 3) Pedaqoji ustalığın mühüm bir ünsürünü pedaqoji-peşə qabiliyyətləri təşkil edir. Müəllim əvvəlki bölmədə nəzərdən keçirilən peşə qabiliyyətlərinə – akademik, didaktik, konstruktiv, ünsiyyət, təşkilatçılıq, perseptiv və b. qabiliyyətlərə mükəmməl yiyələndiyi zaman ustad pedaqoq sayıla bilər. Bu qabiliyyətlər ayrılıqda yox, qarşılıqlı vəhdətdə, kompleks halında tətbiq olunduqda yüksək nəticələr əldə etmək mümkündür. 4) Müəllimin pedaqoji ustalığının daha vacib bir ünsürünü pedaqoji texnika təşkil edir. Pedaqoji texnika müəllimin davranışının zahiri forması olub, bir sıra bacarıqlarda ifadə olunur: müəllimin zahiri görünüşü, özünü idarə etməsi, emosional vəziyyəti, nitq texnikası və s. Müəllimin zahiri görkəmi estetik və pedaqoji tələblərə cavab verməlidir: onun geyimi, saçı səliqəli, qadın müəllimlərin istifadə etdikləri bəzək əşyaları və kosmetik vasitələr müəyyən hədd çərçivəsində olmalıdır. Müəllimin zahiri görkəminin estetik təsiri onun sifət ifadəsində, yerişində, oturuşu və duruşunda, baxışında, jestlərində yəni davranışın hər bir xırdalığında öz əksini tapmalıdır. Davranışın bu xırda detalları tələbələrdə müəllimin sakit, təmkinli, mehriban, inamlı bir şəxsiyyət olması haqda təsəvvür yaratmalıdır. Müəllimin stola yayılmış oturuşu, yerə dikilmiş başı, süst qolları, laqeyd baxışları onun daxilən zəifliyini, özünə inamsızlığını göstərir. Müəllimin mimikası, jestləri danışığın məzmununa uyğun olmalı, informasiyanın emosional təsirini artırmağa xidmət etməlidir: xoş bir məsələdən danışanda müəllimin sifəti də xoş ifadə almalı, gözləri “gülməli”, səsi mülayim olmalıdır. Ciddi bir məsələdən gülümsəyərək danışmaq olmaz. Pedaqoji texnika müəllimin öz emosiyalarını, əhvalını idarə etmək bacarığında da ifadə olunur. Müəllim şən və nikbin olmalı, yeri gəldikcə zarafat etməyi bacarmalı, yumor hissinə malik olmalıdır. Müxtəlif vəziyyətlərdə (məşğələdə, ünsiyyət prosesində, sevinc və kədərli hallarda, əsəbi vəziyyətdə) müəllimin öz emosional halını idarə etməsi vacib şərtdir. Buna görə də müəllim daim özünə nəzarət etməli, özünü ələ almağa çalışmalıdır. Pedaqoji ustalığın nəzərdən keçirilən ünsürləri bir-birilə qarşılıqlı vəhdət təşkil edir. Belə ustalığa nail olmaq üçün müəllim öz fəaliyyətini humanist istiqamətdə qurmalı, pedaqoji peşə biliklərinə və qabiliyyətlərinə, pedaqoji texnikaya yiyələnməlidir. Pedaqoji ustalıq hazır verilmir; müəllim öz üzərində müntəzəm, sistemli və məqsədyönlü şəkildə işləməklə ona yiyələnə bilər. A.S.Makarenkonun təbirincə desək, həkimlərə, musiqiçilərə müvafiq peşə bacarıqları, ustalıq öyrədildiyi kimi, gələcək müəllimlərə də pedaqoji ustalığı öyrətmək – xüsusi kurs keçmək lazımdır.



  1. Şəxsiyyət və onun inkişafı anlayışı, bu haqda nəzəriyyələr

Şəxsiyyətin inkişafı və tərbiyəsi pedaqogikanın tədqiqat sahəsinin mühüm bir istiqamətini təşkil edir. Şəxsiyyət kimə deyilir? Şəxsiyyətin inkişafı necə baş verir? Tələbə şəxsiyyətinin səciyyəvi cəhətləri hansılardır? Bu sualların düzgün həlli problemin mahiyyətini başa düşməyə, gənclərlə tərbiyə işini düzgün qurmağa kömək edə bilər. Hər şeydən əvvəl, fərd, şəxsiyyət və fərdiyyət anlayışlarını nəzərdən keçirək. Fərd – təbii bioloji varlıqdır, ayrıca götürülmüş insandır. İnsan fərd kimi doğulur, sonradan müxtəlif amillərin təsiri ilə şəxsiyyətə çevrilir. Şəxsiyyət dedikdə, sosial keyfiyyətlərə, mənlik hissinə malik olan şüurlu və fəal fərd başa düşülür. Fərdin cəmiyyətdə şəxsiyyətə çevrilməsi çoxcəhətli və mürəkkəb prosesdir. Burada iki proses dialektik şəkildə üzləşir: sosiallaşma və fərdiləşmə. Sosiallaşma (ictimailəşmə) insanın cəmiyyətdə başqa adamlarla, sosial qruplarla ictimai münasibətlərə daxil olaraq sosial təcrübəyə yiyələnməsi prosesidir. Fərdiləşmə isə bu prosesdə insanın müstəqillik, nisbi avtonomluq kəsb etməsində, özünəməxsus (təkrarolunmaz) keyfiyyətlərində, həyat tərzində, daxili aləminin, psixi proseslərinin formalaşmasında ifadə olunur. Hər bir şəxsiyyət həm də fərdiyyətdir. Fərdiyyət özünəməxsus, təkrarolunmaz xüsusiyyətləri ilə başqalarından fərqlənən şəxsiyyət deməkdir. Gözoxşayan, ətirli çəmənlik rəngarəng çiçəkləri ilə gözəl olduğu kimi, cəmiyyət də çox müxtəlif fərdiyyətləri ilə gözəldir. İnsan şəxsiyyət və fərdiyyət kimi daim inkişaf edir. İnkişaf – dəyişmə, bir keyfiyyət halından başqasına keçid deməkdir. Şəxsiyyətin inkişafı dedikdə, insanın müəyyən keyfiyyətlərə (zehni, psixi, mənəvi və s.) yiyələnməsi və ozünü təkmilləşdirməsi başa düşülür. Şəxsiyyət birdən-birə inkişaf edib formalaşmır; o, müəyyən səviyyələrdən keçir (aşağı, orta, yüksək, ideal səviyyə). Psixoloqlar 3-5 yaşlı uşaqların da şəxsiyyətin müəyyən keyfiyyətlərinə malik olduqlarını qeyd edirlər. Şəxsiyyətin inkişafına dair iki baxış mövcuddur: metafizik və dialektik baxış.

Yüklə 87,56 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə