Mühazirə Təlim prosesi pedaqoji psixologiyanın nəzəri və tətbiqi problemi kimi


(fəaliyyətin bələdləşmə əsası – FBƏ)



Yüklə 237,84 Kb.
Pdf görüntüsü
səhifə8/14
tarix23.06.2022
ölçüsü237,84 Kb.
#90020
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   14
p.p müh 10

(fəaliyyətin bələdləşmə əsası – FBƏ)
Dəyişdirmə prosesi 3 cür funksiyanı yerinə yetirən əməliyyatlar şəklində həyata keçir: 
FBƏ –nin 
yaradılması 
(bələdləşmə əməliyyatı),
dəyişdirmənin özünün həyata keçirilməsi (
idarəedici əməliyyat

nəzarət və tənzim (
nəzarət əməliyyatı). 
Təlimin psixoloji strukturu ilə bağlı olaraq diqqəti cəlb edən bir konsepsiya da 
D.B.Elkonin
və 
V.V.Davıdovun
konsepsiyalarıdır. Onların fikrincə təlim fəaliyyəti bir – biri ilə qarşılıqlı şəkildə bağlı olan 
aşağıdakı komponentlərə malikdir: 1)təlim şəraiti və vəzifələri, 2)təlim işləri, 3)mənimsəmə səviyyəsini 
qiymətləndirməklə bağlı işlər. 
6
.
Təlim prosesində psixi inkişafın səviyyəsi və “inkişafın yaxın zonası”nın nəzərə alınması

Təlimin optimallaşdırılması üçün birinci növbədə şagirdlərdə psixi inkişafın səviyyəsi nəzərə 
alınmalıdır. Lakin ilk baxışda asan görünən bu məsələ daim mübahisələrə səbəb olmuş, təlim və psixi inkişafın 
qarşılıqlı əlaqəsi məsələsi həmin sahədə tədqiqat aparan alimlər tərəfindən müxtəlif istiqamətdə şərh 
olunmuşdur. 
Vaxtilə burjua psixologu 
V.Ştern
belə bir müddəanı əsas tuturdu ki, təlim inkişafın arxasınca gedir və 
ona uyğunlaşır. Bu fikrin əksinə olaraq görkəmli psixoloq
L.S.Viqotski
təlim və tərbiyənin uşağın psixi 
inkişafında həlledici rolunu göstərmişdir. Onun fikrincə, 
təlim inkişafdan irəli gedir və onu öz arxasınca 
aparır
.
Məşhur İsveçrə psixologu 
J.Piaje
də bu məsələdə 
V.Şternə
uyğun mövqe tutmuşdur. Onun fikrincə 
təlim inkişafa heç bir əsaslı təsir göstərə bilməz.. Bununla da
J.Piaje
təlimin inkişafetdirici təsirini kölgədə 
buraxır. Məşhur Amerika psixologu 
C.Bruner isə 
şagirdlərin əqli inkişafında təlim prosesinin həlledici rol 
oynadığını qəbul etsə də, uşağın yaş hüdudlarını silib atır. 
Bütün bu fikirlər göstərdi ki, təlim və psixi inkişafın qarşılıqlı əlaqəsinin düzgün 
müəyyənləşdirilməsi birinci növbədə təlimin struktur komponentlərinin dəqiq müəyyənləşdirilməsindən 
asılıdır. Bu cəhəti nəzərə alan Viqotskinin həmin sahədəki ideyaları, gəldiyi nəticələr onun tələbələrinin və 
ardıcıllarının xüsusi təlim konsepsiyası yaratmalarına imkan vermişdir. 

Yüklə 237,84 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə