Mühazirə 1 Adı: Struktur geologiya fənninin məqsəd və vəzifələri Tarix



Yüklə 11,73 Mb.
səhifə10/55
tarix31.12.2021
ölçüsü11,73 Mb.
#81606
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   55
C fakepathMühazir l r Struktur geologiya

Ədəbiyyat

1.Mixaylov A.Y. Struktur geologiya və geoloji xəritəalma. Moskva, Nedra, 1973, 1084 (rus dilində);

2.Sokratov Q.İ. Struktur geologiya və geoloji xəritəalma. Moskva, Nedra, 1972 (rus dilində);

3.Pavlinov V.N. Struktur geologiya və geoloji xəritəalma geotektonikanın əsasları ilə. Moskva, Nedra, I hissə, 1979 (rus dilində);

4.Patrice F. Rey. İntroduction to Structural Geology.(ingilis dilində)

5. K. Seyferta. Struktur geologiya və plitələr tektonikası. I, İİ, III tom , 1991




İmtahan sualları:
1. Geoloji cisim və geoloji sərhədlər

MÜHAZİRƏ 4

Layların elementləri, layarası və laydaxili laylanma

Tarix: 12.10.2021

Plan: 1. Layların fəza vəziyyəti.

2.Layın elementləri

3. Laylanmanın növləri

Az çox bircinsli olub, altdan və üstdən paralel sərhədlərlə hüdudlanmış yastı formalı,nisbətən böyük sahəyə malik geoloji cismə lay deyilir. Layın aşağıdakı elementləri vardır.

Layı altdan hüdudlandıran və nisbətən qədim səthinə layın dabanı deyilir. Layı üstdən hüdudlandıran və nisbətən cavan səthinə layın tavanı deyilir. Layın dabanı ilə tavanı arasındakı məsafəyə layın qalınlığı deyilir. Tavan və daban arasında qalan ən qısa məsafəyə layın həqiqi qalınlığı deyilir(Eb). Yer səthinə çıxmış layın həmin səth üzrə ölçülən tavanı ilə dabanı arasındakı ən qısa məsafə isə onun görunən qalınlığı deyilir.(Ea)

Görünən qalınlığın aşağıdakı müstəsna halları mümkündür:

1)Üfüqi qalınlıq- daban ilə tavan arasındakı üfüqi müstəvi səth üzrə ölçülmüş ən qısa məsafəyə layın üfüqi qalınlığı deyilir.(Eh)

2)Şaquli qalınlıq- daban ilə tavan arasındakı şaquli müstəvi səth üzrə ölçülmüş ən qısa məsafəyə deyilir (Ev).

Layların əmələ gəlməsi ilk dəfə rus geoloqları tərəfindən müəyyən olunub. Perm çöküntülərini öyrənən N.A. Qolovkinski layların əmələ gəlməsi səbəbləri haqqında mühüm nəticələrə gəlmişdir.

Ümumi qaydaya görə sahil xəttinə yaxın zonada kobuddənəli (məsələn çaqıl), dərinlik artdıqca isə narındənəli çöküntülər toplanır, yəni çaqıl qumla, qum gil ilə, gil isə karbonatlı lillərlə əvəz olunur. Müəyyən geoloji müddət keçəndən sonra sahil xətti transqressiya nəticəsində irəliləyir. Çöküntütoplanma prosesi davam edir. Lakin sahil xətti irəlilədiyindən qum çöküntüləri çaqılın üzərində yığılacaqdır. Bu qayda ilə gil çöküntüləri qumun, karbonatlı lillər isə gilin üzərində toplanacaqdır. Beləliklə, hər sonrakı transqressiya hadisəsi nəticəsində çöküntütoplanma ardıcıllığı yuxarıda qeyd etdiyimiz qaydada davam edəcəkdir. Qeyd etmək lazımdır ki, çöküntülər hövzə yamacının mailliyinə uyğun olaraq toplanır. Toplanma ardıcıllığı isə kobuddənəli çöküntülərdən narındənəli çöküntülərə doğru gedir.

Reqressiya nəticəsində çöküntütoplanma əks istiqamətdə gedir: çaqıl qumun, qum gilin, gil isə karbonatlı lilin üzərində toplanacaqdır. Qeyd edilən sxemlərə əsasən N. A. Qolovkinski stratiqrafik və petroqrafik horizontlar terminini vermişdir. Müxtəlif litoloji tərkibli, eyni yaşlı (sinxron) laylar qrupu stratiqrafik horizont adlanır. Petroqrafik horizont isə litoloji tərkibcə eyni, lakin əmələgəlmə vaxtına görə müxtəlif laylar qrupuna deyilir.

Qeyd olunanlara yekun vuraraq göstərmək lazımdır ki, layların əmələ gəlməsinə aşağıdakı amillər təsir edir;



  1. Şaquli tektonik hərəkətlər. Qeyd etdiyimiz kimi, sahil xətlərinin irəliləyib geri çəkilməsinə vertikal tektonik hərəkətlər təsir göstərir. Əgər vertikal tektonik hərəkətlər dövri olaraq dəyişirsə, mürəkkəb kəsiliş alınır. Vertikal tektonik hərəkətlərin qiymətindən asılı olaraq dayaz dəniz fasiyası dərin dəniz fasiyası ilə əvəz olunur.

  2. Fiziki-coğrafi şərait və fiziki-kimyəvi proseslər. Layların əmələ gəlməsində fiziki-coğrafi şərait və fiziki-kimyəvi proseslər də geniş təsir göstərir. Bu təsir özünü həm sedimentasiya (çöküntütoplanma) hövzəsində, həm də denudasiya ərazisində göstərir. Fiziki-coğrafi şərait dedikdə iqlimin ayrı-ayrı fəsillərdə və uzun müddətli dəyişməsi nəzərdə tutulur. İqlimin dəyişməsi hövzədə toplanan çöküntülərin tərkibinə təsir göstərir, çöküntütoplanma zamanı laylanmanın düzgün növbələşməsinə şərait yaradır. İqlimin dəyişməsi ilə əlaqədar çay suları arta bilər ki, bu da çoxlu miqdarda terrigen materialları özü ilə birlikdə dəniz və göllərə aparır.

  3. Layların formalaşmasında dəniz axınları da rol oynayır. Terrigen materialların çeşidlənməsi və çökməsinə dəniz axınları böyük təsir göstərir. Məsələn, Norveçin dəniz sərhəddində 200-600 m dərinlikdə iridənəli çaqıl və qum çöküntülərinə rast gəlinir. Qum və çaqıl çöküntülərinin belə dərinlikdə olması Qolfstrim dəniz axını ilə izah olunur. Qabarma-çəkilmə hadisələri də dəniz axınlarına təsir edir.

  4. Layların əmələ gəlməsində bulanıq suspenziya axınını da əhəmiyyəti vardır. Çay suları ilə dəniz hövzələrinə gətirilən bu axın narın plastik materiallardan, xüsusilə gillərdən ibarətdir. Bəzi hallarda duzlarla zəngin olur və çayla dənizin birləşdiyi sahədə 10 və hətta 100 kilometrlərlə ərazini tutur. Sıxlığı ikidən böyük olduğu üçün dəniz suyunun dibinə doğru hərəkət edir və özü ilə çaqıl, çınqıl, qum kimi iridənəli çöküntüləri aparır. Bəzən sualtı sürüşmələri də bulanlıq suspenziya axını ilə əlaqələndirirlər.

  5. Dəniz və göl sularının kimyəvi tərkibinin dəyişməsi layların əmələ gəlməsində əsaslı rol oynayır. Suların kimyəvi tərkibinin dəyişməsi hemogen mineralların azalıb çoxalmasına, çöküntülərin rənginin dəyişməsinə, eləcə də üzvi aləmə təsir edir. Göstərilən proses nəticəsində yaranan laylanmaya mutasion laylanma deyilir. Beləliklə, laylar mürəkkəb şəraitdə müxtəlif amillərin təsiri nəticəsində yaranır. Əlbəttə bu amillər içərisində tektonik amil əsas yer tutmalıdır. Çünki, digər amillərin fəaliyyəti tektonik hərəkətlərlə tənzim olunur.

Layların formalaşma şəraiti

Çökmə süxurların qalınlığının səbəbini izah etmək çox da çətin deyildir. Layların qalınlığı toplandığı hövzə dibinin tektonik çökməsinə uyğun gəlir. Verilmiş sahədə layların qalınlığının artması həmin sahədə inkişaf edən transqressiya hadisəsi ilə əlaqədardır. Əksər hallarda qalınlığın çox olması hövzənin dərinliyi ilə izah edilir. Lakin bəzən dediklərimizin əksi də müşahidə olunur.

Məsələn, dayaz dəniz sahəsində və ya laqun zonada böyük qalınlıqlı çöküntü qatları toplanır. Dediklərinmizi iki misalda izah edək. Donetsk hövzəsində Karbon dövründə qalınlığı 10-12 km olan çöküntülər toplanmışdır. Bu çöküntülər qumdaşı, argillit, əhəngdaşı qatlarının növbələşməsindən ibarətdir. Kəsilişdə 200-ə yaxın daşkömür horizontu qeyd olunur. Çöküntü içərisində fauna qalıqlarına da təsadüf edilir. Donetsk hövzəsinin çöküntüləri dəniz və kontinental şəraitlərdə əmələ gəlmişdir. Quru və dəniz şəraitləri azı 200 dəfə dəyişmişdir. Göründüyü kimi, çöküntütoplanma səthi bütün Karbon dövründə gah dəniz səthindən yuxarıda, gah da aşağıda olmuşdur. Hər dəfə sahə dəniz səviyyəsindən yuxarıda olduqda hövzə bataqlıqlı quruya çevrilmiş və onun səthində kömür layı əmələ gəlmişdir.

İkinci misala Cənubi Xəzər çökəkliyində alt Pliosen ərzində toplanan dayaz dəniz tipli , qalınlığı 4-5 km olan qumlu-gilli çöküntülər aid ola bilər. Əksər tədqiqatçıların fikrinə görə , belə böyük qalınlıq dərinliyi 25-30 m olan (bəzi hallarda quruya çevrilən ) hövzələrdə toplanmışdır. Bu çöküntülər neft və qazla əlaqədardır. Hər iki halda çöküntülərin formalaşma xüsusiyyəti göstərir ki, hövzə dərin olmamışdır. V.Y.Xain belə böyük qalınlıqda çöküntü qatlarının əmələ gəlməsini çöküntütoplanma ilə hövzə dibinin enməsinin eyni vaxtda baş verməsi ilə izah edir.

Dediklərimizdən belə nəticə çıxır ki, çökmə süxurların qalınlığının formalaşmasında əsas rolu vertikal tektonik hərəkətlər oynayır. Tektonik hərəkətlərin amplituda qiyməti mənfi olursa , onda yer qabığında çökək zonalar əmələ gəlir. Belə zonalar çöküntü toplanması üçün əlverişli hesab olunur. Əgər enməyə məruz qalan ərazinin enmə sürəti çox və gətirilən çöküntülərin miqdarı az olarsa, yəni gətirilən material enən ərazini kompensasiya edə bilməzsə, onda hövzə açıq su hövzəsinə çevriləcək və çöküntülərin formalaşması dərin dəniz şəraitində gedəcəkdir.

Tektonik hərəkətlərin amplituda qiyməti müsbət olduqda, ərazi qalxmaya məruz qalır, yəni quru sahələr əmələ gəlir və bunlar qırıntı materialları üçün aşınma ( denudasiya) ərazisinə çevrilir. Beləliklə, şaquli tektonik hərəkətlər Yer qabığında çöküntütoplanma və aşınma ərazilərinin paylanmasını, çöküntülərin fasiya və qalınlığının dəyişməsini tənzimləyir.

Hər bir lay müəyyən daxili quruluşa malikdir.Layın daxili quruluşunu səciyyələndirən onu təşkil edən laycıqların vəziyyətidir. Çökmə mənşəli layların üst-üstə yatan laylanmasını, layın daxili quruluşunu əks etdirən laylanmadan fərqləndirmək üçün ona laydaxili laylanma deyilir.

Layın daxili quruluşunu səciyyələndirən aşağıdakı növ laylanmalar mövcuddur :

1)Paralel laylanma –Bu növ laylanmada laycıqlar bir-birinə paralel yerləşirlər. Paralel laylanma adətən sakit mühitdə yəni, çöküntutoplanma hövzələrinin dərin hissəsində və dib cərəyanlarından məhrum olduğu halda şaquli çökmə nəticəsində yaranır.

2)Dalğavari laylanma – bu növ laylanma dalğaların fəaliyyət göstərdiyi məkanda formalaşır. Yəni hövzənin şelf zonasında yayılır . Dalğavari laylanma çökməyə məruz qalan çoküntülərə 2 bir –birinə əks istiqamətdə olan qüvvələr təsir etməsini göstərir.



3) Çəp laylanma – Bu növ laylanma çay vadilərində, axar suların hövzələrində, dib cərəyanəlarına malik olan su hövzələrində, eol çöküntülərdə formalaşır.



Çay vadisinə xas olan çəp laylanma – Bu laylanma onu göstərir ki, toplanan çöküntülərə qüvvə əsasən bir istiqamətdə təsir göstərmişdir .

4) Hövzənin dayazlığında dib cərəyanı şəraitində formalaşam çəp laylanma.

5) Çayın deltasına xas çəp laylanma



Bəzi hallarda deltaya məxsus çəp laylanmada layın tavan hissəsində çəp laycıqlar iri dənəli hissəciklərdən ibarət xırda linzalar ilə əvəz olunur. Bu linzalar çayın nisbətən yüksək enerjiyə malik olduğu fəsillərdə deltaya gətirdiyi əlavə çöküntülər hesabına yaranır. Linzavari laylanma su yaxud hava axınının sürətli və dəyişkən mühitində formalaşır. Xırda linzavari laylanma sakit su hövzəsində də yarana bilər, əgər ora vaxtaşırı kobuddənəli material gətirilirsə.

Linzavari laylanmada ayrı-ayrı laylar müxtəlif formalılığı və qalınlığının dəyişkənliyi ilə xarakterizə olunur. Ona görə də əksər hallarda layların tam pazlaşması baş verir və onlar linza formasını alır. Əksər hallarda linzavari laylanma əvvəl toplanan çöküntülərin yuyulması və dib səthin girintili-çıxıntılı olması ilə əlaqədar olur. Layların qalınlığı çöküntütoplanma mühitinin intensivliyini və hövzəyə daxil olan materialın miqdarını əks etdirir. Layların qalınlığından asılı olaraq 4 laylanma vardır.

1.İri laylanma (qalınlığı bir neçə on santimetrdən metrə kimi).

2. Kiçik laylanma ( qalınlığı santimetrlərlə ölçülür)

3. Nazik laylanma (qalınlığı millimetrlərlə ölçülür)

4. Mikrolaylanma (ancaq mikroskop altında görünür)

Laylanma səthinin quruluşu

Laylanma səthinin xüsusiyyətləini öyrənməklə çökmə qatların yatma şəraitini və əmələ gəlməsini izah etmək olar. Laylanma səthinin xüsusiyyətlərinə: düyünlərin qalığı, ilk çatlılıq, müxtəlif orqanizmlərin izləri, yağış damcıları, buz kristallarının yeri və s. daxildir.

Düyünlər əmələgəlmə şəraitinə görə üç cür olur: küləklə əlaqədar olan, axınla əlaqədar olan və dalğaların nəticəsində yaranan.

Layların (horizontların) üzərində müxtəlif mənşəli, qazıntı halında çoxlu ilk çatlar saxlanılır. Bunların əksəri layları təşkil edən çöküntülərin qurumasından əmələ gəlir. Bundan başqa, laylar üzərində sualtı və buzlaq çatları da rast gəlir. Onlar başqa materiallarla dolaraq uzanma istiqamətində dişcik və düyünlər əmələ gətirir. Sualtı çatlar qədim kolloidli lillərdə əmələ gəlir və ulduzvari dişciklər yaradır.

Laylanma səthində müxtəlif canlıların izinə tez-tez rast gəlmək olur. Bu cür izlərə ieroqliflər deyilir. İeroqliflər müxtəlif növlü və müxtəlif mənşəli olur. Ən çox fliş fasiyalı qumdaşı və karbonat çöküntüləri üzərində müşahidə edilir. Bu cür izlərə lil ilə qidalanan və sürünən orqanizmlərin, yağışın, yuyulmanın və s.qalıqları daxildir.

Çökmə süxurların mühüm bir xüsusiyyətlərindən biri də qırıntı materialların istiqamətlənməsidir. Bu xüsusiyyəti öyrənməklə çökmə qatının əmələ gəldiyi vaxtı, yuyulma və aşınma materiallarının gətirilmə istiqamətini və yerini müəyyənləşdirmək olar.

6) Dib cərəyanlarına xas olan çəp laylanma



7) Eol çöküntülərinə xas olan çəp laylanma (Küləyin fəaliyyəti). Dib cərəyanı və eol çöküntülərinin əmələ gətirdiyi çəp laylanmanın bir-birindən fərqi ondan ibarətdir ki, laycıqlar iri və kobud olurlar.



Laydaxili laylanmanı öyrənməkdə məqsəd layın nə kimi paleocoğrafi şəraitdə formalaşmasını araşdırmaqdır.






Yüklə 11,73 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə