Mühazirə Ümumtəhsil məktəblərində riyaziyyat kurikulumununun əsas xüsusiyyətləri. Plan



Yüklə 67,83 Kb.
səhifə18/24
tarix31.12.2021
ölçüsü67,83 Kb.
#81389
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   24
RTM Mühazirə 5

Ədədlər və əməllər

Saymaq, hesablamaq, ölçmək və kəmiyyətlərin qiymətini müəyyən etmək üçün istifadə olunan ədədlər riyaziyyat fənninin məzmununa daxil olan əsas bölmələrdən biridir. Yuxarı siniflərdə isə bu məzmun xətti vasitəsilə sadə və mürəkkəb ədədlər, rasional, irrasional ədədlər və irrasional ədədlərin rasional ədədlərlə təqribi ifadə olunması, həqiqi və kompleks ədədlərin daxil edilməsi məsələlərinin öyrənilməsi həyata keçirilir.



Cəbr və funksiyalar

Cəbrin elementlərinin daxil edilməsi şagirdlərdə ədədlər və əməllərin bir sıra xassələrinin ümumiləşdirilməsini, hərfi ifadə, bərabərlik, tənlik və s. mühüm riyazi anlayışların formalaşmasını, cəbri anlayılardan ətraf aləmdəki hadisələrin riyazi modelləri kimi istifadə edərək müvafiq vərdişlərin yaranmasını təmin edir.

Cəbr və funksiyalar məzmun xətti vasitəsilə dəyişən kəmiyyətləri olan məsələlərin (problemlərin) təhlili, modelləşdirilməsi, həlli və təqdim olunması həyata keçirilir.

Həndəsə

Həndəsə məzmun xətti vasitəsilə müstəvi və fəza fiqurlarının xassələrinin öyrənilməsi, fəza təsəvvürlərinin formalaşdırlıması, həndəsi fiquralrın xassələrindən və həndəsi metodlardan istifadə etməklə riyazi məsələlərin təhlili və həllinin yerinə yetirilməsi təmin olunur. Aşaği siniflərdə həndəsə məzmun xətti vasitəsilə əsas həndəsi formaların tanınması (məsələn, üçbucaqlılar, dairələr, kvadratlar və kublar) həyata keçirilir. Sonrakı siniflərdə isə həndəsənin məzmunu bucaqların, sahələrin və həcmlərin öyrənilməsi vasitəsilə genişləndirilir.



Ölçmələr

Müvafiq ölçü vahidləri və alətlər vasitəsilə kəmiyyətlərin lazımi dəqiqliklə ölçülməsi və qiymətləndirilməsi ölçmələr məzmun xəttinin daxil edilməsi vasitəsilə həyata keçirilir. Bu məzmun xətti aşağı siniflərdə şagirdlərdə sadə ölçü alətlərindən (məsələn, xətkeşdən) istifadə etmək vərdişlərinin yaranmasına xidmət edir. Sonrakı siniflərdə isə bucaqların, sahələrin, həcmlərin ölçülməsi, müvafiq ölçü vahidlərindən istifadə edilməsi, ölçü vahidləri arasındakı əlaqələrin başa düşülməsi, bunların məsələlərin həlli üçün tətbiqi təmin olunur.




Yüklə 67,83 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə