Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   58   59   60   61   62   63   64   65   ...   74

həmin  bu  qalada  Roma  sərkərdəsi  Antoni  eramızdan  əvvəl  36  –  35-ci  illərdə 
atropatenalılar tərəfindən məğlub edilib ağır tələfat verdikdən sonra geri çəkilməyə 
məcbur olmuşdu. 
Təxt-e  Süleyman  (Fraaspa)  İran  Azərbaycanında,  Urmu  gölunün  cənub-
şərqində, Əfşar mahalında yerləşir. Bu ərazi cənub-şərqdən Zəncan, şimal-qərbdən 
Marağa,      qərbdən  Kürdüstanın  Sənədəc  və  Bicar  şəhərləri  ilə  həmsərhəddir.  Bu 
ərazidə arxeoloji qazıntıların aparılması iki məqsəd güdürdü: 
1.Parfiya  və  Sasanilərin  dövründə  Atropatenanın  paytaxt  şəhşrinin  və 
Şərqin ən məşhur atəşgədəsi olan Azərgəşəspin bu ərazidə yerləşməsini aşkar edib
2.Azərgəşəsp  atəşgədəsinin  yerləşdiyi  yer  haqqında  tədqiqatçıların 
mübahisələrinə son qoyulması
354

Təxt-e  Süleymandakı  qala  ellips  şəklində  12  min  kvadrat-metrə  bərabər 
olmaqla  şimaldan  cənuba  uzunluğu  400  metrə,  şərqdən  qərbə  isə  300  metrə 
bərabərdir
355

Dairəvi formada olan şəhər divarı 1120 metr uzunluqdadır. Divar 3,9 metr 
enə, 13 metr hündürlüyə malikdir.  Qala dəniz səviyyəsindən 2450 metr yüksəkdə 
olub,  ətrafındakı  ərazidən  18  -  20  metrə  qədər    hündürlükdə  yerləşmişdir.    Şəhər 
divarı kiçik daşlardan və əhəngdən tikilmişdir. Lakin divara yonulu daşlarla üzlük    
çəkilmişdir.  Mütəxəssislərin  rəyinə  görə  şəhər  divarı  Parfiya  dövründə  tikilmiş, 
üzlük isə  Sasani dövrünə  aiddir
356
. Şəhər divarının  üzərində  biri-birindən 22  -  26 
metr  aralı  yerləşən  37  yarımdairəvi  bürc  nəzəri  cəlb  edir.  Bu  fakt  şəhər 
istehkamının  təkmilləşməsinə  ilkin  sübutdur.  Şəhər  divarının  hazırda  iki  əsas 
böyük qapısı qalmaqdadır. Bunlardan biri şimal   qapısıdır ki,  onun  hündürlüyü 5 
metr, eni 4,5 metrdir. İkinci isə cənub-şərq qapısıdır ki, onun hündürlüyü 3 metr, 
eni  3,4,  divarının    qalınlığı  isə  3,9  metrdir.  Ona  Təxt-e  Süleymanın  giriş  qapısı 
deyilir. Divarın cənub-şərqindəki qapının üstündə olan nişanələrdən məlum olur ki, 
bu divar parfiyalıların dövrünə aiddir. 
Q.  A.  Koşelenko  öz  kitabında  Təxt-e  Süleymanı  ―Tak-i  Süleyman‖ 
formasında vermişdir. Halbuki bu forma düz deyildir. 
Azərbaycanın  dini  mərkəzi  olan  Fraaspada  Anahita  məbədi  mövcud 
olmuşdur.  Bu  məbəddə  mağların  bir  dəstəsi  sakin  idi.  Güman  ki,  onlar  zərdüşt 
dininin  bir  sıra  xüsusiyyətlərini  də  qəbul  etmişdilər.  İranın  şimal  əyalətlərində 
insan meyidinin azad havada qoyulması adəti hələ Əhəməni dövründən yayılsa da 
lakin Parfiya dövründə bu adət aradan çıxmışdır
357
.  
Din  başçıları  olan  mağların  vəzifəsi  yalnız  dini  ayinləri  təbliğ  etməklə 
bitmirdi.  Onlar  məbədlərdə  yuxarı  təbəqənin  uşaqlarının  təlim-tərbiyəsilə  məşğul 
olur,  eyni  zamanda  xəstələri  də  orada  müalicə  edirdilər.  Bundan  başqa  mağlar 
                                                           
354
 Ə. Sərfəraz. Göstərilən əsəri, s. 2. 
355
 M. İmani. Gözəraş-e həffari Təxt-e Süleyman, məcəlləyi bastanşünası, Tehran, 1938, s. 115. 
356
 Yenə orada. 
357
 Q. A. Koşelenko. Göstərilən əsəri, s. 50 – 53. 


astrologiya  elmi  ilə  məşğul  olurdular;  salnamələrin  tərtib  edilməsi  də  onların 
öhdəsinə  düşürdü.  Beləliklə,  mağlar  təlim-tərbiyə,  təbabət  və  astrologiya,  habelə 
salnamə tərtib edən silkə bölünürdü. 
İstər  Atropatena  və  istərsə  də  Sasanilərin  hakimiyyəti  dövründə 
Azərbaycanın, habelə İranın dini mərkəzi sayılan Qazaka (Şiz) şəhərində də mağlar 
təlim-tərbiyə, təbabət, eyni zamanda salnamə tərtib etməklə də məşğul olmuşlar. 
Təxt-e  Süleymanda  aparılan  arxeoloji  qazıntılar  zamanı  həmin  ərazinin 
şimal-şərqində,  arxeoloqların  nəzər-diqqətini  özünə  cəlb  edən  əzəmətli  böyük  bir 
məbəd  aşkar  edilmişdir.  Mütəxəssislərin  rəyinə  görə  bu  əzəmətli  məbəd  Anahita 
məbədidir
358
. Azərbaycan Sasanilər tərəfindən işğal edildikdə, Şiz məbədində olan 
mağlar ancaq dini ayinlərin icrası və təbliği ilə məşğul olurdular. Əhməd Şəhristani 
özünün  ―Əl-Miləl  və  əl-Nihəl‖  əsərində  zərdüştiləri  3  qrupa  bölür.  Zərdüştün 
tərəfdarları, 
zərvanilər  və  Kəyumərsilər.  Sasanilər  öz  hakimiyyətlərini 
möhkəmlətmək,  geniş  xalq  kütləsini  amansız  surətdə  istismar  etmək  və  onları 
daima  itaətdə  saxlamaq  üçün  Zərdüşt  dinindən  bir  vasitə  kimi  istifadə  edirdilər. 
Onlar  atəşgədələrə  xüsusi  fikir  verir,  məbəd  torpaqlarından  gələn  gəlirin  düzgün 
xərclənməsinə  nəzarətçilər  təyin  edirdilər.  Müqəddəs  od  daima  yanmalı,  heç  bir 
vaxt sönməməli idi. Sasani şahlarının oda olan hörmətini, onlar tərəfindən vaxtilə 
zərb  edilmiş  sikkələrdə  daha  aydın  müşahidə  etmək  olur.  Sikkənin  bir  tərəfində 
Sasani şahının, digər tərəfdə isə atəşdanla birlikdə onu qoruyan iki nəfərin təsviri 
zərb edilmişdir. 
Müharibələr zamanı qızıl atəşdanların ətrafında möbədlər hərəkət edir və 
onlar müqəddəs oddan qələbə diləyirdilər. 
Sasanilərin  hakimiyyəti  dövründə  zərdüşti  təriqətləri  qüvvətlənərək 
ölkənin rəsmi dininə çevrilmiş oldu. 
Ruhani silkinin başçısı olan möbədan-e möbədə ən böyük və ali rütbə və 
məqam  verilmişdi.  Geniş  xalq  kütləsinin  bilavasitə  ―Avesta‖  və  Zərdüştün 
təlimlərindən  istifadə  etməsi  məqsədilə  kitabın  mətninin  Sasani  pəhləvəsinə 
çevirməklə ona  şərhlər əlavə edib ―zənd‖ adlandırdılar. 
Avestada  təlim-tərbiyəyə  böyük  yer  verilir.  Vəndidadın  IV  Fərkordının 
XXXXIV  bəndində  göstərilir  ki,  təhsil  almaq  məqsədilə  yanınıza  gəlib  sizə 
müraciət edən  şəxsin kim olmasından  asılı  olmayaraq onu qəbul et  və istədiyini 
ona  öyrət.  Vilyam  Ceksonun  göstərdiyinə  görə  ―Avestada  hüspərəm‖  başlığı  ilə 
ataların vasitəsilə övladlarının təlim-tərbiyəsinə dair xüsusi fəsil mövcud olmuşdur. 
Burada  təlim-tərbiyənin  növü,  tərbiyəçi  və  müəllimin  xüsusiyyətləri  izah 
edilmişdir. Lakin tarixi hadisələr nəticəsində  bu fəsil aradan çıxmış və  bizə  gəlib 
çatmamışdır.  Həmin  fəslin  xülasəsi  Dinkordda  da  dərc  edilmişdir.  Orada  deyilir: 
təlim-tərbiyə  varlığın  bünövrəsi  kimi  mühüm  əhəmiyyətə  malikdir.  Hər  bir  şəxs 
müəllim  və  tərbiyəçilər  vasitəsilə  yazıb  oxumağı  öyrənməklə  özünün  də 
                                                           
358
 Ə.Sərfəraz. Göstərilən əsəri, s. 40. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə