Mühazirə brahimov T. «Landşaft» nədir?



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə24/28
tarix21.10.2017
ölçüsü0,66 Mb.
#6375
1   ...   20   21   22   23   24   25   26   27   28

pöhrəliklərin, göbələk, gilə-meyvələrin, çiçəklərin yığılması, meşə yanğınlarının və 

s.  öyrənilməsidir.  Belə  təsirlərə  qarşı  müxtəlif  landşaft  növ  və  mərzlər  eyni 

dərəcədə  dözümlü  olmur  və  elə  ona  görə  də  həmin  komplekslərdə  istirahət 

edənlərin norması, elmi surətdə əsaslandırılmalı, təbiətin mühafizəsi üçün bu və ya 

digər tədbirlər hazırlanmalıdır. 

Rekreasiya kompleksləri ərazisinin layihələşdirilməsi üç mərhələdə aparılır: 

1.landşaftların xəritələşdirilməsi; 

2.TƏK istirahət məqsədilə qiymətləndirilməsi; 

3.zonaların fəaliyyət sxeminin tərtibi. 

3.Landşaftın tibbdə tətbiqi 

Landşaftların  rekreasiyası  bir  sıra  hallarda  tibbi  landşatşünaslıqla  sıx 

ə

laqədardır. Elmin bu sahəsinin inkişafı tibbi coğrafiya adı altında bir qədər qədim 



tarixə  malik  olub,  nəzəri  və  təcrübi  cəhətcə  daha  yetgindir.  Lakin  son  zamanlar, 

müasir  landşaftşünaslıq  elminin  təsiri  altında,  əsaslı  dəyişməyə  məruz  qalmışdır. 

Məlumdur ki, hazırda insanların və heyvanat aləminin bir sıra xəstəlikləri coğrafi 

komplekslərin xarakterilə əlaqədar olub, onlarda kimyəvi elementlərin çatışmaması 

və  ya  bolluğu  ilə  səciyyələnir.  Bununla  bağlı  müasir  tibbi-coğrafiyaçılar  və  tibin 

landşaftşünaslar öz tədqiqatları ilə bir sıra xəstəliklərlə landşaft zonaları, növləri və 

onun morfoloji vahidləri arasında təbii əlaqə olduğunu müəyyən etmişlər. Məsələn, 

landşaft vahidləri  daxilində yodun və bromun çatışmaması zob, diş xəstəliklərinin 

yayılması ilə nəticələnirsə, gəmiricilər, gənələr-gənə ensefaliti, gənə tifi, çuma və 

s.  xəstəliklərin  yayıcılarıdır.  Bu  tip  xəstəliklər  Azərbaycanda,  Böyük  Qafqaz 

dağlarının  cənub  ətəklərində  yerləşən  rayonlarda  (Qəbələ,  Göyçay,  Ağdaş,  Şəki, 

Zaqatala,  Qax,  Balakən,  Oğuz  əhalisi  arasında  zob,  diş  xəstəlikləri)  geniş 

yayılmışdır. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Böyük Qafqaz dağları 

göstərilən  rayonlar  daxilində  əsasən  Yura  və  Təbaşir  dövrünün  dəniz  şəraitində 

çökən  əhəng  daşlarından  təşkil  olunmuşdur.  Yura  və  Təbaşir  dənizlərinin  suları 

tərkibində və həmin şəraitdə çökək süxurlarda yod və brom maddələri olmamışdır. 

Ona  görə  də,  hazırda  həmin  dağlardan  mənbə  götürən  və  süxurları  yuyan  dağ 

Behruz Melikov

Behruz Melikov



çayları  suyunun  tərkibində  yod,  brom  maddələri  olmadığından,  qeyd  edilən 

rayonlarda zob və diş xəstəliklərinin geniş yayılmasına səbəb olunmuşdur. 

Kimyəvi  elementlərin  miqrasiyası  və  heyvanat  aləminin  yayılması  öz 

növbəsində  landşaftların  strukturundan  çox  asılıdır.  Bunlardan  əlavə,  fəal 

komponent  kimi  iqlim,  su,  torpaq  bir  sıra  xəstəliklərin  yayılmasının  səbəbkarına 

çevrilir (soyuq dəymə, qan-damar, mədə-bağırsaq xəstəlikləri və s.) 

Xəstəliklərin  yer  səthində  paylanmasında  müəyyən  qanunauyğunluqlar  da 

mövcuddur.  Belə  ki,  cənub  meşə-çöl  zonasında  gənə  ensefalit  xəstəliyi  yayıldığı 

halda,  səhra,  yarımsəhra  və  çöl  zonalarında  gənə  tifi,  çuma  xəstəlikləri  geniş 

yayılmışdır.  Tədqiqatlar  göstərir  ki,  xəstəliklər  bütün  təbii  landşaft  zonaları 

boyunca  deyil,  ərazi  cəhətcə  kiçik  sahələri  tutan  landşaft  növləri,  mərz  və  hətta 

fasiyalar daxilində əmələ gəlir və sonra geniş sahələrə yayılır. 



4.Meliorativ landşaftşünaslıq 

Təbii  landşaftşünaslığın  böyük  gələcəyi  olan  istiqamətlərindən  biri  də 

meliorativ  tədqiqatlardır.  Meliorasiya  –  təbii  şəraitin,  daha  doğrusu  landşaft 

komplekslərinin  yaxşılaşdırılmasına  doğru  yönəldilmiş  tədbirlər  sistemidir. 

Meliorativ  tədbirlər,  onların  əsaslandırılması,  hər  şeydən  əvvəl,  dəqiq  landşaft 

xəritələşməsi  və  onun  təhlilini  tələb  edir.  Bu  məqsəd  üçün  ilk  növbədə  coğrafi 

sistemlərin  təbii  meliorativ  vəziyyətlərinin  öyrənilməsi  nəzərdə  tutulur.  Məsələn, 

ifrat  nəmlənmə  şəraiti  kifayət  qədər  çoxlu  amillər  toplusunun  qarşılıqlı  əlaqəsilə 

müəyyən  edilir.  Bu  amillər  cərgəsinə  atmosfer  yağıntılarının  miqdarı  ilə 

buxarlanma  qabiliyyətinin  münasibəti,  təbii  drenaj  şəraiti  (relyef  formalarından 

asılılıq, səthin mailliyi, anna süxurların mexaniki tərkibi və qalıqlığı), hidrogeoloji 

şə

rait,  çay  dərələrinin  sıxlığı  və  dərinliyi  daxildir.  Bütün  bunlar  torpaqların 



meliorativ  vəziyyətini  kompleks  landş8aft  metodu  ilə  qiymətləndirməyə  imkan 

verir.  Meliorativ  tədbirlərə  adətən  landşaft  növləri  və  mərzlər  cavab  verməklə, 

onlar meliorasiya olunacaq torpaq tiplərini özündə birləşdirir. 

Meliorasiya  anlayışı,  sözün  əsl  mənasında,  təbii  komplekslərə,  onların 

yaxşılaşması  naminə,  çox  saylı  təsir  formalarıdır.  Bu  prosesdə  landşaft 

komplekslərinin  strukturu  kənd  təsərrüfatı,  mühəndis,  rekreasiya  və  blaşqa 

Behruz Melikov

Behruz Melikov




məqsədlər  üçün  mənimsənilmənin  yaxşılaşması  istiqamətində  inkişaf  etdirilir. 

Burada  təsir  obyekti  landşaftın  hər  hansı  komponenti  (su  rejimi,  torpaq,  bitki 

örtüyü,  relyef  formaları  və  ya  geomorfoloji  proseslər  və  s.)  ola  bilər.  Lakin  son 

nəticə  mütləq  meliorasiyanın  xeyrinə  həll  edilməklə  kompolnentlərlə  coğrafi 

sistemlər  arasında  əlaqə  yaranmalı  və  bu  əlaqədən  insanlar  şüurlu  istifadə 

etməlidirlər.  Müasir  dövrdə,  meliorativ  təsirlərin  müxtəlif  metodları  mövcuddur. 

Bunlar  arasında  hidrotexniki  (mühəndis),  fitomeliorasiya  (ağac,  kol  və  ot 

bitkilərindən  istifadə  etməklə  komplekssin  vəziyyətini  yaxşılaşdırmaq),  kimyəvi 

(torpaqlara əhəngin verilməsi, şoranlıqların meliorasiyası, gübrələrin verilməsi və 

s.) meliorasiya növləri ayrılır. 



5.Landşaft tədqiqatlarının mühəndislik istiqamətləri 

Tikinti məqsədilə aparılan landşaft tədqiqatları tətbiqi landşaftşünaslığın kənd 

təsərrüfatı,  meliorasiya,  tibb  sahələrilə  müqayisədə  nisbətən  yeni  istiqamətdir. 

Tətbiqi  landşaftın  bu  istiqamətinin  təhlili  və  məqsədi  komplekslərin  mühəndis 

landşaft  nöqteyi-nəzərdən  mənimsənilmə  şəraitini  qiymətləndirməkdən  və 

tikintilərin  landşaft  vahidlərinə  təsir  dərəcəsini  öyrənməkdən  ibarətdir.    Öz 

qarşısına  konkret  məqsəd  qoyan  tədqiqatların  isti  qamətləri  kiçik  və  ya  böyük 

tikinti  obyektlərini  əhatə  edir.  Müasir  dövrdə  böyük  olmasa  da,hər  halda  yol 

tikintisində  (xüsusilə  dəmir,  şrsse  yolları,  trubalarla  neft,  qaz,  su  daşınması  kimi 

nəqliyyat  sahələri  və  s.)  rayonların  sənaye  və  şəhər  tikmə  sahəsində 

mənimsənilməsi  üçün  tətbiqi  məqsədlərlə  aparılan  landşaft tədqiqatlarının  təcrübi 

ə

həmiyyəti  böyükdür.  Bunlardan  şəhərsalma  istiqaməti  daha  geniş  və  kompleks 



xarakterli olmaqla, hər tərəfli qiymətləndirilməsilə fərqlənir (o yalnız tikinti deyil, 

tibbi-gigenik, rekreasiya və s. sahələrin yaradılmasını da nəzərdə tutur). 

Təbii  komplekslərin  mühəndislik  nöqteyi-nəzərdən  qiymətləndirilmə 

kriteriyası hərtərəfli olduğundan, konkret şəraitdən və görüləcək işin xarakterindən 

asılı  olaraq  yerinə  yetirilir.  Məsələn,  şosse  yollarının  tikintisində,  relyef  səthinin 

ehtimal olunan mailliyi, dəmir yollarının tikintisinə nisbətən xeyli çox ola bilər. Bu 

zaman  mailliyin  fərqləndirilmə  norması  yolun  sinifindən  çox  asılıdır.  Əgər  yol 

Behruz Melikov

Behruz Melikov



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə