Mühazirə brahimov T. «Landşaft» nədir?



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix21.10.2017
ölçüsü0,66 Mb.
#6375
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

etmək daha məqsədyönlü olardı. N.A.Qvozdetskinin fikrincə, bu  qanunauyğunluq 

iqlim  göstəricilərinin  uzunluq  differensiasiyası  ilə  bağlı  olub,  kontinentlər 

daxilində  onların  mövcudluğunu  təyin  edən  dənizdən  uzaqlaşdıqca  iqlimin 

mülayim  kontinental,  kəskin  kontinental,  musson  və  s.  olması  ilə  əlaqədar 

meridional  zolaqların  və  ya  sektorların  əmələ  gəlməsidir.  Sektorlar  istilik  və 

rütubət  münasibətinin  müxtəlifliyilə  səciyyələndiyindən,  onların  daxilində  enlik 

zonalarının  müxtəlif  spektrlərini  yaradan  xüsusi  landşaft  tipləri  və  yarımtipləri 

ə

mələ  gəlir.  Çox  hallarda  bu  qanuna  uyğunluğu  «sektorluq»  adlandırırlar.  Lakin, 



təbii  şəraitin  sektorlar  daxilində  meridianlar  üzrə  dəyişməsini  nəzərə  alaraq, 

sektorluq  anlayışının  mənasını  kiçiltmədən  landşaftın  meridional  differensiasiyası 

barədə danışmaq, izahat vermək daha məqsədəuyğun olardı. 

Qurunun  və  dəniz  səthinin,  atmosferin  materik-okean  sirkulyasiyasının 

müxtəlif  fiziki  xüsusiyyətlərə  malik  olmasının  əsas  səbəblərindən  biri 

kontinentlərin  daxili  və  okean  sahili  hissələrində  temperatur  rejiminin 

fərqlənməsidir.  Bu  fərq  xüsusilə  qış  aylarında,  quru  üzərində  qüvvətli  soyuqlar 

başlayanda və materiklər üstündə atmosfer təzyiqinin fəsli maksimumu yaranarkən 

çox  kəskin  hiss  edilir.  Bu  zaman    mülayim  dəniz  hava  kütlələrinin  təsiri  altında 

qalan  okean  sahili  zolaq  (xüsusilə  qərb  axınları  qurşağında  yerləşən  materiklərin 

qərb sahilləri) kontinentlərin daxili rayonlarında nisbətən isti olur. Məsələn, Qərbi 

Skandinaviya və Mərkəzi Yakutiya eyni enlik zolağında yerləşməsinə baxmayaraq, 

onlar arasında orta yanvar temperaturunun fərqi 40

o

 artıq və Avrasiya materikinin 



ş

imalında yanvar izotermləri demək olar ki, tamamilə meridian istiqamətinə uyğun 

gəlir.  Təbii  haldır  ki,  yay  aylarında  isti  olduğundan,  temperatur  fərqi  də  o  qədər 

böyük deyildir. (Mərkəzi Yakutiyada orta iyul temperaturu qərbi Skandinasiyadan 

6-7

o

 yüksəkdir). 



Landşaftın  zonal  və  meridional  differensiasiyasının  bir-birindən  qarşılıqlı 

asılı olması, elmin ən vacib problemlərindən biridir. Materik daxili və okeansahili 

sektorlara  məxsus  enlik  zonalarının  müxtəlif  formalarda  təzahür  etməsini 

təcrübədə  göstərmək  heç  də  çətin  deyil.  Beləki,  materikdaxili  sektorlarda 

zonallığın  təzadlığı  daha  çox  mürəkkəbləşirsə,  okeansahili  sektorlarda  əksinə 

Behruz Melikov

Behruz Melikov



mülayimləşir.  Zonallığın  yaranması  prosesində  fiziki-coğrafi  göstəricilərin 

ə

lamətləri  okeansahili  və  kontinental  sektorlarda  özlərini  müxtəlif  formalarda 



aparırlar.  Bu  proses  rütubətlənmə  göstəricilərinin  gedişində  daha  əyani  şəkildə 

ifadə  olunur.  Belə  ki,  okeansahili  sektorlar  daxilində,  xüsusilə  rütubətli  musson 

hava kütlələrinin təsiri altında olan şərq sahillərdə enlik zonaları üzrə rütubətlənmə 

dərəcəsinin zəif tərəddüdü qeyd olunur. 

Landşaftın 

meridional 

differensiasiyasını 

səciyyələndirən 

ə

sas 


xüsusiyyətlərdən  biri  də  bitkinin  kütlə  ehtiyatının  və  bioloji  məhsuldarlığının 

öyrənilməsindən  irəli  gələn  göstəricilərin  təhlilidir.  Bununla  əlaqədar  toplanmış 

materialların təhili göstərir ki, bütövlükdə okeanın təsiri altında olan sektorlar üçün 

daha  bol,  sabit  və  məhsuldar  bitki  örtüyü  xarakter  olduğu  halda,  kontinental 

sektorlarda bu xüsusiyyət müşahidə olunmur və həmin göstəricilərin enlik zonaları 

üzrə dəyişməsi müxtəlif sektorlarda eyni getmir. 

Yuxarıda  deyilənlərdən  aydın  olur  ki,  hər  bir  landşaft  zonası  bir  sektordan 

digərinə  keçərkən  əsaslı  dəyişikliyə  məruz  qalır.  Avrasiya  materikində  özünün 

tutduğu  geniş  sahəyə  görə  fərqlənən  Tayqa  zonası  və  onun  ayrı-ayrı  spesifik 

hissələri  (Şərqi  Avropa,  Qərbi  Sibir,  Şərqi  Sibir,  Uzaq  Şərq)  bir  misal  kimi  buna 

xidmət edir. Başqa bir misal – meşə-çöl zonası, onun şərqi Avropa və Qərbi Sibir 

hissələri. Bir sıra zonalar üçün fiziki-coğrafi sektorların sərhədləri qeyri müəyyən 

sədd  kimi  təsir  göstərir.  Beləki,  Uzaq  Şərqdə  enli  yarpaqlı  meşələr  zonasının 

yayılması  Uzaq  Şərq  musson  sektorunun  qərb  sərhədlərilə  hüdudlanırsa,  çöl 

yarımsəhra və səhra zonaları şərqdə kəskin kontinental Mərkəzi Asiya sektorundan 

kənara çıxmır. 

 

Behruz Melikov



Behruz Melikov


Mühazirə 14. 

brahimov T. 

Landşaftin hündürlük differensiyasi 

Landşaftın  hündürlük  differensiyası  dedikdə,  dağlıq  ölkələrdə  təbii-ərazi 

komplekslərinin  hündürlüyə  görə  dəyişməsi  və  bunun  nəticəsində  yaranan 

hündürlük  qurşaqları  başa  düşülür.  Onun  əsasını  müxtəlif  landşaft  kompleksləri 

yaradan  ərazinin  mütləq  yüksəkliyinin  artması  ilə  eyni  zamanda  temperaturun 

azalması,  istilik  və  rütubət  münasibətinin  dəyişməsi  təşkil  edir.  Dağlar  qısa 

məsafədə,  hətta  eyni  mütləq  yüksəkliklər  daxilində,  eyni  dağ  yamaclarında 

landşaftların  müxtəlifliyinə  görə  düzənliklərdən  kəskin  fərqlənir.  Müxtəlif  səmtli 

və müxtəlif dağ yamaclarında bu fərq daha qüvvətli görünür. 

Bir  sıra    tədqiqatçılar  «Hündürlük  zonallığı»  və  «şaquli  zonallıq» 

anlayışlarını  sinonim  hesab  edirlər.  Əslində  belə  deyil.  Şaquli  zonallığa 

okeanlardakı təbii dərinlik zonaları da daxil olduğundan, «şaquli zonallıq» anlayışı 

«hündürlük zonallığı» ilə müqayisədə daha geniş mənanı ifadə edir. 

Hündürlük  qurşaqlarının  əmələ  gəlməsinin  əsas  səbəblərindən  biri,  dağın 

ə

təyindən zirvəsinə doğru qalxarkən istiliklə təmin olunma şəraitinin dəyişməsidir. 



Müşahidələr göstərir ki, enlik və hündürlük istiqamətlərində temperaturun dəyişmə 

şə

raiti eyni xarakterli deyildir. Dağlarda istilik balansının paylanması, düzənlikdən 



fərqli  olaraq  başqa  formada  gedir.  Beləki,  günəş  radiasiyasının  intensivliyi 

hündürlük istiqamətində hər bir kilometrdə təxminən 10% artır.  Bu prosesin əsas 

səbəbi bir tərəfdən atmosferin qalınlığının və onda su Buxarı və tozun miqdarının 

azalması ilə bağlıdırsa, digər tərəfdən atmosferdə günəş şüalarının udulması və əks 

olunması da onun itməsinə və azalmasına səbəb olur. Bu zaman günəş radiasiyası 

bütün  il  müddətində  yüksək  sahələrdə  bir  qədər  bərabər  paylansada,  onun  tərkibi 

ultrabənövşəyi şüaların artması hesabına dəyişir. 

Dağların  mütləq  yüksəkliyinin  artması  ilə  yanaşı  yer  səthində  uzun  dalğalı 

ş

üalanma  da  qüvvətlənir.  Bu  axım  günaş  şüalarının  axım  sürətinə  nisbətən  daha 



qüvvətli  gedir.  Elə  onun  nəticəsində  də  temperaturun  azalması  sürətlənir. 

Temperaturun  hündürlük  qradienti  üfqi  qradienti  100  dəfələrlə  üstələyir.  Deməli, 

Behruz Melikov

Behruz Melikov




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə