Mühazirə-1 Sualtı boru kəmərİnİn trassasına olan tələbat və seçİlən trassanın xüsusİyyətlərİ



Yüklə 6,07 Mb.
səhifə13/27
tarix09.09.2023
ölçüsü6,07 Mb.
#121577
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   27
C fakepathSualti boru kmrlri muhazireler

Şəkil. (2.5): Boru kəmərinin quraşdırılması üçün aşağı yedəkləmə üsulu


Mühazirə-10


Sualtı boru kəmərlərinin çəkilməsi üsulları. J- üsulu ilə sualtı boru kəmərlərinin çəklişi.
“J”-usulu ilə boru kəmərinin cəkiliş prosesi iki mərhələdə həyata kecirilir. Belə ki, əvvəlcə boru kəməri vertikal olaraq sonluğu (ucu) dənizin dibinə toxunanadək suya salınır. Bu mərhələdən başlayaraq boru kəmərinin əyilməsi baş verir və boruduzən gəmi tras boyu hərəkət etdikcə kəmər dənizin dibinə yatır.
Dərin su hovzələrində “J”-usulu ilə cəkiliş texnologiyalarına həsr olunmuş elmitədqiqat işlərinin təhlili gostərir ki, qeyd olunan usulla cəkilişin hesablanması cox murəkkəbdir və demək olar ki, hal-hazırda cəkiliş praktikasının muxtəlif şəraitləri ucun tətbiq oluna bilən dəqiq həllər movcud deyildir. Belə ki, bəzi həllərdə boru kəmərinin cəkilişi zamanı sərhəd şərtlərindən istifadə olunmadığından, hesablama ancaq əyilməyə aparıldığı ucun kəmərin konfiqurasiyası nəzərə alınmamışdır. Boru kəmərinin əyilməsinin diferensial tənliklərinin həllini sadələşdirmək, onların təqribi həllərini almaq ucun edilən cəhdlər və yanaşmalar bir cox hallarda əsaslandırılmamış və qəbul olunan modellərin tətbiq sahəsi xeyli məhdud olmuşdur.
Bəzi işlərdə boru kəmərlərinin əyilmə sərtliyinin nəzərə alınmaması (EJ =0) tovsiyə edildiyindən alınan tənliklərin nisbətən kicik dərinliklər və diametrlər (D<300 mm), yəni kicik sərtlik halları ucun istifadə olunması mumkun olmuşdur.
Boru kəmərinin konsol tipli əyilməsi halının qəbul olunması ilə bağlı olan yanaşmalar
da əsaslandırılmadığından yaxşı nəticələr verməmişdir. əyilməsi və qırılması hallarının olmamasına uyğun gərginıik vəziyyətinin hesablanması hesab edilir.
“J”-usulu ilə cəkiliş zamanı kəmərin dib hissəsinin gərginlik-deformasiya vəziyyəti
(GDV) boru kəmərinin ozunun ağırlığı, hidrostatik təzyiq və əyici momentin birgə təsiri ilə yaranır. Bu usulla cəkiliş zamanı əsas xususiyyət dənizin dibinə catan hissədə və dib hissənin en kəsiyinin 900-yə bərabər olan donmə bucağında ən boyuk əyici momentlərin baş verməsidir. Kəmərin dib hissəsində q(x) –səpələnmiş yukun paylanması P.P.Borodavkin tərəfindən trapesiya şəklində qəbul edilmiş və boru kəmərinin konfiqurasiya, GDV vəziyyətini muəyyən etməyə imkan verən hesablama metodu təklif olunmuşdur.
“J”-usulu ilə cəkiliş texnologiyasının əsas fərqi ondan ibarətdir ki, bu zaman boru kəmərinin yuxarı hissəsi vertikal və ya ona yaxın yerləşdiyindən stingerdən istifadə olunması zərurəti yaranmır. Tikinti prosesinin idarə olunması əsasən gəmidə yaradılan gucun tənzimlənməsi hesabına əldə olunur. Bu zaman boruları saxlayan vışkanın vertikaldan səpməsi (fərqlənməsi) sıfıra bərabər və ya cox az olur. Vertikaldan ən cox fərqlənmə halı kəmərin trasının başlanğıc və sonunda nisbətən dayaz su hovzələrində işləyərkən tətbiq edilir.
“S”-usulu ilə cəkiliş texnologiyasından fərqli olaraq “J”-usulu ilə cəkiliş usulu minimum dərinliklə məhdudlaşır. Qeyd olunanları nəzərə alaraq praktikada hər iki usuldan istifadə etməklə, yəni nisbətən dayaz su hovzələrində “S”, daha dərinliklərdə isə “J”- usulunun tətbiqi ilə boruduzən gəmilərin vasitəsi ilə sualtı kəmərlərin cəkilişi aparılır.
Dərin sulu neft və qaz yataqlarının kəşfi ilə ayaqlaşmaq üçün boru kəmərinin quraşdırılması üçün J-lay sistemi icad edilmişdir. Bu sistemdə boruların uzunluqları demək olar ki, şaquli vəziyyətdə qaynaqlanır və dəniz dibinə endirilir Şəkil (2.2). Bu konfiqurasiyada, səthdən dəniz dibinə qədər olan boru kəməri eyni suyun dərinliyində S-layn sistemindən daha az gərginliklə nəticələnən bir böyük radius əyilməsinə malikdir. Həddindən artıq əyilmə yoxdur və dərin sularda boruyu dəstəkləmək üçün S-layında tələb olunan böyük bir sancma aradan qaldırılır. Bu konfiqurasiyanı saxlamaq üçün tələb olunan üfüqi qüvvələr S-lay sistemi üçün tələb olunandan xeyli azdır.
Normalda, J-üsulu prosesi S-üsuluna nisbətən daha yavaş gedir, lakin iri J-layn qüllələri prefabrik dördbucaqlı birləşmələri (uzunluğu 50 metr) idarə etmək qabiliyyətinə malik olduğundan [9], boru çəkmə sürəti artır. J-lay metodu adətən suyun 150 metrdən çox dərinliyində istifadə olunur.

Şəkil (2.2): J-lay üsulu ilə dəniz boru kəmərlərinin yerləşdirilməsi




Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə