Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir


Mövzu №4. Tərbiyəçi şəxsiyyəti və peda­qoji ustalıqda onun yeri



Yüklə 0,55 Mb.
səhifə7/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   2   3   4   5   6   7   8   9   10   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

Mövzu №4. Tərbiyəçi şəxsiyyəti və peda­qoji ustalıqda onun yeri
Tərbiyəçi peşəsinin professioqramı

Əgər məndən soruşsalar ki, ən şərəfli peşə hansıdır, mən o zaman iftixarla deyərdim:–Tərbiyəçilik!”


H.Zərdabi

Peşələr aləmi geniş və rəngarəngdir. Bunlar həyatın tələbi ilə yaranmış, meydana çıxmış peşələrdir. Onların içərisində mü­əy­yən vaxt ərzində mövcud olmuş, lakin öz həyatını yaşaya­raq köhnəlmiş, tarixin arxivinə verilmiş peşələr də çox olmuş­dur. Elə peşələr də olmuşdur ki, onlar cəmiyyətin inkişafı ilə əla­qədar yeni­ləş­miş, modernləşmiş, yeni məna və əhəmiyyət kəsb etmişdir. Lakin elə peşələr, sənətlər vardır ki, onlar lap qə­dimlərdə yaranmış, inkişaf etmiş, formalaşmış, bütün dövrlər üçün zəruri mahiyyət kəsb etmiş, nüfuzlu, hörmətli və şərəfli bir peşə kimi bu gün də öz şərəfini, hörmətini saxlamışdır. Belə peşələrdən biri, bəlkə də, birincisi Tərbiyəçi peşəsidir.


Digər peşələr və ixtisaslar kimi Tərbiyəçi peşəsinin də özü­nə­­­­­­məxsus xüsusiyyətləri çoxdur. Əvvəla, ona görə ki bu peşə “insan – insan” peşələr qrupuna daxil olub, insanların bir-birinə təsir etməsidir. Onun əsas mahiyyəti böyüyən nəsli gələ­cə­yə, hə­­ya­­­­­ta hazırlamaqla müşayiət olunur. İkincisi isə, bu peşə onu se­­çəndən bütün ömrü boyu öyrənmək, yeniləşmək, dövrün tə­ləb­ləri ilə ayaqlaşmaq tələb edir. Buna görə də onu sevən, seç­mək istəyən hər bir gənc onun xüsusiyyətlərini bilməli və bu peşə haqqında dərin məlumata malik olmalıdırlar. Belə mə­lu­mat mənbələrindən biri Tərbiyəçi peşəsinin professioqramıdır.
Professioqram – İnsana təqdim olunmuş hər hansı peşənin spesifik xüsusiyyətlərini və bu sahədə peşəkar fəaliy-yətə dair tələbləri əks etdirən əlamətlər sistemidir. Tərbiyəçi peşəsinin professioqramı bu baxımdan uşaqlər üçün əsas məlumat mənbəyi kimi dəyər­li­dir.
Bir nümunəni nəzərdən keçirək.
Cəmiyyətdə Tərbiyəçilik peşəsinin əhəmiyyəti və yeri. Tərbiyəçi gələcək cəmiyyətin memarı və qurucusudur. Tərbiyəçi gənc nəslin tərbiyə olunması, onların gələcək həyata hazır­lan­ması kimi nəcib və şərəfli bir işi yerinə yetirir. Tərbiyəçi bu gün yaşayır, işləyir, bu işi ilə gələcəyi qurur. Yaxşı deyilmişdir: “Bağ bağbansız keçi­nə bilmədiyi kimi, bəşəriyyət də Tərbiyəçi­siz keçinə bilməz” (S.M.Qənizadə). Cəmiy­yət öz gələcəyini məhz onlara etibar etdiyindən Tərbiyəçi peşəsi cəmiyyətdə ən şərəfli və ali məqsədlərə xidmət edən peşələrdən biri sayılır.
Vətənimizin insanlıq tarixinin gələcək səhifələrinin yazıl­ma­sında Tərbiyəçinin öz yeri və öz rolu vardır. Çünki gələcək cə­miy­yətin necəliyi Tərbiyəçidən çox asılıdır. Bu baxımdan Tərbiyəçi peşəsi ən məsuliyyətli peşələrdən biridir. Məhz buna görə də dövlətimiz hər vasitə ilə Tərbiyəçilərin sosial və mədəni hə­ya­tını diqqət mərkəzində saxlayır və bu sahəyə qayğını artırır.
Əmək növü: Tərbiyəçi peşəsi “insan – insan” peşələr qru­pu­­­na daxildir. Bu qrupun əsas əlaməti nitqdən ünsiyyət kimi istifadə edilməsidir. Burada “əmək aləti” rolunu Tərbiyəçinin nit­qi oynayır. Bu qrupda fəaliyyət insanların ünsiyyəti əsasında qurulur.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə