Mühazirə brahimov T. «Landşaft» nədir?



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə26/28
tarix21.10.2017
ölçüsü0,66 Mb.
#6375
1   ...   20   21   22   23   24   25   26   27   28

edilmişdir. Bu işi Moskva Dövlət Universitetitinin coğrafiya fakultəsinin Cənubi- 

Ural 


landşaft-geokimya 

ekspedisiyasının 

ə

məkdaşları 



professor 

M.A.Qlazovskayanın (1961) rəhbərliyi altında həyata keçirmişlər. Əlbəttə, faydalı 

qazıntıların  əmələ  gəlməsi  və  onların  axtarışı  barədə  elmi  biliklər  toplandıqca, 

landşaft tədqiqatlarının rolu daha da artacaqdır. 

 

Behruz Melikov



Behruz Melikov


Mühazirə 17 

brahimov T. 

Antropogen landşaftlar 

Məlumdur ki, elmi-texniki inqilabadək, sənayenin inkişafında insan əməyinin 

bəzi  formaları  maşınla  əvəz  olunmuşdur.  bu  da  insan  əməyinin  məhsuldarlığını  

artırmış və ilk dəfə təbiət qüvvələrindən (külək, subuxarı, elektrik və s.) sənayedə 

istifadə  etməyə  imkan  vermişdir.  Bütün  bunlar  elmi-texniki  və  sosial-iqtisadi 

inkişafın sürətli tərəqqisi ilə bağlı idi. XVII-XIX əsrlərdə kapitalizm cəmiyyətinin 

tərəqqisi ilə bağlı olaraq sənayenin inkişafı daha da sürətlənmişdir. 

Elə  bu  dövrdə  insanın  təbiətə  təsiri  feodalizm  cəmiyyəti  ilə  müqayisədə 

dəfələrlə artmışdır. Maşınlı sənayenin inkişafı üçün metalın əridilməsi, Daş kömür 

və digər yeraltı sərvətlərin kəşfi və istismarı, dəmir yollarının çəkilməsi artmışdır. 

Yeraltı  sərvətlərin  istifadəsi  həmin  dövrədək  toxunulmamış  və  itifadəsiz 

qalmış,  torpaqların  mənimsənilməsinə  imkan  vermişdir.  Bu  da  öz  növbəsində, 

sənaye cəhətcə inkişaf etmiş ölkələrdə, ayrı-ayrı təbii ərazi komplekslərinin əsaslı 

dəyişməsi ilə nəticələnmişdir. 

Landşaftın  əsaslı  dəyişməsi,  yeraltı  sərvətlərin  açıq  istismarı  üçün  xarakter 

olub,  10  min  hektarlarla  təbii  landşaft  sahələrini  kənd  təsərrüfatında  istifadədən 

saxlayır  və  çox  böyük  ərazidə  yeraltı  suların  səviyyəsinin  aşağı  düşməsinə  səbəb 

olur.  Beləliklə,  torpaqların  rekultivasiyası  (yaxşınlaşmaksı)  problemi,  humuslu 

torpaq  kütləsinin  saxlanması  və  onların  mədənlərdən  çıxarılan  qeyri  filiz 

tullantılarla  qarışdırılıb  səthdə  yayılma  məsələsi  meydana  gəlir.  Bütün  bu 

deyilənləri dəmir və şosse yollarının tikintisinə də aid etmək olar. 

Avropada  meşənin  intensiv  qırılması  XIX  əsrdə  daha  da  qüvvətlənmişdir. 

Tədqiqatlar  göstərir  ki,  hələ  XVI  əsrdə,  feodalizm  dövründə,  Avropada  ağacdan 

emal  edilən  kənd  təsərrüfatı  alətləri  və  digər  məhsullar  üçün  meşə  materialları 

qıtlıq  edirdi.  Şimali  Amerikada  meşənin  intensiv  qırılması  əsasən  XIX  əsrdə 

başlandı.  Avropalılar  Amerikaya  gələnədək,  ABŞ-ın  bütün  şərq  hissəsi  (Missipi 

çayı  dərəsinədək)  və  Kanada  sıx  meşə  ilə  örtülü  idi.  XX  əsrin  ortalarınadək,  170 

Behruz Melikov

Behruz Melikov



milyon hektar meşə sahəsindən ABŞ-da cəmi 7-8 milyon hektar qalmışdır (J.Dorst, 

1968, s 416). Kanadada meşə örtüyü ABŞ-a nisbətən daha çoxdur  

Təbiətin dəyişdirilməsində buna oxşar hadisələr XVIII və XIX əsrdə Mərkəzi 

və  Cənubi  Amerikada,  Asiyada,  Afrika  və  avstraliyada  da  olmuşdur.  Belə  ki, 

həmin  materiklərdə  meş  əvə  digər  ehtiyyatların  sahəsinin  azalması  imperializmin 

koloniya  sisteminin  yaranması  və  hökmranlığı  dövrü  ilə  bağlıdır.  Koloniya 

vəziyyətində olan  ölkələrdə, həmin dövrdə təbii ehtiyatlardan vəhşicəsinə istifadə, 

yeraltı sərvətlərlə yanaşı meşə örtüyünün, heyanat aləminin və torpaq fondunu da 

ə

hatə edirdi. Sənayenin artan tələbatını ödəmək üçün, koloniya sahibləri subtropik 



və  tropik  vilayətlərin  torpaq  fondunu  zəbt  edib,  meşəni  qırır  və  onun  yerində 

pambıq, kofe, kakao, kauçuk və başqa texniki bitgi plantasiyası salırdı. Bu proses 

XIX əsrdə daha intensiv olmuşdur. 

Rusiyada sənaye inqilabı Qərbi avropa ölkələrinə nisbətən gec başlamış, lakin 

onun təbiətə təsiri yuxarıda  təsvir etdiyimizin təxminən eyni olmuşdur. XVII-XIX 

ə

srlərdə meşə ilə örtülü sahələr çox intensiv sürətdə azalmış və XX əsrin əvvəlində 



Rusiyanın Avropa hissəsində meşənin sahəsi 52%-dən 35%-ə enmişdir. 

Hələ  XVIII  əsrdə  II Yekaterinanın  xüsusi  göstərişilə  meşənin  istənilən  qədər 

qırılmasına icazə verilirdi. Bu Rusiyanın Avropa hissəsində meşə sahəsinin sürətli 

azalmasına,  su  eroziyasının  artmasına,  heyvandarlığın  başqa  rayonlara  miqrasiya 

etməsinə səbəb olmuşdur. 

Tədqiqatlar  göstərir  ki,  bioloji  aləmdə  antropogen  dəyişmə  prosesinin  sürəti 

müxtəlif  olmuşdur.  Məsələn,  Avropada  meşənin  qırılması  orta  əsrlərdən  XIX 

ə

srədək kifayət qədər intensiv getmişdirsə, ABŞ-da koloniya hökmranlığı 150-200 



il davam etmiş və həmin ölkələrin landşaftını əsaslı dəyişdirmişdir. 

Latın  Amerikası  ölkələrində  təbii  landşaftın  antropogen  dəyişikliklərə  məruz 

qalması  nisbətən  yaxınlarda  başlamış,  mənimsənilən  torpaq  sahələri  ərazi  etibarı 

ilə azdır. Elə buna görə də, orada ilkin landşaftlar kifayət qədər çox saxlanmışdır. 

Cənubi  və  Cənub-Şərqi  Asiyada  əhalinin  məskunlaşması  çox  qədim  və 

həddən  artıq  çox  olmasına  baxmayaraq,  becərilən  torpaq  sahəsi  nisbətən  azdır. 

Hətta  əhalisi  çox  olan  Hindistanda, kənd təsərrüfatı  bitgiləri  ərazinin  cəmi  40%-ə 

Behruz Melikov

Behruz Melikov



qədərini  tutur.  Bu  hər  şeydən  əvvəl  fauna  və  floranın  burada  saxlanmasını  təmin 

etmişdir. Çinin,  ndoneziyanın, Yaponiyanın, Hindistanın Hind-Qanq ovalığının və 

başqa sahələrin qədim zamanlardan mənimsənilən rayonlarında (daha doğrusu yer 

kürəsinin bir çox rayonlarından əhalisi dəfələrlə sıx olan əyalətlərdə) təbii landşaft 

çox qüvvətli dəyişikliyə məruz qalmışdır. Belə rayonlarda meşə demək olar ki, tam 

qırılmış,  heyvanat  aləminin  bir  sıra  növlərinin  sayı  azalmış,  suvarılan  mədəni 

torpaq  sahəsi  geniş  yayılmış  (düyü  əkini  məqsədi  ilə),  torpaq  örtüyü  qüvvətli 

dəyişilmiş,  bir  sıra  dağ  yamacları  terraslaşaraq  əkilmişdir.  Xüsusilə,  suvarma 

ə

kinçiliyinin  təbii  landşafta  təsiri  daha  böyük  olmuşdur.  Dünyada  suvarılan  234 



milyon hektar torpaq sahəsindən 170 milyon hektarı Asiyadadır. 

Avstraliya  materikində  təbii  landşaft,  xüsusilə  savanna,  yarımsəhra  və  səhra 

kompleksləri  qoyunçuluğun  inkişafı  ilə  əlaqədar  dəyişdirilmişdir  ki,  bu  da  birinci 

növbədə  bitgi  örtüyünün  əsaslı  dəyişilməsinə  səbəb  olmuşdur.  Təsərrüfatın  bu 

növü yalnız həmin materik üçün endemik olan kilsəsi heyvanların sıxışdırılması və 

bir sıra rayonlarda məhv olması ilə nəticələnmişdir. 

Antropogen komplekslərin öyrənilməsi müasir landşaftşünaslığın ən vacib və 

təxirəsalınmaz problemlərindən biridir. 

Bu sahədə ən aktual və ümumi nəzəri məsələlər sırasına aşağıdakılar daxildir. 

1.  nsanın  təsərrüfat  fəaliyyəti  ilə  əlaqədar  təbii  komplekslərin  antropogen 

fəaliyyəti 

ilə 


ə

laqədar 


təbii 

komplekslərin 

antropogen 

landşaftlara 

transformasiyasının  intensivliyi  və  onun  dəyişmə  istiqaməti  strukturunun 

öyrənilməsi; 

2.  Antropogen  təsir  nəticəsində  əmələ  gəlmiş  komplekslərin  və  onların  təbii 

ə

sasları arasında yaranmış yeni daxili və xarici əlaqələrin təhlili; 



3.  Bir  amil  kimi  insanın  təsərrüfat  fəaliyyəti  ilə  dəyişilmiş  və  xüsusi 

antropogen  komplekslərinin,  yəni  tip,  növ  və  ya  mərzin  (meliorasiya,  kənd 

təsərrüfatı, rekreasiya və s.) qiymətləndirilməsi; 

4.  Təbii  landşaftlandan  antropogen  komplekslərə  keçmiş  və  dəyişməyən, 

onlarda  özünün  ilkin  əlamətlərini  saxlamış,  davamlılıq  və  avtonom  əlaqə 

xüsusiyyətlərinin və ən vacib strukturların tədqiqi. 

Behruz Melikov

Behruz Melikov




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə