Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə54/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   55

 
 

 
Makroslar  –  makrokomandalardır.  Baza  ilə  işləyərkən  tez-tez  istifadə  olunan  hər 
hansı  əməliyyatlar  ardıcıllığını, bir neçə  komandaları bir  makrosda qruplaşdırırlar və 
onu klavişin bir düyməsinə mənimsədirlər. 

 
Modullar – bu Visual Basic dilində yaradılmış proqram proseduralarıdır.  
Bu  gün  ən  geniş  yayılmış  VBİS  verilənlərin  relyasion  modelinə  əsaslanırlar.  Bu, 
digərləri  ilə  müqayisədə  onların  daha  sadə  anlaşılması  və  yüksək  göstəricilərə  malik 
olması ilə əlaqədardır. 
VB relyasion idarə sistemləri (VBRİS) idarə etdikləri VB-nin tutumu və istifadəçilər 
sayına görə aşağıdakı kimi təsnifləndirilir: 
 
Cədvəl 4. VBİS-in təsnifatı 
 
№№ 
RVBİS 
İdarə etdiyi 
VB-nin tutumu 
Eyni zamanda 
ola biləcək 
istifadəçilər 
sayı 
Nümayəndələri 
1. 
Yüksək səviyyəli 
RVBİS 
Yüzlərlə-
minlərlə Gb 
Minlərlə 
ORACLE11, 
ORACLE10, 
ORACLE7, ADABAS 
5.3.2., SQL 
SERVER11. 
2. 
Orta səviyyəli 
RVBİS 
Bir neçə Gb 
Yüzlərlə 
IntelBase 3.3, 
Informix-OnLine7.0, 
Microsoft SQL Server 
6.0. 
3. 
Aşağı səviyyəli 
RVBİS 
1 Gb 
Yüzə qədər 
NetWare SQL 3/0, 
Gupta SQL-Base 
Server. 
4. 
Stolüstü RVBİS 
1 Gb-dən az 
1 nəfər 
Microsoft ACCESS 
 
5.
 
Verilənlər bazasının yaradılması mərhələləri 
Təşkilati  nöqteyi-nəzərdən  ixtiyari  VB-nın  yaradılması  ilə  bağlı  işlər  aşağıdakı  iki 
rejimdə aparılır: 
layihələndirmə; 
- istismar və ya istifadəçi
Layihələndirmə  rejimində  baza  yaradıcıları,  yəni  proqramçılar  və  ya  baza 
administratorları  bazada  yerləşdiriləcək  informasiyanın  tərkibini  öyrənir,  onu  cədvəllərə 
ayırır,  bu  cədvəllərin  strukturunu, cədvəllərarası əlaqəni,  sorğuları,  formaları,  hesabatları 
və s. müəyyənləşdirir, bazada yeni obyektlər (məsələn, cədvəl, sorğu, forma və s.) yaradır, 
onun  strukturunu  verirlər.  Onlar  bazanın  strukturunu  işləyir  və  verilənlər  bazasına  daxil 
olmağa, dəyişiklik etməyə tam hüquqları var. Bir verilənlər bazasının bir neçə yaradıcısı 
(proqramçı) ola bilər. 
Layihələndirmə rejimi aşağıdakı mərhələlərə ayrılır: 
KitabYurdu.az 
118
 


 
 
-
 
Konseptual  layihələndirmə  –  verilənlərin  yığılması,  analizi  və  tələblərin  redaktə 
edilməsi; 
-
 
Məntiqi layihələndirmə – verilənlərin strukturlaşdırılması; 
-
 
Fiziki layihələndirmə – konkret VBİS əsasında VB-nin sxeminin hazırlanması. 
Bu  mərhələ  onunla  tamamlanır  ki,  verilənlər  bazasının  skeleti  hazırlanır  və  pilot 
versiyada iş nümayiş olunmaqla sifarişçiyə təqdim olunur.  
İstifadəçi  rejimi  -  bu  mərhələ  onunla  başlayır  ki,  baza  əvvəlcədən  hazırlanmış 
obyektlər  (məsələn,  formalar)  əsasında  informasiya  ilə  doldurulur  (VB-nin  sifarişçisi 
tərəfindən),  sonra  isə  bazadan  verilənlərin  alınması  (məsələn,  sorğular  vasitəsilə 
verilənlərin  emalı  və  lazım  olan  nəticənin  hesabatlar  şəklində  alınması)  icra  olunur.  Bir 
bazanın minlərlə istifadəçisi ola bilər.  
Ədəbiyyat 
1. T.Tиори, ДЖ.Фрай.Проектирование структур баз данных, кн.1. М.: Мир, 1985. 
-288 с. 
2. T.Tиори, ДЖ.Фрай.Проектирование структур баз данных, кн.2. М.: Мир, 1985. 
-320 с. 
3. Коннолли Т., Бегг Каролин. База данных. М.: Вильямс, 2003. 
4. Ə.Abbasov, M.Əlizadə, E.Seyidzadə, M.Salmanova. İnformatika və 
kompüterləşmənin əsasları, Bakı, 2006, 880 s. 
 
 
EKSPERT SİSTEMLƏRİ. BİLİKLƏR BAZASI  
Mühazirə 8 (İİ hissə) 
 
1.
 
Təbii intellekt və süni intellekt 
2.
 
Ekspert sistemləri 
3.
 
Ekspert sistemlərin ümumiləşdirilmiş funksional sxemi 
4.
 
Biliklər bazası və biliklərin təsvir modelləri 
5.
 
Ekspert sistemlərin təsnifatı 
6.
 
Ekspert sistemlərin yaradılma mərhələləri 
 
1.
 
Təbii intellekt və süni intellekt 
Intellekt  (intellectus (lat.)  –  anlama,  dərk  etmə)  –  ağıl,  düşüncə,  əqli  bacarıqlar: 
təcrübədən  öyrənmək,  yeni  situasiyaya  uyğunlaşmaq,  adaptasiya  olunmaq,  biliyin  ətraf 
aləmin idarə olinmasında və ya abstrakt düşünmədə istifadəsidir. İntellekt, problemin dərk 
edilməsi  və  həlli  üçün  fərdin  ümumi  bacarıqlarıdır  ki,  bu  da  duyğu,  qavrama,  yaddaş, 
təsəvvür, təfəkkür, təxəyyül kimi bütün idrak (dərk etmə) bacarıqlarını birləşdirir. 
Təbii  intellekt  –  subyektin  (insanın)  ağlı  və  psixikası  ilə  yerinə  yetirilən  davranış 
hərəkətləri kompleksidir. 
Analoji  olaraq  süni  intellekt  də  eyni  ilə  bu  iki  texnologiyaya  –  süni  ağıl 
texnologiyasına və süni psixika texnologiyasına əsaslanır. 
Kibernetika və kompüterlərin meydana çıxması ilə “maşınlara düşünməyi öyrətmək” 
məsələsinin  reallaşmasına  başlanıldı.  Doğurdanmı  maşınlar  düşünə  bilirlər?  Bunun  üçün 
nə etməli? 
Maşının  düşünə  bilməsi  üçün  insanın  konkret  bilik  sahəsində  biliklərinin  məzmunu 
aydın  ifadə  olunmalıdır,  həmin  biliklər  formalizə  olunmalıdır,  çünki  kompüter  ancaq 
KitabYurdu.az 
119
 


 
 
formalizə olunan obyektləri tanıyır, biliyin elementləri (sərhədləri) kompüterin əsaslandığı 
formalizmə uyğun olaraq formalizə -təsvir  olunmalıdır. 
Süni intellekt (Sİ) insan təfəkkürünün formalaşdırılması təşəbbüsləri ilə bağlı bir elmi 
istiqamət olaraq uzun tarixə malikdir. Bu tarix Platon, Aristotel, Dekart, Leybnis, Bul və 
bir çox başqa tədqiqatçıların adı ilə bağlıdır. Lakin Sİ-in inkişafında keyfiyyətcə yeni dövr 
keçən əsrin 60-70-ci illərindən başlamışdı. Sİ texnologiyasının ilk istiqamətləri intellektual 
oyunlar (maşın insanla şahmat, şaşki oynayır) və tərcümə sistemləri olmuşdu. Bu gün süni 
intellektin əsas istiqamətləri aşağıdakılardır: 
İntellektual  informasiya  sistemləri  və  ya  biliklərə  əsaslanan  sistemlər  (BƏS).  Belə 
sistemlərin qurulmasında məqsəd praktikada rast gəlinən çətin formalizə olunan mürəkkəb 
məsələlərin  həlli  üçün  kvalifikasiyalı  ekspertlərin  biliklərinin  araşdırılması,  tədqiqi  və 
tətbiqindən  ibarətdir.  BƏS-in  qurulmasında  bu  və  ya  digər  məsələlərin  həllində 
ekspertlərin konkret qaydalar formasında topladıqları biliklərdən istifadə olunur.  
BƏS konkret predmet sahəsinə aid bilikləri cəmləşdirən, məntiqi çıxarışı təmin edən 
və həll edən intellektual proqramlardır. BƏS-in 90%-dən çoxu ekspert sistemlərdir (BƏS-ə 
həm  də  intellektual  kompüter  oyunları  auddir).  ES-in  ən  vacib  cəhəti  məhz  ekspert 
biliklərinə əsaslanan bilik bazasına malik olmasıdır. 
Təbii  dil  interfeysləri  və  maşın  tərcüməsi.  Sİ-də  kompüter  linqvistikası  və  maşın 
tərcüməsi  problemi  1950-ci  ildən  bəri  işlənilir.  Bu  sistemlər  bir  təbii  dildən  digərinə 
tərcümənin  cəldliyini  artırır.  Belə sistemlər  bilik bazasına  (BB)  malik olurlar,  burada  da 
hər  iki  dilin  müəyyən  morfoloji,  sintaksis  və  semantik  qaydalarını  özündə  əks  etdirən 
qaydalar yerləşdirilmiş olurlar.  
Nitqin generasiyası və tanınması. Kompüterə informasiyanın daxil edilməsi sürətinin 
artırılması,  göz  və  əlin  işinin  yüngülləşdirilməsi,  kifayət  qədər  uzaq  məsafədən  nitqlə 
təmasın təmin olunması üçün nitq təması sistemləri yaradılır. Belə sistemlərdə mətn kimi 
(giriş informasiyası kimi) fonem mətndən, yəni səsləndirilən mətndən istifadə olunur. 
Öyrədici  sistemlər.  Sİ-in  bu  istiqaməti  verilənlərin  analizi  və  ümumələşdirilməsi 
prosedurasından  istifadə  etməklə  biliklərin  avtomatik  toplanması  və  formalaşmasına 
yönəlmiş  modelləri,  metodları  və  alqoritmləri  özündə  birləşdirir.  Bu  istiqamətə  təzəcə 
meydana  çıxmış  verilənlərin  əldə  olunması  sistemləri  (Data-mining)    və  kompüterin 
verilənlər bazasında qanunauyğunluqların axtarışı sistemləri aiddir. 
Obrazların tanınması. Obyektlərin tanınması obyektin hər hansı bir sinfə aid olmasını 
təmin edən xüsusi riyazi aparatın istifadəsinə əsaslanmaqla həyata keçirilir ki, bu siniflər 
də müəyyən yığın göstəricilərin qiymətləri ilə təsvir olunurlar. 
Oyunlar  və  maşın  yaradıcılığı.  Maşın  yaradıcılığı  sistemlərinə  musiqilərin,  şerlərin 
bəstələnməsi,  yeni  obyektlərin  kəşfi  üçün  intellektual  sistemlərin  hazırlanması  daxildir. 
İntellektual kompüter oyunlarının yaradılması proqram təminatı sahəsində ən inkişaf etmiş 
kommersiya istiqamətidir.  
İntellektual  robotlarlar.  İntellektual  robotların  yaradılması  robototexnikanın  son 
məsələsidir.  Hal-hazırda  birinci  nəsil  robotlar  adlanan  kəskin  idarəetmə  sxemli 
proqramlaşdırılan  monipulyatorlarından  istifadə  olunur.  Bu  istiqamətdə  müəyyən 
nailiyyətlər qazanılsa da hələ ki, intellektual avtonom robotlar dövrü başlanmayıb. Bunun 
da  səbəbi  biliyin  interpretasiyası,  maşının  görmək  bacarığı,  üç  ölçülü  vizual 
informasiyanın adekvat saxlanması və emalı ilə bağlı problemlərin olmasıdır. 
2.
 
Ekspert sistemlər 
KitabYurdu.az 
120
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə