Mühazirə Ümumtəhsil məktəblərində riyaziyyat kurikulumununun əsas xüsusiyyətləri. Plan



Yüklə 67,83 Kb.
səhifə24/24
tarix31.12.2021
ölçüsü67,83 Kb.
#81389
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   24
RTM Mühazirə 5

Fəndaxili inteqrasiyahər bir fənn üzrə anlayış, bilik və bacarıqların əlaqələndirilməsini nəzərdə tutur. Bu növ inteqrasiya tədris materialını ayrı-ayrı tədris vahidlərində cəmləşdirməklə, fənnin məzmun strukturunu müəyyən edir. Bununla da məzmunun informasiya cəhətdən tutumlu olması, şagirdlərdə daha əhatəli bacarıqların formalaşdırılması təmin olunur. Riyaziyyatın tədrisində fəndaxili inteqrasiya geniş tətbiq edilir, konsentrik prinsipə (ibtidai siniflərdə) və spiralvari quruluşa malikdir. Fəndaxili inteqrasiya həm üfüqi, həm də şaquli olur.

Üfüqi inteqrasiya fənn üzrə məzmun xətlərini əlaqələndirməklə, müvafiq məzmun standartlarının müəyyən tədris vahidlərində ifadə olunmasını təmin edir. Şaquli inteqrasiya sinifdən-sinifə tədricən dərinləşən və genişlənən məzmun xətləri arasında varisliyi təmin edir.

Fənlərarası inteqrasiya – bir neçə fənnin əhatə etdiyi ortaq anlayış, bilik və bacarıqların sintezi olmaqla, bir fənnə aid anlayışların və metodların digər bir fənnin öyrənilməsində istifadəsini nəzərədə tutur. Bu zaman müxtəlif fənlərə aid, lakin bir-birini tamamlayan, o cümlədən oxşar olan mövzuların tədrisi müəyyən çərçivəyə salınır. Odur ki, müxtəlif fənlər və mövzular arasındakı əlaqələrin müəyyənləşdirilməsi, bu əlaqələrin fənlərarsı anlayış və bacarıqların formalaşdırılmasında yaradıcılıqla istifadə olunması mühüm əhəmiyyət kəsb edir.

Fənlərüstü (transfənn) inteqrasiyainteqrasiyanın ən yüksək səviyyəsi olmaqla özündə təlimin əhatə etdiyi əsas və əlavə məzmun komponentlərinin sintezini ehtiva edir. Yəni bu inteqrasiya ilə şagirdlərin məktəbdə öyrəndikləri məzmunla məktəbdənkənarda aldıqları məzmun sintez edilir. Inteqrasiyanın belə səviyyəsini şəbəkəsi getdikcə artmaqda olan məktəb-komplekslərlə yanaşı, həm də təhsil paradiqmalarının dəyişməsi və yeni nəslin icmalarda formalaşdırılması ideyası da tələb edir. Belə məktəblərdə dərs gününün məzmunu şagird üçün vahid təlim prosesi kimi qurulur.
Yüklə 67,83 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə