Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir


Mövzu № 14. Tərbiyəçi fəaliyyətində innovasiyalar



Yüklə 0,55 Mb.
səhifə82/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   75   76   77   78   79   80   81   82   83
muhazire 1-15 qdər terbiyeci isi

Mövzu № 14. Tərbiyəçi fəaliyyətində innovasiyalar
Çoxlu miqdarda əla istedadlı adamlar azad və yüksək insanları idarə etməyi bacarmayan tərbiyəçilərin səhvi nəticəsində tələf olub gedirlər”.
Plutarx
Pedaqoji prosesdə, xüsusən dərsdə ən çətin və mürəkkəb mə­sə­lələrdən biri uşaqlərin idrak fəaliyyətinin idarə edil­mə­si­dir. Uşaqləri cəlb edən informasiyaların çoxluğu və maraq dairlərinin genişliyi onların idrak fəaliyyətinin idarə edilməsi üçün Tərbiyəçinin bu prosesə ustalıqla yanaşmaq tələbini qarşıya qoyur. Uşaqlərin diqqətini tələb olunan obyektə yönəldə bil­mək, onların dərketmə imkanlarını genişləndirmək, təlimi gü­cü­çatan çətinlik səviyyəsində qurmaqla uşaqlərin hər birinin intellektual səviyyəsinin inkişafına nail olmaq bu prosesin mü­hüm nəticəsi kimi özünü göstərir. Bu baxımdan hər bir Tərbiyəçi üçün zəruri olan belə bir vəzifənin həll edilməsi olduqca va­cibdir.
N.B.Kuzmina yazır: “Pedaqoji prosesi və uşaqlarla qarşı­lıq­lı münasibətləri onlara, onların ağılına hörmətlə yanaşma əsa­sında quran Tərbiyəçi heç vaxt səhv etmir. Bundan başqa, əgər o, uşaqların davranışını, onların onun özünə münasibətini öz ustalığını təkmilləşdirmək məqsədilə daimi təhlil edirsə, on­da o, ən qısa yolla ustalığa yiyələndirən çox gözəl bir kompas tapmış olur”.
Dərsdə uşaqlərin idrak fəaliyyətinin idarə edilməsi vacib olduğu qədər də mürəkkəbdir. Onun bir sıra funksiyaları vardır.
Bu proses:

  • uşaqlərin diqqətini vacib olan problemə yönəldir;

  • əsas məsələni ikinci dərəcəlilərdən ayırmağa imkan verir;

  • bütün məşğələ boyu uşaqlərin fəallığına səbəb olur;

  • uşaqlərin marağını və təlim motivlərini formalaşdırır;

  • təlimin inkişafetdirici vəzifəsinin reallaşdırılmasını təmin edir və s.

Dərsdə uşaqlərin idrak fəaliyyətinin idarə edilməsi usta­lı­ğı bir çox amillərdən asılıdır. Bunların ən vacib olanlarından biri Tərbiyəçinin öz fənnini uşaqlər üçün maraqlı edə bilmə baca­rığıdır.
Usta Tərbiyəçi təlimə maraq yaratmaq və formalaşdırmaq üçün aşağıdakı bir sıra müddəaları rəhbər tutmalıdır:
1. Tədris prosesini elə qurmalıdır ki, yeni biliklər uşaq­lərə hazır şəkildə verilməsin. Uşaqlər bütün məşğələ boyu fəal fə­aliy­­yətə, axtarışa, yeni biliklər axtarmağa, tapamağa qoşul­sunlar.
2. Tədris prosesinin müxtəlif formalarda və rəngarəng təş­kil edilməsi uşaqlərin təlim prosesinə marağını yüksəldir.
3. Yeni material keçmişdə öyrənilən materiallarla nə qədər çox əlaqələnərsə, o, uşaqlər üçün bir o qədər maraqlı olar.
4. Həddindən artıq yüngül və həddindən artıq çətin mate­ri­al maraq oyatmır. Təlim çətin olmalıdır. Lakin güc çatan çətin­lik­də olmalı və anlaşılmalıdır.
5. Uşaqlərin fəaliyyəti nə qədər tez-tez yoxlanılarsa və qiy­mətləndirilərsə, onların işləməsi də bir o qədər asan olar.
6. Tədris materialının aydınlığı, emosionallığı və Tərbiyəçinin özünün əhval-ruhiyyəsi uşaqlərin fənnə münasibətinə güclü təsir edir.
Təcrübə göstərir ki, Tərbiyəçinin öz fənninə maraq yarada bilmək qabiliyyəti çox vaxt uşaqlərin Tərbiyəçilik peşəsinə ma­raq göstərmələrinə də güclü təsir göstərir. Tərbiyəçilik peşə­si­ni seçən bağçalilərin xeyli hissəsi məhz bu peşəni Tərbiyəçininə oxşamaq və onun fənnini sevdikləri üçün seçirlər.
Dərsdə uşaqlərin idrak fəaliyyətinin idarə edilməsində baş­lıca amillərdən biri bütün məşğələ boyu uşaqlərin diqqətinin sə­­fər­bər edilməsi və təlim materialına yönəldilməsidir. K.D.Uşin­ski yazırdı: “Diqqət şüurumuzun elə bir yeganə qapı­sı­dır ki, şüurumuzda olan hər bir şey mütləq buradan keçir. Ona görə də uşaqləri təlim prosesində həmin qapını açıq sax­la­mağa alışdırmaq lazımdır”. Təcrübə göstərir ki, Tərbiyəçi məşğələ prosesində uşaqlərin diqqətini nə qədər çox öyrənməyə, bil­mə­yə, məhsuldar fəaliyyətə yönəldərsə, bu zaman nəticə daha yük­sək olar. Hər bir uşaqin marağının təmin edilməsi, onların təlim prosesinin iştirakçısına çevrilməsinə nail olunması, Tərbiyəçi-uşaq əməkdaşlığının düzgün təşkili və nəhayət, uşaq­lə­rin bilavasitə özlərinin həll olunacaq problemin axtarışına qo­şul­masının təmin edilməsi onların idrak fəallığının artmasına və düzgün formalaşmasına səbəb olur. Bunun üçün ənənəvi metodlarla yanaşı, bağçalərimizdə uğurla həyata keçirilməyə başlanılan, bir çox qabaqcıl Tərbiyəçilərin təcrübəsində özünün səmərəliliyini təsdiq edən fəal təlim metodlarından istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir.
Fəal təlim təfəkkürə əsaslanan təlim olduğundan burada baş­lıca məqsəd dərsin bütün mərhələlərində uşaqlərin fəallı­ğı­nın təmin edilməsi, məntiqi, yaradıcı və tənqidi təfəkkürlərinin inkişaf etdirilməsi və Tərbiyəçinin bələdçiliyi ilə axtarılan nəticə­nin uşaqlərin bilavasitə özləri tərəfindən əldə edilməsinə nail ol­maqdır. Klassik alman pedaqoqu A.Disterveq yazırdı: “Pis Tərbiyəçi həqiqəti təqdim edir, yaxşı Tərbiyəçi isə onu tapmağın yollarını öyrədir”.
Fəal dərsin quruluşu tədqiqat prosesinin mərhələlərini xa­tır­ladır. Tədqiqat təlim prosesinin mərkəzində dayanır. Fəal dərs­də yeni məlumatlar tədqiqat nəticəsində əldə edilir və dər­sin sonunda uşaqlərin özləri vasitəsilə meydana çıxır. Tətbiq­et­mə mərhələsi yaradıcı xarakter daşıyır və uşaqlərin fəallığı ilə həyata keçirilir və refleksiya mərhələsində uşaq öz təd­qi­qat fəaliyyətinin əsas mərhələlərini dərk etmiş olur.
Fəal dərsin bütün mərhələlərində Tərbiyəçi fasilitator (bələd­çi) kimi çıxış etsə də, bu mərhələlərin hamısını, ümu­miy­yət­lə, təlim prosesini elə qurur ki, burada sanki hər şeyi uşaq­lər özləri həll edirlər. Lakin unutmaq olmaz ki, burada Tərbiyəçinin pedaqoji ustalığı, hadisə və prosesləri dərindən bilməsi, dərsin mərhələləri arasında əlaqə və keçidin yaradılması və bütün bunlarla bərabər uşaqlərin idrak fəaliyyətinin idarə edil­məsi məhz Tərbiyəçidən, onun səriştəsindən, pedaqoji məha­rə­­tindən asılıdır. Əks halda dərsdə yaradılan fəallıq da, uşaq­lərin fəaliyyəti də səmərəsiz olacaqdır.
Məşğələ elə bir mürəkkəb prosesdir ki, burada həyata keçi­ri­lən təlim birbaşa idrak prosesləri ilə əlaqələnir və onun inki­şa­fı­nı şərtləndirir. Lakin bunlar özbaşına yaranmır. Bu zaman Tərbiyəçinin idarəçiliyi, təlim prosesini idarə edə bilməsi xüsusi rol oynayır. Burada Tərbiyəçinin peşə bacarıqları, xüsusən kom­mu­nikativ və təşkilatçılıq bacarıqları onun köməyinə gəlir.
Uşaqlərin idrakı və onun inkişaf etdirilməsi istiqamətində Tərbiyəçinin etdiyi pedaqoji təsirlər bilavasitə təlim prosesində bir sıra qaydaların gözlənilməsini nəzərdə tutur. Bunlar, əsasən, aşağıdakılardan ibarətdir:
1. Təlim prosesində uşaqlərin fərdi xüsusiyyətlərini nəzə­rə almaq və təlimi onların gücü çatan çətinlik səviyyəsində qur­maq.
2. Dərsdə uşaqləri subyekt səviyyəsinə qaldırmaq və dər­si “Tərbiyəçi-uşaq” əməkdaşlığına əsaslanmaqla aparmaq.
3. Qarşıya qoyulmuş problemin həlli istiqamətində fərziy­yə­lərin qoyulmasına və nəticələrin çıxarılmasına uşaqləri cəlb etmək.
4. Dərsdə vaxt itkisinə yol verməmək, öyrədilən material­la­rın həcminin genişliyinə və dərinliyinə nail olmaq.
5. Problemin bir yox, bir neçə yollarla həll edilməsinə ça­lış­maq.
6. Cütlərlə və qruplarla iş zamanı bütün uşaqlərin fəal iş­lə­məsinə nail olmaq. 7. Dərsdə əks-əlaqədən geniş istifadə etmək, uşaqlərin müstəqil və sərbəst fikir söyləmələrinə şərait yaratmaq.
8. Uşaqləri müstəqil tapşırıqlar üzərində işlətmək və s.
Geniş islahatlar dövrünü keçirən Azərbaycan bağçaində hazırda tətbiq olunan bir çox fəal təlim metodları Tərbiyəçidən bö­yük yaradıcılıq axtarışları tələb edir. Bunlar–didaktik oyun­lar, insert, Bibo cədvəli, klaster, ziqzaq, dəyirmi masa, Venn diaq­ramı, intellektual auksion və s. ibarət olub, Tərbiyəçi və uşaqlərin qarşılıqlı əlaqəsini, işgüzar ünsiyyətini təmin edən təlim metodları kimi Tərbiyəçilərin pedaqoji ustalığa yiyələn­mə­lə­rində də mühüm yer tutur.
Fəal təlim metodları Tərbiyəçinin bələdçiliyi ilə uşaqlərin tə­lim prosesində bilikləri müstəqil olaraq əldə etmələrinə və dərk etmələrinə geniş şərait yaradır. Tərbiyəçilər bu prosesdə qar­­şıya qoyulmuş problemin həllinə istiqamət verir, uşaqləri sər­bəst düşünməyə, axtarışa, tapmağa sövq edir. Uşaqlər yal­nız Tərbiyəçinin informasiyası ilə kifayətlənmir, özləri yara­dı­­cı ax­tarışa qoşulur, yeni biliklər kəsb etməyə can atır. Bu da on­lar­­da təlim motivlərinin güclənməsinə, öyrənməyə, öz qüvvə və bacarıqlarına inamı artırır, təlim keyfiyyətinin yüksəlməsinə səbəb olur.
Fəal təlim metodlarından istifadə edilməsi məşğələ prosesinə tədqiqat xarakteri verir, uşaqi tədqiqatçılığa, axtarışa sövq edir. Pedaqoji prosesin belə təşkili və aparılması uşaqləri tə­lim prosesinin obyekti olmaqdan çıxararaq ikinci bir tərəfə–subyektə çevirir, onları tədqiqatçılığa istiqamətləndirir. Uşaq Tərbiyəçilərin bələdçiliyi ilə axtarışa qoşulur, fakt və hadisələrə, hətta Tərbiyəçinin fikirlərinə öz münasibətini, tənqidi mülahi­zə­lə­ri­ni bildirir, müqayisələr edir, nəticə çıxarır.
Pedaqoji innovasiyalar pedaqoji prosesin daxili ehtiyatları hesabına baş verir. Tərbiyəçi əlavə imkanlardan, vasitələrdən de­yil, uşaqlərin əqli qabiliyyətlərinin “oyadılması, onların hə­rə­kətə gətirilməsi” hesabına onların inkişafına təkan verir.
Pedaqoji innovasiyaların tətbiq olunduğu dərslərdə Tərbiyəçi­lər az, uşaqlər isə çox işləyirlər. Tərbiyəçinin əsas vəzifəsi uşaq­lərə yardımçı olmaqdan, təlim prosesində onların fəaliy­yə­tini istiqamətləndirməkdən, uşaqlərdə yaradıcı axtarışa hə­vəs oyatmaqdan ibarət olur. Belə dərslərdə yaradıcı fəallıq, can­lı müzakirə, müstəqil iş, qarşılıqlı əməkdaşlıq, qrupdaxili və qruplararası münasibətlərin dinamik inkişafı özünü göstərir. Dərsin bu cür təşkili həmçinin Tərbiyəçii də yaradıcı fəaliyyətə, yeni-yeni axtarışlara sövq edir və istiqamətləndirir. Tərbiyəçi pe­daqoji prosesin əsl yaradıcısına, memarına çevrilir.



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə