Mühazirə Cəmiyyətin inkişafında elmin rolu



Yüklə 2,16 Mb.
səhifə10/22
tarix30.12.2023
ölçüsü2,16 Mb.
#165912
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   22
A4233. Mühazirələr. Elmi-tədqiqat işləri 2023 1-10

Elmin metodologiyası, xüsusi elmlərin tədqiqi zamanı aşkar olunan metod və tədqiqat vasitələrinin ümumiləşdirilməsi və inkişafından doğmuşdur. Məsələn, eksperimentlər ilkin olaraq mexanika elmində tətbiq olunmuşdur. Ancaq sonralar ondan digər elm sahələrində də geniş istifadə olunur və onun sərbəst empirik tədqiqat metodu kimi qəbul edilməsinə qərar verilir. Bunu bir neçə nəzəri metodlara da aid etmək olar. Məsələn, elmi biliyin aksiomatik quruluş metodu uzun illər sırf riyaziyyata aid edilmişdir. Son vaxtlar isə o digər elmlərdə (fizika, nəzəri biologiya və linqvistika) geniş tətbiq olunaraq formallaşdırılmış dillərin qurulma metodlarının əsasını təşkil edir.
Bundan əlavə elmi–tədqiqatın metodologiyası ümumi idrak metodologiyasının həm nəzəri, həm də praktiki nöqteyi nəzərdən daha aktual tərkib hissəsi sayılır. Metodologiya tədqiqat metodlarını daha dərindən analiz etməyə imkan verir. Belə analiz bir çox yeni elmi fənlərin xüsusiyyətlərini öyrənərək aktual xüsusi nəzəriyyələrin yaranmasına gətirib çıxarıb. Məsələn, eksperimentin riyazi nəzəriyyəsi sınaqların planlaşdırıl­ması və nəticələrin emalına imkan verən çoxlu sayda metod və üsulları aşkar edir. Onun nəticələri ilə istənilən tədqiqatçı işləyə bilir. Eyni fikirləri sistem, struktur–funksional analiz və ya modelləşdirmə metodu kimi ümu­mi nəzəri metodlara da aid etmək olar.
Bir sözlə, metodologiyaya nə metodlar haqqında bir elm kimi nə ayrı-ayrı, nə də ümumiləşdirilmiş elmi metodlar toplumu kimi baxmaq olmaz. Burada söhbət əsasən bu metodların elmi biliyin əldə olunması yolunda tətbiq sərhədlərinin araşdırılıb üzə çıxarılmasından gedir. O, dərketmə metodlarının yaranması, mə­na­sı, effektivliyi və digər xüsusiyyətlərini öyrənir. Elmi biliyin inkişafının istənilən mərhələsində metodların təyinatı və əsaslandırılması, onların köhnələrdən fərqini aşkar etmək üçün vacibdir. Bu baxımdan metodo­lo­giya gələcəyə yönəlmiş bir elmdir. O, elmin inkişafını qabaqlamaq zərurətindədir.


Mühazirə 5.
Elmi-tədqiqat prosesinin məntiqi quruluşu

Elmi biliyin əldə edilməsi özlüyündə mürəkkəb bir yaradıcılıq fəaliyyəti olub, işin təşkilində və icrasında müəyyən məntiq ardıcıllığı tələb edir. Yeni biliyin formalaşmasının əsas formasını fakt, elmi problem, hipotez və nəzəriyyə təşkil edir. Onların inkişafı elmi–tədqiqat prosesinin məntiqi ardıcıllığını müəyyənləşdirir: faktların aşkar edilməsi, onların izahı və ümumiləşdirilməsi, elmi problemin qoyulması və formulə edilməsi, elmi hipotezin tərtibi, nəzəriyyənin qurulması və onun praktiki həlli yollarının təyini. Bu ardıcıllığa riayət etməklə intizamlı, məqsədyönlü və yüksək effektivli tədqiqat işlərinin həyata keçirilməsi mümkündür.


Faktların toplanması


İstənilən elmi-tədqiqat işi faktların yığılması, sistemləşdirilməsi və ümumiləşdirilməsindən başlayır. Əsasən həqiqət elmi faktlar fərqlənir.
Həqiqət faktları – bu baş verən və ya artıq baş vermiş hadisələrdir. Elmi faktlar isə tədqiqatçı tərəfindən empirik mühakimələr əsasında yoxlanmış, düşünülmüş və elmi dildə qeyd olunmuş faktlardır. Digər sözlə faktlar elmi biliyin məntiqi strukturunun tərkib hissəsi olduqda ona elmi faktlar deyilir. Lyu de Broyl yazırdı ki, “eksperimentin nəticəsi sadəcə qeyd olunmuş faktlardan ibarət deyil. Bu nəticədə həmişə müəyyən qədər nəzəri əsaslara söykənən izaha ehtiyac var”. Elmi–tədqiqatın empirik mərhələsində bir–birindən xarakterik fərqlənən məsələlər həll olunur.
Birinci mərhələdə faktların əldə olunmasına cəhd edilir. Bütün faktların başlanğıcı real həqiqətlərdir: tarixi hadisələr, şəxsiyyətlərin və xalqların fəaliyyət göstəriciləri, həmçinin təbii hadisələr və proseslər. Tədqiqatçı heç də həmişə hadisə və proseslərlə bağlı ilkin faktlarla işləmək imkanına malikolmur. Bu, çox vaxt zaman və məkan amilləri ilə bağlıdır. Ona görə də, elmdə bir çox hallarda ikinci və ya üçüncü dərəcəli faktlarla işləyirlər. Müxtəlif yol və üsullardan istifadə etməklə tədqiqatçı faktları toplayır, seçir və bununla işin sonrakı mərhələləri üçün baza yaradır.
Empirik tədqiqatın ikinci mərhələsi toplanmış faktların ilkin emalı və qiymətləndirilməsi ilə məşğul olur. Bu mərhələdə artıq düşündürücü işə qədəm qoyulur. Tədqiqatçı nəyin fakt olması, nəyin isə sadəcə fikir
olmasına aydınlıq gətirməyə çalışır. O, elmin nəzəri əsaslarına, qanun və kateqoriyalarına əsaslanaraq faktların məzmununu təyin edir, onlar arasındakı əlaqəni aydınlaşdırır, xassələrinin vacibliyinə və aktualllığına görə onları qruplaşdırır.
Nəzəri mərhələdə tədqiqatçı faktların dərin analizi ilə məşğul olur. Burada araşdırılan hadisənin məzmunu izah edilir, qanunlar üzə çıxarılır və formulə edilir. Növbəti addımda hadisənin və ya prosesin gələcək gedişatı proqnozlaşdırılır və bunun əsasında müxtəlif proses və hadisələrin praktiki idarə edilməsi üçün prinsipial göstərişlər işlənir. Ancaq faktların sinifləşdirilməsi hələ də elmi elm etmir. Bu o vaxt baş verir ki, o faktın yaranmasını izah və proqnoz edərək, praktiki fəaliyyətini insanlara yönəltsin.
Elmi problemin qoyulması, tədqiqatın empirik və nəzəri mərhələləri arasında birləşdirici bənd rolunu oynayır.



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə