Mühazirə Cəmiyyətin inkişafında elmin rolu



Yüklə 2,16 Mb.
səhifə13/22
tarix30.12.2023
ölçüsü2,16 Mb.
#165912
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   22
A4233. Mühazirələr. Elmi-tədqiqat işləri 2023 1-10

Nəzəriyyənin elmi–tədqiqatdakı rolu
Elmi nəzəriyyə kifayət qədər inkişaf etmiş biliklər sistemi olub, bu sahədə vahid əsasda mövcud olan qanunların kəşfinə və irəli sürülən hipotezlərin əsaslandırılmasına imkan verən hadi­sələr toplumunu təsvir və izah edir. Elmi nəzəriyyə bu yolla yoxlanılmış biliklərin vahid sistemi sayılır. Nəzəriyyəyə daxil olan müddəalar və nəticələr əsaslandırılır və sübut edilir.
Elmi nəzəriyyənin əsas məqsədi əsaslı (ideal) obyektlərin, onların xassələri və münasibətləri (qanunlar, prinsiplər) haqqında sübutların yaradılmasındanibarətdir. Bu baza bilikdən istifadə etməklə sırf məntiqi olaraq çoxlu sayda nəticə əldə etmək (quraşdırmaq, proqnoz etmək) müm­kün­dür. Əsas şərt ondan ibarətdir ki, ifadə olunmuş nəticə müəyyən empirik asılılıqların köməyi ilə inter­pretasiya edildikdə o, real obyektin (təbii hadisələr, praktiki və psixoloji proseslər və s.) xassələrini maksimal əks etdirsin. Ayrıca hallarda nəticə nəzəriyyəni yoxlamayıb, onu dəqiqləşdirir və ya genişləndirir.
Elmi nəzəriyyənin elementləri anlayış, kateqoriya, termin, mühakimə, elmi müddəa, ideya, konsepsiya, qanun, qanunauyğunluq, elmi fənlər və sairəni əhatə edir. Əsas elementləri yaxından nəzərdən keçirək:
Anlayış – predmetləri onların məlum əlamətləri şəklində dərk edilməsi formasıdır.
Kateqoriya – predmet və hadisələrin daha çox ümumi xassələrini və münasibətlərini ifadə edən ümumi, fundamental termindir.
Elmi termin – elmi anlayışın adıdır.
Mühakimə – nəyisə təsdiq və ya inkar edən düşüncə tərzidir.
Müddəa – formulə olunmuş fikrin elmi sübutudur.
İdeya – nəzəriyyə və konsepsiyanın məzmununu ifadə edən əsas fikirdir.
Konsepsiya – elmi ideyaların birləşməsindən yaranan nəzəri baxışlar sistemidir. Konsepsiya nəzəriyyədən fərqli olaraq, deduktiv nöqteyi nəzərdən sona çatdırıla bilməyən fərdi biliyin işlənməsi və genişləndirilməsi ilə bağlıdır. Onlar problemin mənasının başa düşülməsinə yönəlir. Burada obyektiv dərketməyə baxılmır.
Qanun – proseslər arasında obyektiv, daxili, vacib və davamlı əlaqəni təsvir edir. Qanunlar elmi–tədqiqat işlərində açar rolunu oynayır və ilkin olaraq təkliflər, hipotezlər şəklində irəli sürülür. Əldə olunan faktların, sınaq materialların köməyi ilə qoyulan iddia „təmizlənir“, təkmilləşdirilir və sonda qanun şəklinə salınır. Beləliklə, qanun hadisə daxilində obyektiv, faktiki, təkrar olunan və dayanıqlı əlaqələri əks etdirir. Qanun anlayışı fəlsəfi kateqoriya kimi digərlərindən gec qəbul edilmişdir. Bu onunla izah olunur ki, qanun faktların atributu kimi, insan fəaliyyətində hadisələri əks etdirən kateqoriyalardan sonra meydana gəlmişdir.

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə