Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir


Uşaqvə valideynlərin əl işlərinin sərgisi



Yüklə 0,55 Mb.
səhifə81/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   75   76   77   78   79   80   81   82   83
muhazire 1-15 qdər terbiyeci isi

Uşaqvə valideynlərin əl işlərinin sərgisi (Şəkil 29)



Valideyn guşələri üçün əlavə rubrikalar:
Məlumatlarla yanaşı valideyn guşəsi tərbiyəçilərə uşaq tərbiyəsinin müxtəlif tərəflərini işıqlandırmağa və valideynlər üçün aktual olan sualları cavablandırmağa kömək edən zəruri və maraqlı məlumatları yerləşdirirlər. (Şəkil 30.).
Valideynlərin diqqətini cəlb etmək üçün mövzular mütəmadi olaraq yenilənməlidir. Valideynlərə yaradıcı şəkildə verilən məlumatların orijinal olması məqsədəuyğundur.


Tematik fotosərgilər:

  • Valideyn guşəsini fotosərgilərlə bəzəmək olar. Məsələn, məşğələ, bayram və ekskursiyalardan fotoşəkillər nümayiş oluna bilər. : Bundan əlavə, uşaqların bağçadan kənarda dostları ilə vaxt keçirməsinin aşağıda verilən və digər mövzularda ekspozisiyalar ola bilər:“Bizim yay tətili";

  • "Baba ilə qış əyləncələri";

  • "İstirahət günlərində meşədə".

Fotoşəkillər kiçik hekayələr və maraqlı yazılarla tamamlanmalıdır.
Valideynlər üçün təşəkkürnamələr. (Şəkil 31)
Bu vərəqlər qrupun həyatında fəal iştirak edən, bağçaya yardım edən ata və analara təşəkkür sözlərini ifadə edən, bəzədilmiş mətnlərdir.


Bizdə məşğələdə” (Şəkil 32) Bu bölmədə müəllimlər valideynləri məşğələlərin proqram məzmunu ilə tanış edir, evdə məşğələ materialını təkrar etməyi təklif edirlər: tapmaca, şeir, atalar sözlərinin təkrarlanmasını. Burada uşaqlara oxumaq üçün məşğələ mövzusu üzrə ədəbiyyat siyahısı əlavə olunur.

Ad gününü təbrik edirik!”


Burada uşaların doğum gününün fotoşəkilləri, təbriklər və açıqçalar yerləşdirilir. Bu rubrik uşağın təbrik edilməli olduğunu bilməyə vaxtında kömək edir və səbəbkarın şənliyinə sevinc əlavə edir (Şəkil 33).

Uşaq bağçasında valideyn guşəsinin tərtibatı çoxşaxəli fəaliyyətdir. Onun məzmunu daim yenilənməli və dəyişdirilməlidir. Güşəni doldurarkən onun sensor yüklənməsinin yolverilməzliyini nəzərə almaq lazımdır. Əks halda, valideynlər maraqlarını tez itirləcəklər.





Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə