Mühazirə brahimov T. «Landşaft» nədir?



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə27/28
tarix21.10.2017
ölçüsü0,66 Mb.
#6375
1   ...   20   21   22   23   24   25   26   27   28

Antropogen  landşaftlar  bir  sıra  əlamətlərinə  və  xüsusiyyətlərinə  görə  ilkin 

komplekslərdən fərqlənirlər. Bu landşaftların səciyyəvi cəhəti onlarda su və istilik 

balansının,  bioloji  və  biokimyəvi  dövranın,  torpaq  proseslərinin  inkişaf 

istiqamətlərinin və s. yenidən qürülması və əsaslı dəyişməsidir. Bütün bu əlamətlər 

müasir  texnologiya  insanın  təsərrüfat  fəaliyyətinin  istiqaməti  və  onun  təcrübi 

məqsəd üçün tətbiq etdiyi metodun xarakteri ilə bağlıdır. 

Yer kürəsində müasir antoropogen landşaft kompleksləri sahəsinin durmadan 

artması  və  dəyişilməsi  müşahidə  edilir.  Bunun  əsas  səbəbi  təbii  torpaq  fondunun 

fəsiləsiz olaraq antropogen istiqamətdə dəyişməsi, əhali sayının və iqtisadi  çəhətcə  

inkişaf etmiş ölkələrin miqdarının artmasıdır.   

Təsərrüfat fəaliyyəti nəticəsində təbii əlaqələri pozulmuş və xarici görünüşcə 

tamam  dəyişmiş  landşaftlar  (şəhər  və  kənd  yaşayış  məntəqələri,  müxtəlif  tikinti 

obyektləri,  nəqliyyat  magistraları  və  s.)  o  qədərdə  böyük  sahə  tutmayır  (bütün 

dünyada  2%,  keçmiş  SSR -də  3%).  Lakin  bəzi  rayonlarda  (Rur  hövzəsində)  və 

sənaye  mərkəzlərində  (ABŞ-da,  ngiltərədə,  Yaponiyada,  keçmiş  SSR -nin  bəzi 

rayonlarında) ərazinin yarıdan çoxu tikinti məqsədilə istifadə edilir. 

Tikintilərin  sahəsi  əsasən  şumlanan  məhsuldar  torpaqlar  hesabına  artır.  Belə 

ki, yalnız ABŞ-da hər il  şəhər ərazisinin genişlənməsi hesabına 350 min hektardan 

çox  əkin  sahəsi  sıradan  çıxır.  Bu  itki  meş  əvə  otlaq  sahələrinin  şumlanması 

hesabına doldurulur. 

nsan  tərəfindən  istifadə  edilməyən  landşaft  kompleksləri  bütün  Yer  kürəsi 

qurusunun yarıya qədərini tutur. Belə sahələrə insanların məskunlaşdığı ərazilərdən 

çox uzaqda yerləşən və istifadə edilməyən meşələr (əsasən dağlarda, Kanadanın bir 

sıra rayonları, Sibir, Amozon və Konqo çayı hövzələri və s.) və ya «pis torpaqlar» 

(bataqlıqlar-şimal  və  dağ  tundrası,  qütb  və  yüksək  dağ  səhraları,  qüvvətli 

parçalanmış  karst  rayonları,  hərəkətdə  olan  qumlar,  şoranlıqlar  və  takırlar, 

karyerlər və s.) daxildir.  nsanlar tərəfindən istifadə olunmayan torpaqlar içərisində 

elə  sahələr  də  vardır  ki,  onlar  şumlanan  torpaqlar  və  otlaqlar  kimi  potensial 

məhsuldarlığa  malikdir.  FAO-nun  (BMT-  yanında  ərzaq  və  kənd  təsərrüfatı 

təşkilatı)  məlumatlarına  görə,  xarici  Avropada  onların  sahəsi  6  mln.,  Şimali  və 

Behruz Melikov

Behruz Melikov




Mərkəzi  Amerikada  30  mln.,  Cənubi  Amerikada  42  mln.,  Xarici  Asiyada  (Çin 

müstəsna olmaqla, məlumat yoxdur)  60 mln., Afrikada 70 mln. hektar təşkil edir. 

Məlum  olduğu  kimi  hazırda  həmin  sahələrin  bəzilərindən  (bataqlıqların 

qurudulması, 

hərəkətdə 

olan 


qumların 

bərkidilməsi, 

«pis 

torpaqların» 



hamarlanması və s.) insanlar təsərrüfatın müxtəlif sahələrində istifadə edirlər. 

Müasir landşaftşünaslığın və onun tərkib hissəsi olan antropogen landşaftın ən 

vacib və təxirə salınmaz problemləri aşağıdakılardan ibarətdir (bu problemlər ayrı-

ayrı konkret regional və landşaft zonalarının tədqiqi üçün nəzərdə tutulur): 

1.Antropogen  landşaftların  təbii  xüsusiyyətlərinin,  onun  dinamikasını  və 

inkişaf kateqoriyası mərhələlərinin tədqiqi: 

2.Antropogen  landşaft  komplekslərinin  yaşının  bərpası  və  onların  (tarixi 

nöqteyi-nəzərdən) inkişafının xronoloji ardıcıllıqla izahı; 

3.Tipoloji  və  ya  morfoloji  antropogen  landşaft  vahidləri  strukturunun 

yaradılması, onların xəritəyə köçürülməsi, tipologiyası və təsnifatı; 

4.Antropogen komplekslərin çöl tədqiqatı metodlarının işlənib hazırlanması; 

5.Antropogen  landşaftların  tədqiqi  prosesində  regional  vahidlərin  müəyyən 

edilməsi; 

6.Basdırılmış  qədim  yaşayış  məntəqələri  (seliteb)  landşaft  komplekslərinin 

öyrənilməsi və xəritələşdirilməsi; 

7.Qədim  əkinçilik  təsərrüfatının  bərpası  (qədim  suvarma  kanallarının, 

suvarma  və  dəmyə  əkinçiliyinin  və  s.)  və  bununla  əlaqədar  təbii  landşafta  təsir 

dərəcəsinin təyini (meşənin illik qırılma sürətinin təyini və s.); 

8.Antropogen  landşaftların  proqnozlaşmasının  nəzəri  əsaslarının  işlənib 

hazırlanması. 

 

Behruz Melikov



Behruz Melikov


Mühazirə 18 

Antropogen landşaftlarin təsnifati 

Antropogen  landşaftların  təsnifatı  müasir  landşaftşünaslığın  hələlik  nisbətən 

yeni və zəif işlənmiş problemlərindən biri olub, onun tam həyata keçirilməsi həmin 

komplekslərin 

çöl 

tədqiqatı 



və 

xəritələşməsi 

sahəsində 

ə

ldə 



edilən 

nailiyyətlərindən  asılıdır.  Təbii  landşaftların  nəzəri  məsələləri  və  təsnifatı  ilə 

müqayisədə  antropogen  komplekslərin  nəzəri  məsələləri  öz  həllindən  hələlik 

kifayət qədər geridir. Son illərdə antropogen landşaftların tipologiyası və təsnifatı 

sahədə  təcrübə  toplanmış  və  onun  nəticələri  A.Q. saçenko  (1961,  1965), 

F.H.Milkov  (1973,  1977),  A.M.Pyabçikov  (1971),  L. .Kurakova  (1971)  və  

başqalarının işlərində öz əksini tapmışdır. 

A.Q. saçenko  (1965,  s.  212)  haqlı  olaraq  qeyd  edir  ki,  antropogenləşmə 

prosesində  təbii  landşaftın  morfoloji  vahidləri  (fasiya  və  mərz)  daha  tez  qüvvətli 

dəyişir.  Zonal  və  azonal  qüvvələrin  təsirilə  müəyyən  edilən  landşaft  isə  möhkəm 

və  davamlı  sistem  olduğundan,  insan  onu  hələlik  dəyişmək  iqtisadarına  malik 

deyil.  Ona  görə  də,  antropogen  landşaftların  mövcudluğundan  deyil,  təbii 

landşaftların  törəmə  variantları  və  ya  modifikasiyası  barədə  danışmaq  daha 

düzgündür.  Bununla  əlaqədar  olaraq  da,  saçenko  hesab  edir  ki,  təsərrüfat 

fəaliyyətinin  təsir  dərəcəsindən  asılı  olaraq  dəyişilmiş  və  şərti  olaraq  dəyişməyən 

landşaftları fərqləndirmək lazımdır. Onun fikrincə, axırıncıya insanın toxunmadığı 

və  ya  zəif  toxunduğu  təsərrüfat  təsirinə  məruz  qalmayan  landşaftlar  daxildir. 

Dəyişilmiş landşaftlar aşağıdakı kimi verilir: 

1.Zəif dəyişilmiş (insanın təsiri ayrı-ayrı komponentlərdə müşahidə olunur və 

ə

sas təbii əlaqə, müvazinət pozulmamış qalır). 



2.Pozulmuş  (qüvvətli  dəyişilmiş),  uzun  müddətli  təsərrüfat  təsirinə  məruz 

qalmış  komplekslərin  strukturu  pozulmuş,  eroziya,  deflyasiya,  şorlaşma,  suyun 

çirklənməsi və s. proseslərin inkişaf etdiyi landşaftlar. 

3.Dəyişilmiş və ya xüsusi mədəni landşaftlar. Burada təbii əlaqə elmi əsaslar 

üzrə, cəmiyyətin xeyrinə dəyişir. 

Behruz Melikov

Behruz Melikov



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə