Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir


Mövzu № 3. Tərbiyəçi işinin əsas istiqamətləri



Yüklə 0,55 Mb.
səhifə4/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   2   3   4   5   6   7   8   9   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

Mövzu № 3. Tərbiyəçi işinin əsas istiqamətləri
Öz üzərində işləməyən müəllim yaxşı müəllim ola bilməz”.


Heydər Əliyev

Pedaqoji ustalıq nədir, o nələrdən təşkil olunur? “Usta” Tərbiyəçii başqalarından hansı keyfiyyətlər fərqləndirir? Bütün Tərbiyəçilər pedaqoji ustalığa yiyələnə bilərmi? Bu və bunun kimi onlarca suallar pedaqoji yaradıcılığa yenicə başlayan gənc mütəxəssisləri düşündürən məsələlər kimi diqqəti cəlb edir.


Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proq­ra­­­­mında deyi­lir: “Pedaqoji ali və orta ixtisas müəssisə­lərində hə­­lə də əsas diqqət tələbələrə fənn üzrə elmlərin nəzəri əsas­la­rı­nın dərindən öyrədilməsinə yönəldilmişdir. Lakin onla­rın peda­qo­ji ustalıqla bağlı vərdişlərə yiyələnməsinə, psixologi­ya elmi­ni dərindən mənimsəmələrinə lazımi əhəmiyyət verilmir”.
Pedaqoji fəaliyyət (Tərbiyəçinin fəaliyyəti) digər fəaliyyətin (uşaqlərin fəaliyyətinin) idarə edilməsi kimi çətin və mürək­kəb bir prosesdir. Tərbiyə olunan­ların şəxsiyyətinə, onun for­ma­laşmasına doğru istiqa­mət­lənən bu fəaliyyət çoxcəhətli və məqsədyönlü fəaliyyət kimi Tərbiyəçidən dərin bilik, bacarıq, səriştəlilik, mahirlik, işinə dərin maraq tələb edir. Pedaqoji usta­lıq bu xüsusiyyətlərin kompleksi olub, Tərbiyəçinin peşə biliklərinin, pedaqoji qabiliy­yətlərinin və pedaqoji texnikasının vəhdətindən ibarətdir. Bu xüsusiyyətlər bir-biri ilə sıx surətdə bağlı olub, pedaqoji usta­lığın ahəngdarlığını təmin edir.
Pedaqoji fəaliyyət biristiqamətli proses deyildir. Eyni za­man­­da bu fəaliyyətin obyekti olan insana-uşaqə bir deyil, on­larla, yüzlərlə gözə görünməyən amillər təsir edir: bir tərəf­dən, uşaqin özü, onun fərdi psixofizioloji xüsusiyyətləri, peda­qoji prosesdə iştirak səviyyəsi, digər tərəfdən isə, onu əhatə edən so­­sial mühit. Bütün bunlar isə heç də həmişə müs­bət təsirə və nə­ticələrə səbəb olmur. Buna görə də Tərbiyəçi yara­dıcı dü­şün­mə­li və fəal fəaliyyətə qoşulmalıdır. Bu baxım­dan tərbiyəçi işinin aşağıdakı əsas istiqamətlərini qeyd etmək olar:
– uşaqlərin bilik və bacarıqların əsasları ilə silahlandırılması, onlarda elmi dünyagörüşün formalaşdırılması;

  • cəmiyyətin müəyyənləşdirdiyi əxlaq normaları ilə uşaq­lərin tanış edilməsi, onlarda əxlaqi davranışın tərbiyə edilməsi;

  • uşaqlərin gələcək müstəqil həyata hazırlanması məqsə­di­lə onlarda bacarıq və vərdişlərin formalaşdırılması;

  • Gələcək nəsildə mənəvi əqidə və inamın formalaşdırılması;

  • uşaqlərin intellektual səviyəsinin və psixi xüsusiyyət­lərinin inkişaf etdirilməsi;

  • mühitin neqativ təsirinə qarşı fəaliyyətin təşkili və onla­rın təshih edilməsi;

  • valideynlərlə pedaqoji əməkdaşlığın təşkili, uşaq şəx­siy­yətinin inkişafında birgə fəaliyyətin təşkili və s.

Bu istiqamətlərdə fəaliyyətin məzmunlu və məqsədəyönlü təşkili Tərbiyəçidən yüksək pedaqoji ustalıq tələb edir.
Bir sıra alimlər belə hesab edirlər ki, pedaqoji ustalıq intu­isi­ya ilə biliklərin, hər bir pedaqoji çətinliyi dəf edə bilən rəh­bər­liyin, uşaq qəlbinin duyğularını hiss edə bilmək baca­rığının, daxili aləmi kövrək və incə olan uşaq şəxsiyyətinə nəcib və qay­­­ğı ilə yanaşmanın, müdriklik və yaradıcı cəsarətin, elmi təh­lil bacarığı, təxəyyül və təsəvvürün birləşməsidir.
Professor M.Həmzəyev Tərbiyəçinin pedaqoji ustalığını şərt­ləndirən xüsusiyyətləri iki qrupa ayırır. Uşaqlara məhəbbət və seçdiyi ixtisasa marağı daxil etdiyi birinci qrupu – Tərbiyəçi şəx­­­siy­yətinin peşə-pedaqoji istiqaməti, Tərbiyəçinin bir sıra peda­qoji, psixoloji bacarıq və qabiliyyətini daxil etdiyi ikinci qrupu – Tərbiyəçinin pedaqoji bacarıq və qabiliyyətləri adlan­dırır. Müəllif burada bir sıra pedaqoji qabiliyyətlərin üzərində xüsusi olaraq dayanır, onları pedaqoji ustalıq üçün başlıca xü­su­siyyətlər hesab edir və çox doğru olaraq, bunların hamısını Tərbiyəçi şəxsiyyətinin formalaşmasının əsas əlamətləri kimi izah edir.
Başqa bir pedaqoji ədəbiyyatda isə bu xüsusiyyətlərin bir-biri ilə əlaqədar olan aşağıdakı dörd elementdən ibarət olduğu göstərilir: a) Tərbiyəçi fəaliyyətinin humanist istiqamətliliyi; b) peşə bilikləri c) pedaqoji qabiliyyətlər; ç) pedaqoji texnika. Bunun da hər biri öz növbəsində müəyyən komponentlərə ayrı­lır və pedaqoji ustalığın məzmununu və pedaqoji fəaliyyətin ahəng­darlığını təmin edir. Belə ki, Tərbiyəçi fəaliyyətinin huma­nist istiqamətliliyi onun fəal mövqeyində ifadə olunur: 1) özü­nə­inamda; 2) vasitələrə qarşı pedaqoji təsirdə; 3) uşaqlərə və uşaq kollektivinə qarşı humanist­likdə və 4) pedaqoji fəaliy­yətin məqsədinə qarşı strategiyada vasitələrə, fəaliyyət obyek­tinə yaradıcı təsirdə qiymətlilik təmayülü kimi aşkara çıxır.
Pedaqoji ustalığın fundamental əsasında peşə bilikləri, pe­da­qoji biliklərin forma­laşmasının əsasında isə pedaqoji şüur və düşüncə, yəni fəaliyyət və yanaşmanın prinsip və qayda­ları durur. Pedaqoji qabiliyyətlər – konstruktiv, kommunikativ, per­sep­tiv, qno­s­­­tik, təşkilatçılıq, suqqestiv və s. qabiliyyət­lə­rə ayrı­la­raq həm tədris olunan fənn üzrə dərin bilik­lərə yiyələn­məklə, həm də təlim-tərbiyə işlərini səmərəli surətdə həyata keçir­­mək­lə həlledici rol oynayır. Pedaqoji texnikaya gəldikdə isə o, Tərbiyəçi davranışını təşkilet­mə forması kimi özündə iki qrup baca­rıq­ları: 1) öz orqanizminə sahib olmaq, emosio­nal və­ziy­yət, ün­siy­yət texnikası və 2) didaktik, təşkilatçılıq, qarşılıqlı təsirin əlaqə texnikasına malik olmaq bacarıqlarını birləşdirir. Tərbiyənin məqsədinin gələcəyə yönələn olması ilə əlaqə­dar olaraq Tərbiyəçinin də fəaliyyəti ilk növbədə tərbiyə etdiyi şəx­­siyyətin gələcəyinə yönəldilir. Başqa sözlə desək, Tərbiyəçinin fəaliyyəti uşaqlərin təlim-tərbiyəsinin gələcək nəticəsinin bu gün məqsəd kimi qarşıya qoyulub, gələcəyə istiqamətlənən olması ilə səciyyələnir.
Tərbiyəçinin peşə fəaliyyəti çoxcəhətli bir prosesdir. Təhsil, Tərbiyəçi və bağça haqqında bir sıra dövlət sənədlərində və pe­da­­­qoji ədəbiyyatlarda bu prosesin üç mühüm istiqaməti: öyrə­­dici, tərbiyəedici və ictimai-pedaqoji istiqaməti daha qaba­rıq şə­­kildə qeyd edilir. Tərbiyəçi o zaman tam, yetkin və yaxşı Tərbiyəçi kimi özünü gös­tərə bilir ki, onda bu üç mühüm vəzifə, is­ti­­qamət vahid yönümdə bir-birini tamam­lasın və sıx surətdə əla­­­qələnə bilsin. Buna görə də Tərbiyəçi həm öyrətməli, həm tər­­­biyə etməli, həm də ictimai-pedaqoji istiqamətdə fəal iştirak et­­mə­lidir. Bunun üçün Tərbiyəçidən bir sıra peşə keyfiyyətlərinə malik olmaq tələb olunur.
Pedaqoji ustalığın əsasında peşə bilikləri durur. Peşə bilik­lə­ri Tərbiyəçii ilk növbədə Tərbiyəçi kimi tanıdan və xarakterizə edən keyfiyyətdir. Peşə biliyinin zəifliyi Tərbiyəçii nüfuzdan sa­lır, onu öz işinin ustası-yaxşı Tərbiyəçi olmaqdan “saxlayır”. Heç şüb­həsiz ki, öz işinin ustası və novator kimi tanınan, xalq içərisində hörmət və nüfuz qazanan Tərbiyəçilər ilk növbədə özlərinin dərin peşə-ixtisas bilikləri ilə fərqlənən Tərbiyəçilərdir.
A.S.Makarenko qeyd edirdi ki, uşaqlər Tərbiyəçilərinə cid­­di­liyi, soyuqluğu, quruluğu və hətta yersiz irad tutmalarını ba­ğışlayar, lakin zəif peşəkarlığını bağış­lamazlar. Hər şeydən əvvəl, onlar Tərbiyəçilərində aydın və dəqiq bilik, bacarıq, sə­riş­tə, qabiliy­yət, təmkin, işə daim hazırlıq, məntiqi düşüncə, tər­bi­yə prosesini bilmək, tərbiyəetmə bacarığını üstün tuturlar.
Peşə bilikləri iki istiqamətdə özünü göstərir: 1) Tərbiyəçinin peda­qogikanı, psixologiyanı dərindən bilməsi, pedaqoji şüura, düşüncəyə malik olması və pedaqoji qaydaları dərindən mə­nim­sə­məsi; 2) Tərbiyəçinin öz ixtisasını onun incəliklərinə qədər dərindən bilməsi.
Təcrübə göstərir ki, bunların hər ikisi birləşdikdə və Tərbiyəçinin yiyələndiyi təc­rü­bə ilə zənginləşdikdə Tərbiyəçi özünün fərdi üslubunu yaradır, onun peşəkarlıq səviyyəsi yüksəlir.
Peşə bilikləri pedaqoji ustalıqda mühüm yer tutur. Peşə bi­lik­­lərinin dərinliyi pedaqoji ustalığa geniş meydan açır. Lakin bu biliklərin necə, hansı səviyyədə verilə bilməsi, uşaqlərə çat­­dırılması heç də bunlardan az əhəmiyyət kəsb etmir. Buna gö­rə də burada bir neçə vacib məsələnin nəzərə alınması olduq­ca vacibdir:
1. Tədris materialının və bütövlükdə təlim məqsədinin Tərbiyəçi tərəfindən düzgün müəyyənləşdirilməsi.
2. Məqsədəmüvafiq vəzifələrin aydınlaşdırılması və onla­rın konkretləşdirilməsi.
3. Tədris materialının məzmununun aydın dərk olunması və əsas ideyanın, baş­lıca arqumentin müəyyənləşdirilməsi.
4. Tədris prosesinin məqsəd, vəzifə və məzmununa uyğun, əl­­ve­rişli metodların seçilməsi.
5. Uşaqlərin dərketmə səviyyəsinə və proqram tələblərinə uyğun, onu aydın, asan həll etməyə səbəb olan təlim formala­rının müəyyən edilməsi.
6. Uşaqlərin nəzəri bilikləri ilə praktik bacarıq və vərdiş­lə­rinin optimal həc­mini müəyyən edə bilmək və onları reallaş­dırmaq.
7. Təlim nəticələrinin aydın dərk olunması və ona nail olunması.
Tərbiyəçidən bir çox keyfiy­yət­lər, bacarıq və qabiliyyətlər tələb edir.
Pedaqoji ustalıqda mühüm yer tutan peşə keyfiyyətlərini üç qrupda təsnif etmək olar: ümumvətəndaş keyfiyyətləri, Tərbiyəçi peşəsinin spesifikasını müəyyənləşdirən keyfiyyətlər və xü­susi bilik, bacarıq və vərdişlərə malik olmaq keyfiyyət­ləri. Pe­­­da­qoji biliklər nə qədər dərin və geniş olsa da, pe­da­qoji ba­ca­­rıqlar olmadan onlar pedaqoji ustalıq üçün kifayət etməyə­cək­­­dir. Gör­kəmli pedaqoq Ş.Amonaşvili pedaqoji ustalığa apa­ran üç mənbənin olduğunu göstərirdi: 1) şəxsiyyətə huma­nist ya­­naşma mövqeyi; 2) pedaqoji prosesdə mövqe qazanmaq tex­no­logiyasına yiyələn­mə; 3) elmlə ünsiyyət etmək, böyük mütə­fək­kir­lərin, alimlərin kitablarını “qazımaq”.
Pedaqoji proses pedaqoji yaradıcılıq üçün əsas laborato­riyadır. Bu prosesdə Tərbiyəçi bir sıra mühüm qabiliyyətlərə yi­yələnir ki, bunlar da onun usta Tərbiyəçi kimi formalaş­masının əsasını təşkil edir. Bir çox pedaqoq və psixoloqların bu sahədə gəldikləri ümumiləşdirilmiş nəticələr aşağıdakılardan ibarətdir:

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə