Mühazirə 1 Adı: Struktur geologiya fənninin məqsəd və vəzifələri Tarix


IV dövr (Q) – açıq sarımtıl, boz; Neogen (N) – sarı



Yüklə 11,73 Mb.
səhifə7/55
tarix31.12.2021
ölçüsü11,73 Mb.
#81606
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   55
C fakepathMühazir l r Struktur geologiya

IV dövr (Q) – açıq sarımtıl, boz; Neogen (N) – sarı;

Paleogen (ᵱ) – narıncı; Təbaşir (K) – yaşıl;

Yura (J) – mavi; Trias (T) – bənövşəyi;

Perm (P) – qonuru qırmızı; Karbon (C) – boz;

Devon (D) –qəhvəyi; Silur (S) –bozumtul yaşıl;

Ordovik (O) – zeytunu yaşıl; Kembri (Є).

Maqmatik süxurlara gəldikdə onların tərkibi yunan əlifbasının hərifləri ilə və rənglərlə qeyd edilir.

Məsələn: turş süxur-qranit (γ) qırmızı, siyenit (ξ)qırmızımtıl narıncı,



orta tərkibli – diorit (δ) moruğu,

əsas tərkibli – bazalt (ѵ) tünd yaşıl,

ultra əsas tərkibli – giper bazilt (Ϭ) tünd bənövşəyi

Geoloji sərhədlər xəritədə qara xətlə göstərilir. Uyğun sərhəddirsə xətt bütöv olur. Əgər qeyri uyğun olarsa qırıq-qırıq xətt olur.

Layların fəza vəziyyəti yatım elementləri işarəsi ilə göstərilir.

Burada – 17 - yatım bucağı

- uzanma xətti

- yatım xətti

Qırmızı xətlə geolji xəritədə qırılmalar göstərilir. Cizgi və xətlərlə göstərilən işarələr cizgi işarələri adlanır.

Rəqəmlərlə göstərilən işarələr fiziki işarələr üçüncü növ şərti işarələr layların yatım bucaqları, qırılma səthinin yatım bucağı.

Stratiqrafik vahidlərin nisbətən xırda bölgüləri. Əslində geoloji xəritəyə çoxlu sayda geoloji məlumatı müxtəlif sayda şərti işarələrlə yükləmək mümkündür. Lakin belə geoloji xəritəni nə təhlil etmək nədə istifadə etmək mümkün deyil. Ona görə də geoloji xəritədə artıq qeyd edildiyi kimi müxtəlif yaşlı və mənşəli süxurların yaşı, yatım formaları, yatım elementləri, qırılmalar, laylar arasında münasibəti səciyələndirən uyğun və qeyri uyğun yatım formaları qeyd edilir. Bəzi hallarda geoloji xəritədə faydalı qazıntı yataqları hər hansı bir məsələni həll edən cisimlər göstərilə bilər.Geoloji xəritələr adətən topoqrafik xəritə üzərində qurulur. Əgər geoloji xəritə topoqrafik əsas üzərində qurulmayıbsa onun təhlili çoxmənalı ola bilər. Topoqrafik xəritə (əsas) geoloji xəritədə mixəyi rəngdə bütöv yaxud qırıq-qırıq xətlərlə göstərilir. Onların üzərində mixəyi rəngdə yazılan rəqəmlər müvafiq olaraq xəttin altitudası göstərilir.



Altituda dedikdə yer səthində olan nöqtənin dəniz səviyyəsinə qədər şaquli məsafədir. Bu məsafəyə mütləq qiymətdə deyilir. Lakin əgər nöqtə yer səthində yerləşirsə və relyef səthini səciyyələndirirsə onda onun mütləq qiyməti altituda adlanır. Əgər nöqtə lay səthində yerləşirsə onda həmin nöqtədən dəniz səviyyəsinə qədər olan məsafə mütləq qiymət adlanır.

Topoqrafik xəritə dedikdə yerin relyef səthini horizontallarla üfüqi müstəvi üzərində təsviri nəzərdə tutulur. Başqa sözlə, relyef, yerin səthinin üfüqi müstəvi üzərində proyeksiyasına topoqrafik xəritə deyilir.



Eyni (hündürlüyə malik) altitudaya malik olan nöqtələrdən keçən xəttə horizontal deyilir.

Üfüqi müstəvi ilə relyef səthinin kəsişməsindən alınan izə horizontal deyilir. Geoloji məsələlərin həllində geoloji xəritədən başqa üfüqi müstəvidə çoxlu sayda müxtəlif xəritələr tərtib edilir.



Məsələn: litofasial xəritə- belə xəritədə yer səthinə çıxan layların sərhədləri daxilində litoloji tərkibləri qeyd edilir.


Yüklə 11,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə