MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


«Onların ürəyində nifaq və həsəd mərəzi var...» (Bəqərə-10)



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə6/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   2   3   4   5   6   7   8   9   ...   158
Kamil insan

«Onların ürəyində nifaq və həsəd mərəzi var...» (Bəqərə-10).
Qur

an onların, məsələn gözlərində xəstəlik olmasını demir. Qur

anın dediyi ürək və qəlb, müalicəsi üçün ürək 
həkiminə müraciət edilməsi lazım olan ürək deyil. Bu müqəddəs kitabdakı ürəkdən məqsəd ruhdur. Allah-taala Qur

an 
barəsində belə buyurub:
«Biz, Qur

andan mö

minlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik...» (İsra-82).
Qur

an mö

minlər üçün şəfadır. Həzrət Əli (ə) buyurub: 
«Bəla və çətinliklərin biri yoxsulluqdur. Yoxsulluqdan 
daha pis bədənin xəstəliyidir. Bədənin xəstəliyindən də pis və çətin insanın qəlb və ürəyinin xəstəliyidir.»
Qur

anın əsas proqramlarından biri sağlam insan yetişdirməkdir. Biz kamil insan olmaq və ya ona yaxınlaşmağımızdan 
əvvəl özümüzün «sağlam və ya nöqsanlı» insan olmağımızı müəyyənləşdirməliyik.
İNSAN RUHUNUN ZİYAN VERİCİLƏRİ
İnsan ruhunu bədbəxtliklərə düçar edən şeylərin köklərini qısa da olsa açıqlamaq istəyirəm. Psixologiya elmi 
baxımından məhrumiyyət və nəsibsizlik ruhi xəstəliklərin mənşəyidir. Belə ki, insanın ruhi xəstəlik və narahatlıqlarının 


6
Kamilliyə doğru Wap.IXLAS.Az
çoxu nəsibsizlik və uğursuzluqlardan nəş

ət tapır. Bildiyiniz kimi Fervid, hədsiz dərəcədə bu məsələyə, xüsusilə cinsi 
məsələlərə tə

kid edir. Hər halda insanın nəsibsizlik və məhrumiyyətlərinin onda bir çox xəstəliklər yaratması əsaslı 
məsələlərdən biridir. Kin-küdurət nədir? Bu elə bir hissdir ki, insan kimə qarşı kin bəsləsə, ondan intiqam almaq istəyir 
və onu qana bulaşdırmayınca sakitləşmir. İnsanda olan bu intiqam hissi nədir?
Həsəd hissi keçirən insan başqalarının ne

mət və rifahda yaşamalarını gördükdə yeganə arzusu həmin ne

mətlərin, 
sahiblərinin əllərindən çıxması olur, o, özü barəsində fikirləşmir. Sağlam insanda həsəd və paxıllıq hissi deyil, qibtə 
olur. Qibtə edən şəxs həmişə özü barəsində fikirləşərək qabaqcıl olmasını istəyir. Əgər şəxs özünün qabaqcıl olmasını 
istəsə və bu barədə fikirləşsə o, sağlam insandır. Bu, eyb və nöqsan sayılmır. Amma həmişə, başqalarının geridə qalması 
barəsində fikirləşən şəxs xəstədir. Paxıl insanlar hətta elə bir dərəcəyə çatırlar ki, özlərinə yüz dərəcə ziyan dəymək 
bahasına olsa da, başqalarına əlli dərəcə ziyan yetirmək fikrində olurlar.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə