Mühazirə 1 Azərbaycan dili və onun ünsiyyət imkanları


İşgüzar kommunikasiyada danışma və dinləmə mədəniyyəti



Yüklə 262,04 Kb.
səhifə12/78
tarix10.05.2022
ölçüsü262,04 Kb.
#86432
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   78
Mühazirələr 2021

İşgüzar kommunikasiyada danışma və dinləmə mədəniyyəti. İstənilən ünsiyyət prosesində olduğu kimi, işgüzar kommunikasiyada da keyfiyyətli danışmaq və dinləmək qabiliyyəti ən mühüm məsələlərdən biridir. Dinləmək və oxumaq bacarığı başqalarını anlamaq, məlumat almaq üçündür. Danışmaq və yazmaq bacarığı isə düşündüklərimizi başqalarına çatdırmağa kömək edir.

Doğru dildə yazmaq və danışmaq eyni dərəcədə vacibdir. Danışıqsız insanı təsəvvür etmək olmaz. İnsan kiçik yaşlarından, danışıq vərdişləri əldə etdiyi zamandan ömrünün sonuna qədər öz danışığını təkmilləşdirir. Çünki insan təkcə öz dilinin quruluşunu bilməklə kifayətlənməməlidir. Eyni zamanda insan danışdığı dili – xüsusilə, ana dilinin incəliklərini bilməli, fıkrini gözəl ifadə etmək bacarığına malik olmalıdır. Hər hansı bir fikri, informasiyanı, elmi, bədii məlumatı başqalarına çatdırmaq xüsusi bir istedad tələb edən mədəniyyətdir. Burada söhbət danışıq və yazı mədəniyyətinin də aid olduğu nitq mədəniyyətindən gedir. Bütün sahələrin mədəniyyəti olduğu kimi, nitqin də mədəniyyəti vardır. Nitq mədəniyyətindən kənarda qalan nitq kamil, məntiqli, aydın, təmiz nitq sayılmır.

Nitq mədəniyyəti insanlara məxsus ümumi mədəniyyətin ən vacib və aparıcı tərkib hissələrindən biridir. Bu anlayışa daxil olan danışıq mədəniyyəti ilə yanaşı, yazı mədəniyyətinə də yiyələnən şəxs cəmiyyətin ictimai həyatında, onun hər hansı bir sahəsində fəal və məhsuldar iştirak etmək imkanına malik olur. Çünki nitq mədəniyyəti fikri məntiqi cəhətdən formalaşdırmağa və düzgün ifadə etməyə, dilin müxtəlif səviyyələri üçün qəbul edilmiş normalar əsasında mədəni nitq vərdişlərini yaratmağa və diskussiya mədəniyyətini öyrətməyə kömək edir. Həmçinin nitq mədəniyyəti kollektivdə işləmək, digər sahələrin mütəxəssisləri ilə ünsiyyətdə olmaq, mədəniyyətlərarası dialoqa hazır olmaq, ixtisasla bağlı anlayışların, terminlərin mənasını bilmək, kollektivdə öz həmkarları ilə birgə işləməyi, optimal qərarlar qəbul etməyi bacarmaq, idarəetmə metodlarına yiyələnmək qabiliyyətləri kimi ümummədəni və peşə kompetensiyalarının formalaşmasında da əsas rol oynayır.

Dildə işlənən sözlərin müasir anlamı onların mənşəyinə bağlıdır. Bu məntiqlə nitq mədəniyyəti birləşməsinə daxil olan sözlərin etimologiyasına diqqət yetirsək, mədəniyyət kəlməsinin kökündə şəhər anlamı durur. Mədəniyyət anlayışına insan zəkası, insan əli, insan fəaliyyəti ilə yaradılmış hər şey daxildir. İnsanların fəaliyyət dairəsi genişləndikcə “mədəniyyət” sözü daha geniş məna daşımağa başlamışdır. Ümumiyyətlə, mədəniyyət sözü insan fəaliyyətinin, ictimai-tarixi gerçəkliyin bütün sahələrini özündə birləşdirir: xalq mədəniyyəti, milli mədəniyyət, nitq mədəniyyəti, yazı mədəniyyəti,ziyalı mədəniyyəti, müəllim mədəniyyəti, dinləmə mədəniyyəti, həkim mədəniyyəti, ticarət mədəniyyəti, ailə mədəniyyəti, Qərb mədəniyyəti, Şərq mədəniyyəti, əmək mədəniyyəti, iş mədəniyyəti, istirahət mədəniyyəti, məişət mədəniyyəti, tələbə mədəniyyəti,siyasi mədəniyyət, dövlətçilik mədəniyyəti, teatr mədəniyyəti, müraciət mədəniyyəti, dil mədəniyyəti və s. və il axır... Bunlardan biri də ―insanın atributu olan danışıq mədəniyyətidir.

Nitq mədəniyyəti ifadəsindəki mədəniyyət sözü isə qabiliyyət, bacarıq anlamını özündə ehtiva edir. Yəni nitq mədəniyyəti dedikdə danışan, yaxud yazan şəxsin fikri dilin müxtəlif səviyyələri üçün qəbul edilmiş normalar əsasında dəqiq, aydın, qısa şəkildə ifadə etmək qabiliyyəti və bacarığı nəzərdə tutulur.

Nitq mədəniyyəti mədəni davranmağın başlıca şərti olan nitq vərdişlərini öyrədir. Mədəni danışıq üçün hər bir şəxs nitq prosesində səslərin düzgün tələffüzünü, fonetik hadisə və qanunları, vurğunun, intonasiyanın işlənmə qaydalarını bilməlidir.

İnsanlarla ünsiyyət qurarkən danışma vərdişlərinizə əməl edin. Yaxşı dildə danışın və yazın. Bu o deməkdir ki, dedikləriniz və yazdığınız hər şey savadlı, ədəbi dildə ifadə edilməlidir.

İşgüzar kommunikasiya prosesində də nitq mədəniyyəti müstəsna rola malikdir.Nitqin əsas məqsədi informasiya mübadiləsi yaratmaqla informasiyanın ötürülməsi, qəbul edilməsidir. Lakin bununla yanaşı, nitq informasiyanın qeydə alınması və saxlanması məqsədinə də xidmət edir. Nitq səmərəli ünsiyyəti formalaşdırır.




Yüklə 262,04 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə