MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


«Fəryad və nalə edən nə çox, hacı isə nə qədər azdır!»



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə9/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   5   6   7   8   9   10   11   12   ...   158
Kamil insan

«Fəryad və nalə edən nə çox, hacı isə nə qədər azdır!»
Ravi deyir ki, imamın mənə nə etdiyi və mənə necə bəsirət verdiyini bilmirəm, amma mənə «indi bax» deyəndə 
gördüm ki, səhra heyvanla doludur. Ora əsl heyvanlar aləmidir. Onların arasında təkcə bir qrup insan hərəkət edir. İmam 
mənə dedi ki, gördün? Məsələnin batini bu cürdür. Mə

na və batin əhli üçün bu məsələ gün kimi aydın bir məsələdir. 
Amma, indi bizim bə

zilərimizin, dırnaqarası mütərəqqi zehni bunu qəbul etmək istəmirsə səhv edir. Bizim yaşadığımız 
indiki zamanda da insanların həqiqətlərini görərək dərk edən şəxslər vardır və belə insanlar əvvəllər də olublar.
Heyvan kimi yemək, yatmaq və cinsi əlaqədə olmaqdan başqa heç bir şey fikirləşməyən insanın ruhu dördayaqlı 
heyvan ruhudur. Belə bir insanın batini, fitrət və təbiəti məsx olub. Belə ki, o, gələcək bəhslərimizdə, barəsində 
danışacağımız insani xislətlər və insanlıqdan tamamilə uzaqlaşıb və əvəzində özü üçün vəhşi və heyvan xasiyyəti və 
xislətləri əldə edib.
Mübarək Nəbə

surəsində belə oxuyuruq:
«Sur çalınacağı gün [qəbrlərinizdən çıxıb] dəstə-dəstə məhşərə gələcəksiniz.
O gün göy qapı-qapı açılacaqdır [mələklərin yerə enməsi üçün göydə yarıqlar açılacaqdır].
Dağlar yerindən qopardılıb [havada toz kimi uçaraq] ilğıma dönəcəkdir.» (Nəbə

 18-20).
Peyğəmbər və imamlar dəfələrlə deyiblər ki, insanların yalnız bir qrupu məhşərə insan surətində gələcəklər. Bə

ziləri 
qarışqa, bə

ziləri meymun, bə

ziləri əqrəb, digər bir qrup ilan, başqa bir qrup isə pələng surətində məhşərə gələcəklər. 
Nə üçün? Allah-taala heç bir səbəb olmadan insanı həmin surət və şəkillərə salarmı? Dünyada sancmaqdan başqa bir 
işi olmayan və yeganə ləzzəti digərlərinə əziyyət etmək olan şəxs məhşərə özünün həqiqi surəti, yə

ni əqrəb şəklində 
gələcəkdir. Dünyada meymun sifətlikdən başqa bir işi olmayan şəxs mütləq qiyamət günü məhşərə meymun kimi 
gələcək və həmçinin dünyada it kimi başqalarını tutan şəxs də it kimi gələcəkdir. Hədisdə də deyilir ki, 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə