Mühazirə 1 Azərbaycan dili və onun ünsiyyət imkanları


İşgüzar kommunikasiyada davranış tipləri



Yüklə 262,04 Kb.
səhifə11/78
tarix10.05.2022
ölçüsü262,04 Kb.
#86432
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   78
Mühazirələr 2021

İşgüzar kommunikasiyada davranış tipləri. Fərdlərarası kommunikasiyanın əsas tipləri bunlardır: imperativ, manipulyasiya və dialoq.

İmperativ kommunikasiya tərəfdaşın davranış və hərəkətlərinə nəzarət edərək onu müəyyən qərarlar qəbul etməyə məcbur buraxacaq avtoritar ünsiyyət formasıdır. Burada partnyor passiv roldadır. Təsir vasitəsi kimi tələb, sifariş, təlimatdan istifadə edilir.

Manipulyasiya isə müəyyən bir gizli niyyəti həyata keçirmək naminə tərəfdaşa təsir etmək üsuludur. Bu nominasiya tipində də tərəfdaşın rolu passivdir. İmperativ tipdən fərqi isə burada həqiqi ünsiyyət hədəfləri barədə tərəfdaşın məlumatlandırılmamasıdır.

Həm imperativ, həm də manipulyasiya monoloji ünsiyyət tipidir. Burada fərd tərəfdaşını təsir obyekti kimi seçərək onun mənafeyini heçə sayır, yalnız öz xeyirini güdür.

Dialoq ikitərəfli ünsiyyətdir. Dialoji ünsiyyətin şərtləri aşağıdakılardır:


  • Həmin andakı hiss, motiv və davranışları nəzərə alan “burada və indi” prinsipinə uyğun ünsiyyət formasıdır.

  • Bu ünsiyyət formasında tərəfdaşlarınızı şəxsi fikrə sahib bərabərhüquqlu fərd kimi qəbul etməyi nəzərdə tutur;

  • Dialoq zamanı ünsiyyəti fərdiləşdirərək öz fikir və düşüncələrinizi təqdim edə də bilərsiniz;

  • Dialoq zamanı sualları düzgün qoymaq və sual vermək taktikasından səmərəli istifadə etmək də çox vacibdir.


Yüklə 262,04 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə