Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir



Yüklə 0,55 Mb.
səhifə77/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   73   74   75   76   77   78   79   80   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

8. Məsləhət - adətən fərdi və ya qrup valideynlər üçün aparılan məsləhətləşmə sistemi tərtib edilir. Qrup məsləhətləşmələrinə eyni problemləri olan müxtəlif qrupların valideynlərini və ya əksinə ( şıltaq uşaqları, rəsm çəkməyə, musiqiyə parlaq qabiliyyəti olan uşaqlar) dəvət etmək olar. Məsləhətləşmənin məqsədi valideynlərin müəyyən biliklərin, bacarıqların mənimsənilməsidir, onlara problemli məsələlərin həllində kömək etməkdir.
9. Xeyirxah iş günləri - valideynlər inkişaf mühitinin yaradılmasına kömək edirlər.
10. Valideynlərlə söhbətlər - söhbət müəllimin ailə ilə əlaqəsinin qurulmasının ən əlverişli formasıdır. Söhbət həm müstəqil, həm də digər formalarla birlikdə istifadə olunur: ailələrdə, valideyn iclaslarında, məsləhətləşmələrdə.
11. Valideynlər üçün oyun kitabxanası - oyunlar böyüklərin iştirakını tələb etdiyindən, valideynləri uşaqla ünsiyyət qurmağa məcbur edir.
12. Açıq qapı günü - işin kifayət qədər geniş forması olmaqla, valideynləri məktəbəqədər təhsil müəssisəsi, onun ənənələri, tərbiyə-təhsil işinin qaydaları, xüsusiyyətləri ilə tanış etməyə imkan verir.
13. Əyani məlumat:

    • Uşağın inkişaf –məlumat qovluğu;

    • Foto sərgilər (şəkil 13);

    • Xeyirxah işlərərin qutusu (şəkil 14).



Valideyn guşələrinin diqqətini cəlb etmək üçün "Evdə uşağı nə ilə və necə məşğul etmək olar?", Soruşurlar – cavab verək", "Təşəkkür edirik", "Bu maraqlıdır", "Oynayaq", "Diqqət yetirin" başlıqlarından istifadə etmək olar. Orada uşağın nə ilə məşğul olduğunu ( Şəkil 15 ) anlamaq imkanını verən praktiki material, xüsusi oyun və məsləhətlər verilir. Həmçinin valideyn guşəsində (Şəkil 16) qrup işi, rejim anları, valideynlərlə iş planı, elan lövhəsi, menyu haqqında məlumatlar olur. Güşədəki material hər iki həftədə bir dəfə yenilənir.



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə