Mühazirə 1 Adı: Struktur geologiya fənninin məqsəd və vəzifələri Tarix



Yüklə 11,73 Mb.
səhifə43/55
tarix31.12.2021
ölçüsü11,73 Mb.
#81606
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   55
C fakepathMühazir l r Struktur geologiya

İmtahan sualları: 1. Qırılma sistemləri

Ədəbiyyat

  1. Михайлов А.Е. Структурная геология и геологическое картирование. Из-во «Недра», М.1973

2 .Orucov V.Ə., Hüseynov H.M. Struktur geologiya və geoloji xəritəalma. Maarif, 1985;

3.Xəlilov E.A., Nərimanov N.R. Struktur geologiya və geoloji xəritəalma (laboratoriya işləri üçün metodik rəhbərlik və tapşırıqlar), AzNKİ nəşri, 1981.

4. .Patrice F. Rey. İntroduction to Structural Geology.(ingilis dilində)

5. K. Seyferta. Struktur geologiya və plitələr tektonikası. I, İİ, III tom , 1991


Mühazirə 19

Adı: Diaklazlar , morfoloji və genetik təsnifatı, çatlılıq

Tarix: 09. 12. 2021, 15.12.2021

Plan: 1. Çatların morfoloji və genetik təsnifatı

2. Tektonik və qeyri tektonik çatlar

Çatlılıq yaxud çatlar sistemi dedikdə, hər hansı bir məkanı mürəkkəbləşdirən eyni mənşəli çatlar asossasiyası nəzərdə tutulur.

Çatlar aşağıdakı elementləri ilə səciyyələnir:


  1. Çat səthi- cismin yaxud süxurun bütövlüyünü pozan səth;

  2. Çatın qanadları yaxud divarları;

Çatların divarlarının aralanma dərəcəsinə görə təsnifatı: bu təsnifata əsasən çatlar üç növə ayrılır:

  1. Açıq çatlar- belə çatların divarları bir-birindən nisbətən aralı olurlar, bu səbəbdəndə belə çatlar asanlıqla adi gözlə seçilir. Divarlararası boşluq isə adətən törəmə məhsullarla doldurulur.

  2. Qapalı çatlar- bu növ çatlarda divarlar qapalı olur, laki çatın özünü adi gözlə görmək mümkün olur.

  3. Gizlin çatlar- belə çatlarda divarlar bir-birinə o dərəcədə kip qapanmış olurlar ki, belə çatları adi gözlə görmək mümkün deyil. Belə çatları seçmək üçün cisim yaxud süxurun səthlərini islatmaq yaxud mikroskop altında müşahidə etmək olar.









Çat səthinin vəziyyətinə görə çatların təsnifatı: çat səthinin fəza vəziyyəti qırılma səthində olduğu kimi onun yatım elementləri ilə təyin olunur. Bu təsnifata əsasən çatlar aşağıdakı növlərə bölünür;



  1. Üfüqi çatlar- çat səthinin yatım bucağı 0-10o bucağ arasında dəyişir.

  2. Az maili çatlar- çat səthinin yatım bucağı 10-30o bucağ arasında dəyişir.

  3. Maili çatlar-çat səthinin yatım bucağı 30-65o bucaq arasında dəyişir.

  4. Dik çatlar-çat səthinin yatım bucağı 60-86o bucaq arasında dəyişir.

  5. Şauqli çatlar-çat səthininvəziyyəti 86-90o bucaq arasında dəyişir.

Çatlar öz mənşələrinə görə ilkintörəmə növə bölünürlər:



İlkin çatlar-adətən süxur əmələgəldiyi zaman yaranırlar. Məs: çökmə mənşəli süxurlar diagenez zamanı, yəni çöküntünün susuzlaşaraq süxura keçdiyi zaman (gillərin argillitə çevrildiyi zaman) onlarda çatlar şəbəkəsi yarana bilər, yaxud maqmanın yer qabığına daxil olduğu və yaxud yer səthinə çıxdığı hallarda soyuduğu zaman o çatlar şəbəkəsi ilə mürəkkəbləşə bilər. Yer səthinə çıxdığı halda isə nəm iqlimdə yaxud yağış yağdığı halda həmin maqmaya təsir edərək onlarda çatlar şəbəkəsi yaranmış olur.

Maqmatik və çökmə mənşəli yaranan çatlar əsasən aşağıdakı növlərə bölünür:



1.Uyğun çatlar (abc; a′b′c′)-əgər çatlar laylanma səthinə uyğun yatarlarsa, yəni çatın səthi ilə laylanma səthi bir-birinə paralel olursa buna uyğun çatlar deyilir

2.Paralel (uzununa) çatlar (ghi; g′h′i′)-bu növ çatların səthi laylanma səthinə paralel olur, lakin yatım bucağı laylanma səthinin yatım bucağındam fərqli olur.

3.Eninə çatlar (def;d′e′f′)-belə çatlarda çat səthi laylanma səthinə təxminən perpendikulyar olur.

4.Çəpinə çatlar (klm; k′l′m′)-bu növ çatların çat səthinin uzanma istiqaməti lay səthinin uzanma istiqaməyi ilə 86o –dən kiçik bucağ təşkil edir.

Maqmatik süxurlarda çatlar eyni zamanda deyilənlərdən fərqli şəkildə də inkişaf edə bilərlər. Məs: çoxbucaqlı sütunvari şəkildə və b.

Çökmə mənşəli süxurlarda onların tərkibindən asılı olaraq özünəməxsus çatlar şəbəkəsi yaranır. Məs: əhəndaşında yaranan çatlar şəbəkəsində bir-birinə paralel və şaquli istiqamətdə inkişaf edirlər. Qumdaşında isə çatların fəza vəziyyəti ixtiyari ola bilər, bu səbəbdəndə onlar bir sıra hallarda bir-birilərini ilə kəsişirlər.

Mergel və dolomitlərdə isə yaranan çatlar çoxbucaqlı şəklində olurlar. Bu baxımdan mergel və dolomitdə yaranan çatlar öz morfologiyasına görə maqmatik süxurlarda yaranan çoxbucaqlı çatlara oxşayırlar. Lakin, maqmatik süxurlarda inkişaf edən çatlar bir sıra hallarda süxurub bir sıra hissəsi onun əsas kütləsindən ayırmış olurlar. Belə süxur hissələrinə ayrılma deyilir.Çökmə mənşəli süxurlarda isə çatların yayılma dərinliyi nisbətən az olduğundan bu növ ayrılmalar çox az təsadüf edilir.Süxurlarda inkişaf edən çatlar öz mənşəyinə görə eləcə də qeyri-tektonik və tektonik növlərə bölünür.



Qeyri-tektonik yaxud atektonik çatlar. İlkin, yəni süxur formalaşdığı zaman yaranan çatlar əslində qeyri-tektonik çatlardır, lakin, bununla belə yer səthinə çıxan süxurlara ekzogen proseslərin təsiri nəticəsində bir sıra başqa növ qeyri-tektonuk çatlarda yaranır. Məs: Əgər yağış yağdığı zaman yer səthinə çıxan süxur az-çox miqdarda suyu özünə hopdurarsa və temperaturun aşağı düşməsi nəticəsində süxura hopmuş su donduğu halda onda çatlar şəbəkəsi yaranır. Bu hal təkrar olunduqca həmin çatlar inkişaf edirlər.

Polimineral süxurlar günəşin təsiri altında qızdıqları zaman onları təşkil edən mineralların hər biri öz istilik genişlənmə əmsalına uyğun olaraq genişlənir. Bu da nəticədə polimineral süxurda çatların əmələgəlməsinə səbəb olur. Bu proses dilatasiya adlanır.

Bitkilərin süxurlara təsiri nəticəsində, yəni onların köklərinin inkişaf etməsi hesabına yarana bilər. Eyni zamanda küləyin fəaliyyəti nəticəsində də süxur səthində yaranmış girintilərdə su yayıldığı zaman yenə də temperaturun kəskin dəyişməsi sayəsində süxur səthində çatlar yarana bilər.

Yer səthi sürüşmələr zamanıda sürüşən qaymada bir sıra çatlar şəbəkəsi yaranmış olur. Qaymanın yuxarı hissəsində yaranmış çatlar şəbəkəsi yuxarı çatlar, aşağı hissəsində yaranmış çatlar şəbəkəyə aşağı çatlar, kənarlarda yaranmış çatlılığa yan çatlar, təxminən ortada yaranan çatlara mərkəzi çatlar deyilir. Qeyri-tektonik çatlar eləcə də canlıların fəaliyyəti nəticəsində də yarana bilər.



Tektonik çatlar-bu çatların əmələ gəlməsi süxurlara təsir edən tektinik proseslərlə əlaqədardır, yəni bu çatların yaranması tektonik hərəkətlərin təsiri altında süxurlarda baş verən müxtəlif növ deformasiyalarla bağlıdır. Məs: qırışıq əmələgəlmə zamanı antiklinalın tağı nisbətən yüksək dartıkma gərginliklərunə məruz qaldığı zona olduğundan orada çatlar şəbəkəsi yaranmış olur. Fleksurada onun əlaqələndirici qanadı nisbətən yüksək dartılma gərginliyinə məruz qaldığından əksər hallarda çatlar şəbəkəsi ilə və kiçik amplitudlu qırılmalarla mürəkkəbləşmiş olur.

Tektonik çatlar bir qayda olaraq qırılma pozğunluqlarını da müşayət edirlər. Əmələgəlmələrinə görə tektonik çatlar iki növə bölünrlər:



  1. Normal qüvvələrin təsiri altında yaranan dartılma çatları- bu növ çatlar cisime bir ox üzrə qüvvə təsir etdiyi zaman yaranırlar. Belə çatlar dartılma, yəni qırılma çatları adlanırlar. Bu növ çatların divarlaeı girintili-çıxıntılı, yəni kələ-kötür olur. Əgər o çat səthinə hər hansı bir iri süxur qırıntısı (çaqıl, çınqıl) düşərsə, o qırıtı çatın sayəsində öz yuvasından ayrılmış olur. Ona görə də normal qüvvələrin yaratdığı çat səthində iri süxur qırıntılarının yuvalarını görmək olar.

  2. Qopma çatları- süxurlarda qopma çatlarının əmələgəlməsi onlara toxunan qüvvələrin təsiri ilə əlaqıdardır. Bu zaman yaranan çatların səthi adətən hamar olur və hətta həmin çat səthi çaqıl, çınqıl dənəciklərində keçirsə həmin qırıntı iki hissəyə bölünmüş olur. Qopma çatların səthində adətən cızıqları və sürüşmə güzgülərini müşahidə etmək olar.

Məlum olduğu kimi sürüşmə güzgüləri adətən əks fay, tektonik sürüşmə, üstəgəlmə növ qırılmaların qırılma səthində də yaranır.

Bəzi hallarda süxurlarda çox sıx qopma çatları şəbəkəsi yaranır, buna klivaj deyilir. Süxurun dağılmasının əsasını qoyan, lakin onun bütövlüyünü pozmayan sıx qopma növ çatlar şəbəkəsinə klivaj deyilir.

Laylanmaya qırışığın ox səthinin tağına nisbətən tutduğu vəziyyətə görə süxurlarda aşağıdakı növ klivaj seçilir:

1. Layvari klivaj—süxurların plastiki deformasiyasının ilk mərhələsində laylanmaya paralel inkişaf edir.

Kəsən klivaj aşağıdakı növlərdə olurlar:

1.Yelpikvari klivaj—bu növ klivajda çatlar yelpik şəlkildə inkişaf edirlər və antiklinal qırışığın tağının altında yaxud sinklinal qırışığın dibinin üstündə ox səthi zonasında kəsişirlər.

2.Əks yelpikvari klivaj—da yelpik şəklində inkişaf etmiş antiklinalın tağının üstündə, yaxud sinklinal dibinin altında ox səthi zonasında kəsişirlər.

3. “S”-vari klivaj—bir yaxud bir neçə layda “S” hərfi şəklində inkişaf edən qopma (kəsən) çatlar şəbəkəsidir.

4.Paralel yaxud Əsas klivaj—qırışığın ox səthinə paralel onun tağında yaxud qanadlarında inkişaf etmiş sıx qopma çatlar şəbəkəsidir.

Qırılmalarla bağlı klivaj fay tipli iri qırılmaların yamacları boyu inkişaf edirlər.





Məlumdur ki, çatlılıq diaqramı (gül diaqramı) çatların yatım elementlərinə görə qurulur.

Çatlılıq diaqramı çatların uzanma azimutları və yatım bucaqlarına görə yarım dairədə, yatma azimutlarına görə tam dairədə qurulur.




Yüklə 11,73 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə