Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir



Yüklə 0,55 Mb.
səhifə9/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   5   6   7   8   9   10   11   12   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

Peşənin şəxsiyyətə təsiri: Tərbiyəçi peşəsi incəsənətdir. Bu peşə onu seçənlərdən bir sıra keyfiyyətlərin olmasını tələb et­mək­lə yanaşı, bu peşə sahibinin ümumi mədəniyyətinin for­ma­laş­masına da ciddi təsir göstərir. Tərbiyəçi öz şəxsiyyətinin nü­mu­nəvi təsirə malik olduğunu dərk etdikdə onun öz şəxsiy­yə­ti­nə qarşı tələb­karlığı da artır. Özününəzarət, özünün hərəkət və dav­ranışına tənzim­ləyici münasibət onu nəcibləşdirir, yüksək mədəniyyət və ziyalılıq keyfiyyətlərinə yiyələnməyə səbəb olur.
Tərbiyəçinin öz fənnini, ixtisasını dərindən bilməsi, yüksək el­mi dünyagörüşə ma­lik olması tələbi onun əqli qabiliyyətlə­ri­nin inkişafına, dərin və geniş elmi bilik­lərə malik olmasına im­kan yaradır.
Tərbiyəçi peşəsinə yiyələnmə həmçinin möhkəm xarakte­rin, əqidə və ide­yalı­lığın da formalaşmasına mühüm təsir gös­tə­rir.
Tərbiyəçilik peşəsinə yiyələnməyin yolları: Cəmiyyət ən qiymətli kapitalı olan uşaqları Tərbiyəçiə etibar etdiyindən bu peşəyə yiyələnmək istəyənlər yüksək elmi biliyə və bir sıra key­fiy­yətlərə malik olmalıdırlar. Respublikamızda Tərbiyəçilik peşəsinə yiyələnmək üçün kifayət dərəcədə geniş yollar–təhsil müəssisələri mövcuddur. Bunlar həm ali təhsil ocaqları–univer­si­tet və institutlar, həm də orta ixti­sas bağçaləri–kolleclər for­ma­­sında fəaliyyət göstərir. Ali pedaqoji təhsil verən univer­si­tet­lər­də1 təhsil iki pillədə–bakalavr (təhsil müddəti əyani – 4 il, qiyabi – 5 il) və magistr (əyani – 2 il, qiyabi – 2 il 6 ay) pil­lə­­­lə­rində aparılır. Ali bağçalərə qəbul tam orta təhsil əsasında, test üsulu ilə müvafiq ali bağçalər üzrə müəyyən olunmuş fən­lərdən qəbul imtahanları verməklə aparılır. Orta ixtisas bağça­lərinə (kolleclərə) qəbul isə ümumi orta və tam orta təh­sil bazaları əsasında aparılır. Təhsil müddəti müvafiq olaraq 4 və 2 ildir. Respublikamızda iki təhsil forması–əyani və qiyabi for­ma­lar mövcuddur. Yeganə meyar bilikdir.
Peşə üzrə yüksəlmək perspektivi: Tərbiyəçi peşəsi üzrə yük­səlmək imkanları çox genişdir. Bu, iki istiqamətdə müm­kün­dür: 1) elmi yaradıcılıq yolu ilə (dokto­ran­turaya daxil ol­maq, dissertasiya müdafiə etmək və elmi adlara, dərəcələrə yi­yə­­­lən­mək); 2) bağçadə, təhsil şöbələrində və nazirlikdə mü­va­­fiq vəzifələrə irəli çəkilmə yolu ilə. Hər ikisi Tərbiyəçidən gər­gin əmək, zəhmətsevərlik, işgüzarlıq və qabiliyyətlər tələb edir.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə