Mühazirə Ümumtəhsil məktəblərində riyaziyyat kurikulumununun əsas xüsusiyyətləri. Plan



Yüklə 67,83 Kb.
səhifə20/24
tarix31.12.2021
ölçüsü67,83 Kb.
#81389
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   24
RTM Mühazirə 5

9. Fəaliyyət xətləri və standartlar

Standartlar tərtib edilərkən onların hər birində riyazi proseslərin elementləri kimi fəaliyyət yönümlü aşağıdakı beş xətlərin daxil edilməsi çox vacibdir:

  • problemlərin həlli;

  • mühakiməyürütmə və isbatetmə;

  • ünsiyyətqurma;

  • əlaqələndirmə;

  • tətbiqetmə.

Fəaliyyət xətləri məzmun xətlərindən fərqlənməklə yanaşı, onların hər biri ilə əlaqəlidir. Bu xətlər məzmun üzrə biliklərin əldə edilməsi və istifadəsi yollarını müəyyənləşdirmək, onları təsvir etmək məqsədi daşıyır.

Şagird riyaziyyatdan mənimsəyəcəyi məzmuna müxtəif fəaliyyətlər vasitəsilə nail ola bilər. O, fəaliyyəti zamanı problemləri həll etmək üçün mühakimə yürüdür, riyazi təklifləri isbat edir, riyazi məsələlərin müzakirəsində iştirak edir, əldə etdiyi məlumatalrı əlaqələndirir, ümumi riyazi model hazırlayıb onu müxtəlif yollarla təqdim edir.



Fəaliyyyət standartları kurikulumun həyata keçirilməsi üçün məzmun standartlarının şagirdlərə mənimsədilməsini təmin edir. Hər bir fəaliyyət standartları təhsil pilləsində nəyin əhatə olunduğunu və məzmun standartına nail olmaq üçün müəllimin rolunun nədən ibarət olduğunu ifadə edir. Qeyd etmək lazımdır ki, hər bir fəaliyyət standartı bütün siniflərdə istifadə olunmaqla təhsil pillələri və siniflər üzrə getdikcə dəyişir. Ona görə də bu standartların ümumi şəkildə qəbul edilməsi əlverişlidir.


Yüklə 67,83 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə