Mühazirə-1 Sualtı boru kəmərİnİn trassasına olan tələbat və seçİlən trassanın xüsusİyyətlərİ



Yüklə 6,07 Mb.
səhifə16/27
tarix09.09.2023
ölçüsü6,07 Mb.
#121577
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   27
C fakepathSualti boru kmrlri muhazireler

Mühazirə-13
Sualtı boru kəmərlərinin çəkilməsi üsulları. S-Lay- üsulu ilə sualtı boru kəmərlərinin çəklişi.
Sualtı boru kəmərləri neftin və qazın platformalardan sahilə daşınmasında, platformalar arası nəql əlaqələrinin yaradılmasında, o cümlədən ölkələr arası nəqli təmin etmək üçün vacib məsələlərdən biridir.Sualtı boru kəmərlərinin çəklişində kiçik diametirli (platformalar arası nəql üçün) və böyük diametirli (bir ölkədən digər ölkəyə və ya bölgəyə ixrac üçün) magistral kəmərlərdən istifadə olunur.Dəniz sualtı boru kəmərləri cəkiliş və istismar muddətində murəkkəb gərginlik altında olmaqla həm daxili, həm də xarici amillərin təsirinə məruz qalır. Dənizin dərinliyi, axının istiqaməti, kəmərin uzunluğu dəniz dibinin relyefi və nəql olunan məhsulun fiziki-kimyəvi və reoloji xususiyyətlərindən, eləcə də termodinamiki şəraitdən asılı olaraq boru kəmərinin iş şəraiti və istismar gostəriciləri muxtəlif olur. Dəniz şəraitində sualtı boru kəmərlərinin cəkilişi xususi layihə əsasında aparılır və cəkiliş ucun ən etibarlı usul boruduzən gəmilərdən istifadə olunmasıdır. Sualtı boru kəmərlərinin quraşdırılması xüsusi təchizatlara malik gəmilər tərəfindən həyata keçirilir. Sualtı boru kəmərləinin çəkilməsi üçün bir neçə üsul mövcutdur. Boru kəmərlərin gəmilər vasitəsi ilə dənizdə quraşdırılma üsulundan asılı olaraq, müxtəlif təsirlərə (yüklərə) məruz qalır. Bu yüklər hidrostatik təzyiq, gərginlik, fırlanma və əyilmədir.Sualtı boru kəmərlərinin çəkilməsinin ən çox yayılmış üsulları aşağıdakılardır:

  1. S-lay (Dayaz sulardan Dərin sularadək)

  2. J-lay (Orta və Dərin sularda)

3- Reel lay (Orta və Dərin sularda)
Dayaz suyun dərinliyi sahildən (150 m) qədər dəyişir. Aralıq suyun dərinliyinin (150 m) ilə (300 m) arasında olduğu güman edilir. Dərin sular suyun dərinliyi (300m)-dən böyükdür [2]. Boru kəmərinin quraşdırılması üçün istifadə edilən digər üsullar ibarət yedəkləmə (dartma,çəkmə) üsullarıdır:

  1. Diblə yedəkləmə (dənizin dibinə dəyməklə çəkmək)

  2. Dibə dəymədən yedəkləmə (dənizin dibinə dəymədən çəkmək)

  3. Orta dərinlikdə yedəkləmə (Suyun orta dərinliyində yedəkləmə)

  4. Suyun səthi ilə yedəkləmə

Dunya təcrubəsindən məlumdur ki, boru kəmərinin əyilən hissəsinin aldığı formaya gorə adlandırılan “S” və “J”-usullarından hal-hazırda sualtı neft-qaz kəmərlərinin cəkilişində geniş istifadə olunur. Muasir boruduzən gəmilər “S”- usulu ilə diametri 1420 mm olan boru kəmərinin 300 m, diametri 810 mm olan kəmərlərinin isə 700 m dərinlikdə gun ərzində 3-5 km surətlə cəkilməsinə imkan verir. Bu zaman diametr və suyun dərinliyi artdıqca dartıcı gucu daha cox olan sistemlər, ağır və boyuk qabariti olan stingerlər tələb olunur. Digər tərəfdən, əyrilik radiusu və stingerin umumi uzunluğunun artması oz novbəsində idarəetməni cətinləşdirməklə onu dalğa və axınların daha cox təsirinə məruz edir. Odur ki, dunya praktikasında daha dərin su hovzələrində boyuk diametrli boru kəmərlərinin cəkilişi ucun “J”-usulundan daha cox istifadə olunur.

Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə