Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə49/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   55

 
 
Subyekt aşağıdakı mənbələrdən ən azı birini təqdim etməklə özünün həqiqiliyini təsdiq 
edə bilər: 

 
bildiyi nəyi isə (parolu, şəxsi identifikasiya nömrəsi, kriptoqrafik açar); 

 
sahib olduğu nəyi isə (şəxsi kart və ya digər təyinatlı analoji qurğu); 

 
özünün  tərkib  hissəsi  olan  nəyi  isə  (səs,  barmaq  izləri  və  s.,  yəni  özünün  biometrik 
xarakteristikalarını). 
Autentifikasiyanın ən geniş yayılmış növü paroldur. Lakin onun bir sıra nöqsanları var 
(unudulmaması  üçün  asan  parollar  seçilir,  ələ  keçirilməsi  asandır,  yüksək  sürətli  parol 
sındıran  proqramlar  mövcuddur  və  s.).  Aşağıdakı  tədbirlər  parol  mühafizəsinin  etibarını 
xeyli artırmağa imkan verir: 

 
texniki  məhdudiyyətlər  (parol  çox  qısa  olmamalıdır,  parolda  hərf,  rəqəm,  durğu 
işarələri olmalıdır və s.) 

 
parolların vaxtaşırı dəyişdirilməsi; 

 
parollar faylına icazənin məhdudlaşdırılması; 

 
sistemə uğursuz daxilolma cəhdlərinin məhdudlaşdırılması; 

 
istifadəçilərin təlimatlandırılması; 

 
parol generasiya edən proqramların istifadəsi. 
Biometrik  xarakteristikalara  nəzarət  qurğuları  mürəkkəb  və  bahadırlar,  buna  görə  də 
yalnız təhlükəsizliyə yüksək tələblər olan təşkilatlarda istifadə olunur. 
Avtorizasiya  (İcazələrin  idarə  edilməsi).  İcazələrin  idarə  edilməsi  subyektlərin 
(istifadəçi  və  proseslərin)  obyektlər  (informasiya  və  digər  kompüter  resursları)  üzərində 
yetinə yetirə biləcəyi əməliyyatları müəyyən etməyə və onlara nəzarət etməyə imkan verir. 
İcazələrin  məntiqi  idarə  edilməsi  (icazələrin  fiziki  idarə  edilməsindən  fərqli  olaraq) 
proqram vasitələri ilə realizə olunur.  
Məsələnin  formal  qoyuluşu  belədir.  Subyektlər  məcmusu  və  obyektlər  toplusu  var. 
İcazələrin məntiqi idarə olunması hər bir (subyektobyekt) cütü üçün yolverilən (mümkün) 
əməliyyatlar çoxluğunu müəyyən etməkdən və qoyulmuş qaydaların yerinə yetirilməsinə 
nəzarət etməkdən ibarətdir. 
(Subyektobyekt) münasibətini cədvəl şəklində təsvir etmək olar. Cədvəlin sətirlərində 
subyektlər, sütunlarında obyektlər sadalanır. Sətir və sütunların kəsişdiyi xanalarda verilən 
icazə növləri və əlavə şərtlər (məsələn, vaxt və hərəkətin məkanı) yazılır. 
İcazələrin  məntiqi  idarə  edilməsi  mövzusu  –  informasiya  təhlükəsizliyi  sahəsində  ən 
mürəkkəb  mövzudur.  Səbəb  ondadır  ki,  obyekt  anlayışının  özü  (deməli  icazə  növləri  də) 
servisdən servisə dəyişir. Əməliyyat sistemi üçün obyekt fayl, qurğu və prosesdir. Fayl və 
qurğular  üçün  adətən  oxuma,  yazma,  yerinə  yetirmə  (proqram  faylları  üçün),  bəzən  də 
silmə  və  əlavə  etmə  hüquqlarına  baxılır.  Ayrıca  hüquq  kimi  icazə  səlahiyyətlərinin  digər 
subyektlərə vermə  imkanına baxıla bilər (sahiblik  hüququ).  Prosesləri  yaratmaq  və  məhv 
etmək olar. Müasir əməliyyat sistemləri digər obyektlərin varlığını da mümkün edə bilər. 
İcazə  hüququna  nəzarət  proqram  mühitinin  müxtəlif  komponentləri  –  əməliyyat 
sisteminin  nüvəsi,  əlavə  təhlükəsizlik  vasitələri,  verilənlər  bazasını  idarəetmə  sistemi, 
vasitəçi proqram təminatı (məsələn, tranzaksiyalar monitoru) tərəfindən həyata keçirilir.  
Protokollaşdırma  və  audit.  Protokollaşdırma  dedikdə  informasiya  sistemində  baş 
verən hadisələr haqqında məlumatın qeyd edilməsi və toplanması başa düşülür. 
KitabYurdu.az 
107
 


 
 
Audit – toplanan informasiyanın analizidir. Audit operativ (demək olar ki, real vaxtda) 
və ya dövri (məsələn, gündə bir dəfə) aparıla bilər. 
Protokollaşdırma və auditin realizə olunması aşağıdakı məqsədləri güdür: 

 
istifadəçi və administratorların hesabat verməli olmasını təmin etmək; 

 
informasiya təhlükəsizliyini pozma cəhdlərinin aşkar olunması; 

 
problemlərin aşkar olunması və analizi üçün informasiyanın təqdim olunması. 
“Narıncı  kitabda“  protokollaşdırma  üçün  aşağıdakı  hadisələr  sadalanır:  sistemə  giriş 
cəhdləri  (uğurlu  və  uğursuz);  sistemdən  çıxış;  kənar  sistemlərə  müraciətlər;  fayllarla 
əməliyyatlar  (açmaq,  bağlamaq,  adını  dəyişmək,  silmək);  imtiyazların  və  digər 
təhlükəsizlik atributlarının dəyişdirilməsi. 
Ekranlaşdırma.  Ekranlaşdırma  vacib  təhlükəsizlik  mexanizmlərindən  biridir.  Bu 
mexanizmin  şəbəkələrarası  ekran  (ingilis  termini  firewall)  adlanan  realizələri  olduqca 
geniş yayılıb. 
Ekranlaşdırma məsələsinin qoyuluşu aşağıdakından ibarətdir. Tutaq ki, iki informasiya 
sistemi  var.  Ekran 

  bir  çoxluqdan  olan  istifadəçilərin  digər  çoxluğun  serverlərinə 
müraciətlərini  nizamlayan  vasitədir.  Ekran  öz  funksiyalarını  iki  sistem  arasındakı  bütün 
informasiya axınına nəzarət etməklə yerinə yetirir ( şək. 1) 
 
 
Ən  sadə  halda  ekran  iki  mexanizmdən  ibarətdir,  onlardan  biri  verilənlərin 
yerdəyişməsini  məhdudlaşdırır,  digəri  isə  əksinə,  bu  yerdəyişməni  həyata  keçirir.  Ən 
ümumi  halda  ekranı  (yarımşəffaf  pərdəni)  süzgəclər  (filtrlər)  ardıcıllığı  kimi  təsəvvür 
etmək  əlverişlidir.  Süzgəclərdən  hər  biri  verilənləri  (tutub)  saxlaya  bilər  və  ya  onları 
dərhal "digər tərəfə" "ötürə bilər". Bundan başqa, analizi davam etdirmək üçün verilənləri 
növbəti  süzgəcə  ötürmək,  verilənləri  adresatın  adından  emal  edərək  nəticəni  göndərənə 
qaytarmaq olar. 
Çox  vaxt  ekranı  7-səviyyəli  OSI  etalon  modelinin  üçüncü  (şəbəkə),  dördüncü 
(nəqliyyat)  və  ya  yeddinci  (tətbiqi)  səviyyələrində  realizə  edirlər.  Birinci  halda 
ekranlaşdırıcı  marşrutizator,  ikinci  halda 

  ekranlaşdırıcı  nəqliyyat,  üçüncü  halda 

 
ekranlaşdırıcı  şlüz  alınır.  Hər  bir  yanaşmanın  öz  üstünlükləri  və  nöqsanları  var;  hibrid 
ekranlara  da  rast  gəlinir,  onlarda  göstərilən  yanaşmaların  ən  yaxşı  cəhətlərini  realizə 
etməyə çalışırlar. 
9.10. Kriptoqrafik mühafizə vasitələrinin iş prinsipləri 
Müasir kriptoqrafiyanın predmeti informasiyanı bədniyyətlinin müəyyən əməllərindən 
mühafizə  etmək  üçün  istifadə  edilən  informasiya  çevirmələridir.  Kriptoqrafiya 
konfidensiallığı,  tamlığa  nəzarəti,  autentifikasiyanı  və  gücləndirilmiş  elektron  imzanı  (və 
müəlliflikdən imtinanın qeyri-mümkünlüyünü) təmin etmək üçün tətbiq edilir. 
İstifadəçil
ər 
Serverlər 





Serverlər 
İstifadəçilər 
İnformasiya 
sistemi 1 
İnformasiya sistemi 2 
Şək. 1. Şəbəkələrarası ekran 
KitabYurdu.az 
108
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə