MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


İSLAM BAXIMINDAN KAMİL İNSANI TANIMAQ YOLLARI



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə2/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   2   3   4   5   6   7   8   9   ...   158
Kamil insan

İSLAM BAXIMINDAN KAMİL İNSANI TANIMAQ YOLLARI
İslam baxımından kamil insanı tanımaq üçün iki yol vardır. Qur

an və sünnədə «kamil insan» deyil, «kamil 
müsəlman» ifadələrinin işlədilməsinə baxmayaraq, biz ilk növbədə Qur

anın, sonra isə sünnənin kamil insanı necə 
vəsf etdiyini araşdırmalıyıq. Hər halda «kamil müsəlman» islamda kamala çatmış, «kamil mö

min» isə iman sayəsində 
təkamülə çatmış insan deməkdir. Biz Qur

an və ya sünnənin kamil insanı hansı xüsusiyyətlərlə vəsf edərək tanıtdırdığı 
və onun üçün hansı cizgilər müəyyənləşdirdiyini öyrənməliyik. Xoşbəxtlikdən bu barədə Qur

an və sünnədə kifayət 
qədər mə

lumatlar vardır.
Kamil insanı tanımağın ikinci yolu isə bəyan və vəsf yolu deyildir. Yə

ni, biz bu yolda Qur

an və sünnənin bu 
barədəki bəyan və açıqlamalarını araşdırmırıq, özlərini islam və Qur

anın istədiyi kimi formalaşdırmalarından arxayın 
olduğumuz real nümunələrə nəzər salırıq. İslamın buyurduğu kimi, insan heç vaxt xarici aləmdə mövcud olmayan 
zehni və xəyali varlıq deyildir. Kamil insan, özünün həm yüksək, həm də ən aşağı dərəcələrində xarici aləmdə mövcud 
olub.
Əziz islam Peyğəmbəri və eləcə də Əli (ə) islamın kamil insan nümunələrindəndir. Əli (ə)-ı tanımaq islamın kamil 
insanlığını tanımaq deməkdir. Amma yaddan çıxarmaq lazım deyil ki, Əli (ə)-ı zahiri görkəmi, adı, atasının adı və 
s. zahiri əlamətləri ilə deyil, onun əsil şəxsiyyətini tanımaqla müəyyənləşdirmək olar. Bə

zən biz Əli (ə)-ı adının nə 
olması, kimin oğlu olduğu, atasının adının Əbu Talib, babasının adı Əbdülmüttəlib, anasının adının Fatimə binti Əsəd, 
Peyğəmbərin qızı Fatimənin əri, Həsən və Hüseynin atası, təvəllüd və vəfat tarixi, apardığı döyüş və müharibələr və bu 
kimi xüsusiyyətləri ilə tanıyırıq. Bu Əli (ə)-ı 
1
adi və fərdi xüsusiyyətləri ilə tanımaq deməkdir. Belə ki, əgər biz onun üçün 
şəxsiyyətini təsdiq edən sənəd vermək istəsək, bu iş üçün lazım olan mə

lumatlar bu həddə kifayət edər. Amma Əli (ə)-ı 
bu həddə tanımaq onun tanınması demək deyildir. Əlini tanımaq onun şəxsiyyətini tanımaq vasitəsiylə mümkündür və 
əsl tanışlıq məhz budur. Əli (ə)-ın hərtərəfli şəxsiyyətini tanımaqla, islamın həqiqi kamil insan obrazını tanımış oluruq. 
Kamil insanı söz va ad ilə deyil, əməli şəkildə nə qədər özümüzə imam və başçı seçsək, yolunu davam etdirsək, ona 
tabe olsaq və özümüzü həmin nümunəyə uyğunlaşdırmağa çalışsaq, bir o qədər onun ardıcılı hesab olunarıq. «Lüm

ə» 
kitabının müəllifi və digər islam alimləri deyiblər ki, «şiə» Əlinin yolunu davam etdirən və bütün rəftar, davranış, əməl, 
söhbət... və s. işlərində ona tabe olan şəxsdir. Bu, o deməkdir ki, insan söz, ad, eşq və məhəbbətlə şiə olmur. Bəs insan 
nə ilə şiə olur? Tabeçiliklə! Əli şiəsi o şəxsdir ki, əməldə Əliyə tabedir və əməli surətdə onun yolunu davam etdirir.
İndiyə kimi etdiyimiz söhbətlərdən kamil insanı tanımağın iki yolu və bu barədəki bəhslərin faydası mə

lum 
oldu. Deməli, kamil insan məsələsi təkcə fəlsəfi və elmi bəhs deyildir. Biz islamın nəzərdə tutduğu kamil insanı, 
Qur

an və sünnənin açıqlamaları ilə və bu kitabın formalaşdıraraq yetişdirdiyi insanlar vasitəsilə tanımasaq, bu dinin 
müəyyənləşdirdiyi yol ilə gedərək həqiqi müsəlman ola bilmərik. Digər tərəfdən də yaşadığımız cəmiyyət islam 
cəmiyyəti ola bilməz. Buna görə də islamın nəzərdə tutduğu kamil, ali və uca insanı tanımağımız zəruridir.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə