Mühazirə 1 Adı: Struktur geologiya fənninin məqsəd və vəzifələri Tarix


Çöküntütoplanmada qısamüddətli fasilələr hesabına lay səthinin formalaşması



Yüklə 11,73 Mb.
səhifə13/55
tarix31.12.2021
ölçüsü11,73 Mb.
#81606
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   55
C fakepathMühazir l r Struktur geologiya

Çöküntütoplanmada qısamüddətli fasilələr hesabına lay səthinin formalaşması

Tarix: 19.10.2021

Plan:

1. Çöküntütoplanmada qısa müddətli fasilə anlayışı

2. Qısamüddətli fasilənin xüsusiyyətləri

3. Qısamüddətli fasilənin lay səthində qoyduğu izlərin növləri

4. Qısamüddətli fasilənin izlərinə görə layın fəza vəziyyətinin təyini

5. Diastemanın yaranma səbəbi

Qısamüddətli fasilə dedikdə, çöküntütoplanma hövzəsinə müəyyən geoloji zaman ərzində çöküntülərin gətirilməsində fasilənin baş verməsi nəzərdə tutulur. Qısamüddətli fasilə, zaman etibarı ilə 1 dəqiqə, 1 saat, 1 gün, 1 il və s. ərzində baş verə bilər. Qısa müddətli fasilənin zamandan başqa əsas şərtlərindən biri də həmin fasilə zamanı ekzogen proseslərin toplanmış çöküntülərə nə dərəcədə təsir etməsini də nəzərdə tutur.



Qısa müddətli fasilələr aşağıdakı xüsusiyyətlərə malikdirlər.



  1. Sahə etibarı ilə məhdud olurlar – yəni, qısamüddətli fasilələr bir qayda olaraq bir layın sərhəddindən kənara çıxmırlar.

  2. Zaman etibarı ilə nisbətən qısa müddətdə baş verməsi.

  3. Təxminən eyni paleocoğrafi şəraitdə baş verməsi.

  4. Kəsiliş boyu çox sayda inkişaf etməsi

Qısa müddətli fasilə zamanı toplanmış çöküntülərin səthinə ekzogen proseslər təsir edərək orada öz izlərini qoymuş olurlar.



Əgər qısa müddətli fasilə zamanı hövzədə dib cərəyanları mövcuddursa, bu zaman onlar toplanmış çöküntülərin səthində konusvarı ovuqlar yaratmış olacaqlar. Əgər bu ovuqlar yalnız dib cərəyanının gücünə yaranmış olarsa onların oturacaqları nisbətən enli olur.





Əgər həmin ovuqlar cərəyan tərəfindən çöküntülərin səthi üzrə sülb halında olan hər hansı bir hissəciyin sürüklənməsi nəticəsində yaranırlarsa bu zaman onların oturacaqları ensiz olur.





Hövzənin dayaz, yəni dalğalar fəaliyyət göstərdiyi hissəsində toplanan çöküntülərin səthində xırda dalğacıqlar yaranır. Dalğacıqların eni 10-15 sm, hündürlüyü isə 1,5-3sm olur. Dalğacıqların təpələrinə doğru çöküntü hissəciklərinin ölçüləri kiçilir.



Axar sular şəraitində toplanan çöküntülərin də səthində dalğacıqlar yaranır. Onlar dayazdakılarına nisbətən assimmetrik formada olurlar. Bu dalğacıqların yastı qanadları suyun axınının əksi istiqamətində meyl edirlər. Bu halda da çöküntü hissəciklərinin ölçüləri dalğacıqların oturacağından təpəsinə doğru kiçilir.





Küləyin fəaliyyəti nəticəsində toplanmış çöküntülərin səthində qısa müddətli fasilə zamanı axar sular şəraitində yaranan dalğacıqlar formasında dalğacıqlar yaranacaq. Küləyin fəaliyyəti nəticasində yaranan dalğacıqların təpəsinə doğru çöküntülərin ölçüləri artır. Bu halda da dalğacıqların yastı qanadı küləyin hərəkət istiqamətinə əks yatmış olur.



Dib cərəyanları nisbətən güclü olarlarsa, bu zaman toplanmış çöküntülərin səthində yaranmış konusvarı ovuqlar tədricən böyüyərək novcuqlara keçə bilərlər. Bu zaman hövzədə çöküntütoplanma prosesi bərpa olunarsa, gətirilən çöküntülərlə ilk növbədə həmin novcuqlar doldurulacaq. Novcuqlarda toplanan çöküntü hissəciklərinin ölçüləri aşagıdan yuxarıya doğru azalır.



Dib cərəyanları daha güclü olarsa, novcuqlar nova yaxud xəndəyə çevrilə bilərlər. Məsələn: Abşeron –Balaxanyanı astanası Xəzərin dib cərəyanları sayəsində en istiqamətində nov və xəndəklərlə mürəkkəbləşmişdir. Bəzi hallarda nisbətən dayaz hövzələrdə isti iqlim şəraitində suyun intensiv buxarlanması nəticəsində hövzədə toplanmış çöküntülərin səthində çatlar şəbəkəsi yaranır.

Deyilənlərdən əlavə hövzə dibində toplanmış çöküntülərin səthində onun dibində yaşayan canlıların izləri həkk olur. Sahil zonas boyu toplanan çöküntülərdə də müxtəlif canlıların izləri,yağış damlasının, dolunun izləri qala bilər.

Hövzədə durğunluq şəraitində uzun zaman su ilə hövzə dibində toplanmış çöküntülər arasında baş verən fiziki- kimyəvi proseslər nəticəsində sərt halda olan bərkimə qabığı yarana bilər. Deyilənlərdən göründüyü kimi toplanmış çöküntülərin üst səthində ekzogen proseslər yalnız mənfi işarəli, girinti şəklində olan izlər qoymuş olur.





Hövzədə çöküntütoplanma prosesi bərpa olunduqda yeni layın formalaşması başlayır. Onun formalaşması layın daban səthinin yaranmasından başlayır. İlk növbədə hövzəyə gətirilən çöküntülər həmin mənfi işarəli girintiləri doldururlar. Nəticədə yeni əmələ gələn layın daban səthi, ondan əvvəl formalaşan layın tavan səthində ekzogen proseslərin girinti şəklində qoyduğu izi qabarıq formada əks etdirəcək. . Qısa müddətli fasilənin bu xüsusiyyətinə görə çöl şəraitində yer səthinə yaxın layın fəza vəziyyətini təyin etmək mümkündür. Yəni layın üst səthində ekzogen proseslərin girinti şəklində, mənfi işarəli izlərini müşahidə ediriksə, deməli lay normal yatımdadır.



Əgər yer səthinə çıxan layın üst hissəsində ekzogen proseslərin izləri qabarıq formadadırsa, bu onu göstərir ki, lay çevrilmiş yatıma malikdir. Qısa müddətli fasilə zamanı ekzogen proseslər lay səthində heç bir iz qoymurlarsa bu zaman həmin düz yəni hamar səth diastema adlanır.

IX. İstifadə olunan ədəbiyyat

1.Mixaylov A.Y. Struktur geologiya və geoloji xəritəalma. Moskva, Nedra, 1973, 1084 (rus dilində);

2.Sokratov Q.İ. Struktur geologiya və geoloji xəritəalma. Moskva, Nedra, 1972 (rus dilində);

3.Pavlinov V.N. Struktur geologiya və geoloji xəritəalma geotektonikanın əsasları ilə. Moskva, Nedra, I hissə, 1979 (rus dilində);

4.Orucov V.Ə., Hüseynov H.M. Struktur geologiya və geoloji xəritəalma. Maarif, 1985;



  1. 1.Patrice F. Rey. İntroduction to Structural Geology.(ingilis dilində)

  2. 2. K. Seyferta. Struktur geologiya və plitələr tektonikası. I, İİ, III tom , 1991




Yüklə 11,73 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə