Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir



Yüklə 0,55 Mb.
səhifə8/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   4   5   6   7   8   9   10   11   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

Əməyin obyekti və məhsulu: Tərbiyəçi əməyinin obyekti böyüməkdə, inkişaf etməkdə olan insanlar–uşaqlərdir. Tərbiyəçi onlarla təlim-tərbiyə işləri apararaq onları elmlərin əsasları ilə silahlandırır, onlarda dünyagörüşü və şəxsiyyət üçün zəruri bir sıra mənəvi keyfiyyətləri formalaşdırır. Tərbiyəçi əməyinin məhsulu onun necə vətandaşlar yetişdirib tərbiyələndirməsidir.
İşi yerinə yetirmək üçün lazım olan bilik və bacarıqlar:

  • öz ixtisasını dərindən bilmək və onun tədrisi;

  • biliyinə inam və bu inamı uşaqlərə çatdırmaq;

  • pedaqoji talant və təxəyyül;

  • dövlətin təhsil siyasəti və Tərbiyəçilərin qarşısında duran məsuliyyətin ağırlı­ğı;

  • uşaqların yaş və fərdi xüsusiyyətləri, yaş və pedaqoji psixologiyanın əsaslarını bilmək;

  • müasir pedaqoji texnologiyalara, təhsil, təlim və tərbiyə nəzəriyyələrinin xarakterinə və əsaslarına yiyələnmək.

Əmək şəraiti və iş yeri: Gigiyenik tələblərə və normal həyat şəraitinə uyğun, estetik cəhətdən müəyyən tərtibata ma­lik, xüsusi avadanlıqlar və vəsaitlərlə təmin olunmuş iş yeri ― bağça və digər təhsil ocaqları.
Əmək rejimi və istirahət: Ayda 48 saat (həftədə 12 saat) məşğələ yükü. Hər həftə 2 gün (altıncı və bazar günləri) istirahət. Hər bir saatdan (45 dəqiqədən) sonra tənəffüs və ildə 48 iş günü haqqı ödənilməklə məzuniyyət.
Tibbi əksgöstərici: Nöqsanlı nitq, əsəb zəifliyi, təmkin və səbrliliyi bacarmamaq.
Şəxsiyyətə olan iradi, iş və digər keyfiyyət tələbləri:

  • peşəsinə maraq, uşaqları sevmək və onlarla işləməyə həvəs;

  • yüksək müşahidəçilik qabiliyyəti və pedaqoji sayıqlıq;

  • ünsiyyət mədəniyyətinə malik olmaq, ünsiyyətə girməyi bacarmaq;

  • tələbkarlıq keyfiyyətlərinə malik olmaq;

  • işgüzarlıq, əməksevərlik, yeniliyə can atma;

  • ciddilik və incə yumor hissinə malik olmaq;

  • pedaqoji incəsənətə yiyələnmək;

  • öyrətməyə həvəs;

  • yüksək ziyalılıq, əxlaqi və intellektual keyfiyyətlərin ahəngdarlığı;

  • emosional və ifadəli nitqə, səsə, mimikaya, jestə, peda­qo­ji texnika və takta malik olmaq;

  • cəmiyyətin müəyyənləşdirdiyi əxlaqi-etik qaydalara yiyə­lənmək;

  • səmimilik, saflıq, düzgünlük;

  • sözü ilə hərəkətləri arasında ahəngdarlıq;

  • geniş elmi, siyasi dünyagörüş və erudisiya;

  • kollektivçilik və kollektivlə əməkdaşlıq;

  • təşkilatçılıq bacarığı;

  • özünənəzarət və özünü ələ alma bacarığı, emosional və­ziy­yətini idarə edə bilməsi, səbrlilik;

  • təmkinlilik və möhkəmlik;

  • ünsiyyətdə olduğu şəxsə və ya qrupa qarşı diqqətlilik;

  • psixoloji mədəniyyətə malik olmaq.


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə