Mühazirə və ona verilən tələblər Praktik məşğələ və ona verilən tələblər Tələbələrin müstəqil işi və elmi yaradıcılığı



Yüklə 87,56 Kb.
səhifə28/38
tarix08.06.2023
ölçüsü87,56 Kb.
#116048
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   38
DOC-20230526-WA0029.

İnkişafetdirici funksiya – təlim və tərbiyə prosesində gənclərin psixi inkişafını təmin etməkdə ifadə olunur. Tələbələrə hazır informasiyaları çatdırmaqdansa, onları axtarışlar aparmaq, müstəqil düşünmək, tədqiq etmək üçün çalışmalar, problemlər üzərində işlətmək qat-qat səmərəlidir. Elmi biliklər tələbənin əqli səyinin nəticəsi olmalıdır. Problemləri tədqiq etmək, fərziyyələr irəli sürmək, nəticə çıxarmaq tələbəyə özünü təsdiq, iftixar hissi, özünə hörmət hissi bəxş edir, onu daha yeni problemlərin müstəqil həllinə sövq edir.
Stimullaşdırıcı funksiya – tələbəni müxtəlif yollarla təhsilə təhrik etməyi və istiqamətləndirməyi nəzərdə tutur. Başlıca amil tələbədə mənəvi tələbatların formalaşdırılmasıdır. Elmi biliklərə yiyələnmək daxili tələbatdan doğduqda daha səmərəli nəticələr əldə etmək mümkündür. Təhsilin çətin məqamlarında müəllim tələbələri (şagirdləri) hədələməklə, əsəbi hərəkətlərlə, imtahan qiymətləri ilə qorxutmamalı, əksinə, onlarda inam və ümid qığılcımları oyatmalıdır. Hər sahədə olduğu kimi, təhsildə də motivlər emosiyalarla sıx bağlıdır. İstənilən işə maraq, meyl yaratmaq üçün bu iş insanda müsbət emosiyalar doğurmalıdır. Mənfi emosiyalar (qorxu, inamsızlıq, təşviş, həyəcan) işə, təlimə səyi azaldır. Müəllimin xoş sözü, tərifi, müsbət rəyi, inamı, çətin anda köməyə gəlməsi tələbəyə sanki qüvvət verir, onu daha yaxşı oxumağa ruhlandırır.
Elmi-tədqiqatçılıq funksiyası ali məktəb müəllimi üçün daha spesifik funksiyadır. Orta məktəbdən fərqli olaraq ali məktəbdə elm tədris olunur, müəllim də elmi tədris edən alimdir, eyni zamanda müəyyən elmi problem üzərində işləyən tədqiqatçıdır. Elmi-tədqiqat işinin nəticələrini tədris prosesinə tətbiq etməklə müəllim tədrisin keyfiyyətini yüksəltməyə, tələbələrdə elmə marağın güclənməsinə şərait yaratmış olur.
Müəllimin funksiyaları onun hüquq və vəzifələrindən ayrılmazdır. Müəllimin hüquq və vəzifələri Azərbaycan Respublikasının Təhsil Qanununda öz əksini tapmışdır (maddə 33). Müəllimin hüquqları aşağıdakılardır:
- normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq hüququ;
- təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək hüququ;
- tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək hüququ və s. Müəllimin vəzifələri aşağıdakılardan ibarətdir:
- təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; - təhsil proqramlarının mənimsənilməsini təmin etmək;
- təhsil alanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq;
- pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;
- təhsil alanların şərəf və ləyaqətinə hörmət etmək və s.;
Müəllimin göstərilən hüquq və vəzifələri bir-birilə sıx bağlıdır: o, öz hüquqlarını tələb etdiyi kimi, üzərinə düşən vəzifələri də yüksək səviyyədə yerinə yetirməlidir

  1. Müəllimin peşə qabiliyyətləri

Təlim-tərbiyə işinin səmərəsi müəllimin şəxsi keyfiyyətlərindən, ilk növbədə isə onun pedaqoji peşə qabiliyyətlərindən asılıdır. Müəllimin peşə qabiliyyətləri çoxdur: əsas pedaqoji qabiliyyətlərə daxildir: akademik (nəzəri), didaktik, konstruktiv, ünsiyyət (kommunikativ), təşkilatçılıq, perseptiv qabiliyyətlər.

Yüklə 87,56 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə