Mühazirə Təlim prosesi pedaqoji psixologiyanın nəzəri və tətbiqi problemi kimi



Yüklə 237,84 Kb.
Pdf görüntüsü
səhifə6/14
tarix23.06.2022
ölçüsü237,84 Kb.
#90020
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   14
p.p müh 10

vəzifələri 
aşağıdakılardır. 

1.
Şagirdlərdə təlimə müsbət münasibət formalaşdırmaq.

 2.
Şagirdləri biliklərlə silahlandırmaq.
 
3.
Şagirdlərdə bacarıq və vərdişlərin yerinə yetirilməsi yollarını formalaşdırmaq.
 
4.
Şagirdlərdə öz biliklərini müstəqil olaraq artırmaq və təkmilləşdirmək bacarığı formalaşdırmaq.
 
5.
Şagirdlərin dünya görüşünü, əxlaqi keyfiyyətlərini formalaşdırmaq.
 
 4. Təlim fəaliyyətinin strukturu. 
 
İnsan təlimin köməyi ilə bəşəriyyətin təcrübəsinə yiyələnir. Bu təcrübəni öyrənmədən onun həyatda 
baş çıxarması mümkün deyildir. Həmin təcrübənin öyrənilməsinin yeganə yolu təlimdir. Ona görə də 
öyrənmənin strukturunu bilmədən, bu strukturu nəzərə almadan təlim fəaliyyətini təşkil etmək də çətinləşərdi. 
Öyrənmənin, təlimin psixoloji strukturuna aşağıdakı komponentləri daxildir
: idrak tələbatları, təlim 
motivlərinin məqsəd və vəzifələri, tədris işləri, özünənəzarətə keçən nəzarət, özünüqiymətləndirməyə keçən 
qiymətləndirmə.
Tədris işləri də müxtəlifdir: 
təhrikedici 
(icraedici), 
proqram– məqsədli, fəal əməliyyatlı, nəzarət-
tənzimedici
(qiymətləndirici, yoxlayıcı, təshihedici) işlər.
Ümumiyyətlə psixoloji tədqiqatlar əsasında əldə edilmiş faktlar belə bir faktı əsaslandırmağa imkan 
verir ki, idrak tələbatlarının ödənilməsi insanın normal şəkildə inkişafı üçün zəruri şərtdir. Eyni cəhət insanın 
öyrənməsinə, təlim fəaliyyətinə də aiddir, öyrənmə məhz insanın idrak tələbatlarından başladıqda onun 
fəallığını təmin edən əsas amilə çevrilir. Buradan isə idrak maraqları, öyrənmənin əsas motivi doğur.
Öyrənmənin strukturunda təlim məqsədləri və vəzifələrinin də özünəməxsus yeri və rolu vardır. Məhz 
bu cəhət öyrənmənin öyrənmənin təlim xarakteri daşımasına imkan verir. Öyrənmə planlı, müəyyən məqsəd 
və vəzifələri yerinə yetirən şəkil aldıqda təlimə çevrilir, bilik, bacarıq və vərdişlər mənimsənilir. Təlim 
fəaliyyətinin məqsədi müvafiq bilik, bacarıq və vərdişlərin əldə edilməsindən ibarətdir. 
Öyrənmənin məqsəd və vəzifələrini həyata keçirməyə imkan verən tədris işləri də onun strukturunda 
əsas yer tutur. Bu cür işlərə insanı fəaliyyətə yönəldən 

Yüklə 237,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə