Mühazirə brahimov T. «Landşaft» nədir?



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə23/28
tarix21.10.2017
ölçüsü0,66 Mb.
#6375
1   ...   20   21   22   23   24   25   26   27   28

dağların qərbində (Diabar-Yardımlı çökəkliyində) isə quru çöl kompleksləri əmələ 

gəlir. 


6.Hidroloji  asimmetriya  tipi,  təbii  su  axımlarının  hidrodinamik 

xüsusiyyətlərinin  təsiri  altında  əmələ  gəlir.  Bu  çayların  ilkin  və  ikinci  dərəcəli 

meandrlarının dik yamaclı çökək, batıq sahillərinə və maili qabarıq sahillərə,  yataq 

boyu yalların çaya doğru istiqamətlənmiş maili və əsas sahilə doğru yönəlmiş dik 

yamaclarına məxsusdur. 

7.Eol asimmetriya tipi, eol-akkumulyativ mənşəli komplekslərə məxsusdur. 

Bu  asimmetriya  tipiən  aid  komplekslər  dünlərin,  barxanların  inkişaf  etdiyi 

səhralarda  geniş  yayılmışdır.  Dün  və  barxanların  külək  tutan  yamacları  maili  (8-

20

o

) və külək tutmayan əks yamacları dikdir (30-40



o

). Dünlərdəki analoji hadisələr 

qar yığınlarında da müşahidə edilir, yəni çox da yüksək olmayan qar yığınlarının 

külək tutan yamacları külək tutmayan yamaclara nisbətən maili olur. 

8.Qlyasial  asimmetriya  tipi-buzlaq  fəaliyyətinin  təsiri  altında  əmələ  gəlir. 

Bunu  iki  yarımtipi  fərqləndirilir:  buzlaq-erozion  və  buzlaq-akkumulyativ 

asimmetriya.  

Buzlaq-erozion asimmetriya qoyun kəlləsini xatırladan formalarda müşahidə 

edilir  və  möhkəm  ana  süxurları    üzərində  qabarın  relyef  formalarının  buzlaqlar 

tərəfindən  hamarlanması  nəticəsində  əmələ  gəlir.  Qoyun  kəlləsinin  hərəkət  edən 

buzlaq  istiqamətinə  çevrilmiş  yamacı  əks  yamacla  müqayisədə  daha  çox 

hamarlanmış  olur.  Kareliyada  və  Finlandiyada    qoyun  kəllələri  landşaftın  ən 

xarakter elementləridir. 

Buzlaq-akkumulyativ formalar  moren tirələrindən, təpələrindən ibarət olub, 

asimmetrik  quruluşlu  landşaftları  ilə  fərqlənirlər.  Hərəkət  edən  buzlaqlara  doğru 

baxan moren tirələrinin yamacı əks yamaclara nisbətən dik olur. 

9.Sürüşmə  mənşəli  asimmetriya  tipi-təpə  və  yalların  qeyri-bərabər  yamaclı 

olması ilə səciyyələnir. Sürüşmə  mənşəli asimmetrik komplekslərin inkişaf etdiyi 

və yayıldığı ən klassik rayon Böyük Qafqaz dağlarının şərq qurtaracağıdır. Buruda 

sürüşmə  landşaftlarının  morfoloji  strukturunun  təhlilinə,  sürüşmələrin  paylanma 

sıxlığına  əsasən  5  landşaft  rayon  (Samur-Dəvəçi,  Qaraçay,  Vəlvələçay-Ataçay, 

Behruz Melikov

Behruz Melikov



Girdimançay-Ağsuçay və Şamaxı-Qobustan) ayrılır. Bunlardan Girdimançay-Ağsu 

rayonu  sürüşmə  mənşəli  asimmetrik  kompleksləri  keyfiyyətcə  səciyyələndirən  ən 

maraqlı  rayondur.  Burada  son  10  ildə  çox  böyük  sürüşmələr  (Nuran,  Zərnava, 

Ximran, Lahıc, Qaranohur və s.) əmələ gəlmiş, təbii landşafta və təsərrüfata böyük 

ziyan vurmuşdur. 

 

Behruz Melikov



Behruz Melikov


Mühazirə 16 

brahimov T. 

Landşaftşünasliğin tətbiq sahələri 

Landşaftşünaslıq  müstəqil  elm  kimi  meydana gəldiyi  ilk  gündən,  cəmiyyətin 

yaşayıb,  inkişaf  etməsi üçün ən vacib    təsərrüfat  məsələlərini həll etməyi  qarşıya 

qoyur.  lk  zamanlar  həmin  məsələlər  sırasına  kənd  təsərrüfatı,  meşəçilik, 

meliorasiya problemləri kimi vacib sahələr daxil olmuşdur. Landşaftşünaslığın bir 

elm  kimi  sürətli  inkişaf  etdiyi    müasir  dövrdə  kompleks  tədqiqatların 

nəticələrindən  ərazilərin  mühəndislik  məqsədilə  mənimsənilməsi,  şəhərsalma 

işləri, rayonların planlaşdırılması, rekreasiya, tibb, yol tikintisi, memarlır və başqa 

sahələrdə müvəffəqiyyətlə istifadə edilir. Müasir dövrdə tətbiqi landşaftşünaslığın 

ə

həmiyyəti  hər  şeydən  əvvəl,  təbiətlə  cəmiyyətin  qarşılıqlı  təsir  problemlərinin 



həlli  prosesində  müəyyən  edilir.  Lakin  bu  proses  tam  nəzəri  istiqamətdə  deyil, 

təcrübə  ilə  qarşılıqlı,  paralel,  daha  doğrusu  konstruktiv  şəkildə  həyata 

keçirilməlidir. 

Bütün  tətbiqi  landşaft  işlərinin  əsasını  təbii  ərazi  komplekslərinin  (TƏK) 

obyektiv  elmi  təhlili  təşkil  edir.  TƏK  qiymətləndirilməsi  və  onlardan  səmərəli 

istifadə  etmək  üçün  əməli  təkliflərin  işlənib  hazırlanması  elmi  landşaft 

tədqiqatlarının  nəticələrinə  istinad  etməlidir.  Bununla  əlaqədar,  TƏK 

inventarizasiyası  (xəritələşmə,  sistemləşmə,  təsvir  və  s.)  tətbiqi  landşaftşünaslıq 

tədqiqatında işin başlanğıcını, ilkin mərhələsini təşkil edir. 

Tətbiqi landşaft işlərin son nəticəsi kompleks ərazi planlaşdırma xəritələrinin 

tərtibinə  xidmət  etməlidir.  Belə  xəritələrin  tərtib  olunma  təcrübəsi  Rusiyada  və 

xaricdə  çoxdan  məlumdur.  Bu  tip  xəritələrdə  istehsalın  və  iqtisadiyyatın 

yüksəlməsinə,  təbiətin  mühafihəsi  üçün  lazımi  işlərin  həyata  keçirilməsinə 

yönəlmiş  ən  məqsədyönlü  tədbirlər  toplusundan  istifadə  etməyi  nəzərdə  tutan 

landşaftların qruplaşması təklifləri göstərilməlidir. 

1.Tətbiqi landşaft tədqiqatlarının əsas istiqamətləri 

Müasir  landşaftşünaslığın    müxtəlif  istiqamətli  tətbiq  sahələri  sürətlə  inkişaf 

edir və bunların əksəri də son 35-40 ildə meydana gəlmişdir. Həmin sahələrin ən 

Behruz Melikov

Behruz Melikov



qədimi  və  ilk  dəfə  əmələ  gələnlərindən  biri  aqrolandşaft  tədqiqatlarıdır.  Bu 

istiqamət  öz  başlanğıcını  XIX  əsrin  axırı  XX  əsrin  əvvəlində,  V.V.Dokuçayevin 

dövründən  götürmüş  və  kənd  təsərrüfatının  bütün  sahələrində  təbii  şəraitin 

komplekslik prinsipinə əsaslanmışdır. 

Aqrolandşaft  tədqiqatlarının  məqsədi  kənd  təsərrüfatını  və  onun  ayrı-ayrı 

sahələrini  inkişaf  etdirmək  üçün  landşaft  şəraitinin  əlverişlik  dərəcəsini 

aydınlaşdırmaqdır. Bu tədqiqatlar əsasən iki istiqaməti birləşdirir: 

1.Torpağın  aqroistehsal  tipologiyası  və  keyfiyyət  cəhətcə  qiymətləndirilməsi 

(bonitirovka), 

2.Kənd təsərrüfatı məqsədi üçün fiziki-coğrafi rayonlaşma. Azərbaycanın Kür 

çökəkliyi  vilayəti  kənd  təsərrüfatı  istiqamətində  hər  tərəfli  istifadə  edildiyindən 

həmin ərazinin tədqiqat obyekti kimi seçilməsi məqsələuyğundur. 

Torpaqların  kompleks  qiymətlənməsindən  aydın  olur  ki,  təsərrüfat 

ə

razilərində  torpaqlardan  səmərəli  istifadə  etmək,  onların  strukturunda 



dəyişikliklər aparmaq üçün təkliflər toplasu hazırlamaq mümkündür, daha doğrusu 

müxtəlif  əkin  sahələrini  və  növbəli  əkin  sistemini,  meliorasiya  tələbatı,  mədəni-

texniki tədbirləri və s. planlaşdırmağa imkan verir. 

2.Landşaft-rekreasiya tədqiqatları 

Müasir dövrdə tətbiqi landşaftşünaslığın ən çox inkişaf etmiş sahələrindən biri 

şə

hər  ətrafı  istirahət  və  ya  rekreasiya  zonasının  təşkilidir.  Son  illərdə 



landşaftşünaslığın xüsusi rolu ayrılmış və o landşaft rekreasiyası adlandırılmışdır. 

Axırıncının  tədqiqat  obyekti,  ərazinin  rekreasiya  sistemləri  olub,  buraya  istirahət 

edən  insanlar,  təbii  mühit,  mədəni  şərait,  xidmətsi  şəxslər  və  idarə  edici  orqan 

daxildir.  Bir  başa  tətbiqi landşaftşünaslıqla  əlaqədar  olan  rekreasiyanın kompleks 

məsələlərinə  landşaft  komplekslərinin  rekreasiya  imkanlarını,  onların  rekreasiya 

qiymətlərini  və  istirahət  edənlərin  komplekslərinə  təsir  yükünün  (rekreasiya 

yükünün) öyrənilməsi daxildir. 

Landşaft  –  rekreasiya  tədqiqatları  üçün  maraqlı  problemlərdən  biri,  təbii 

komplekslərin  rekreasiya    yükünə  qarşı  dözümlüyünün,  yəni  torpaqların 

toplanmasının,  ot  və  kol  örtüyünün,  meşə  ağaclarının  zədələnməsinin  və 

Behruz Melikov

Behruz Melikov




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə