MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


«[Ya Məhəmməd!] Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə [bə



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə14/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   10   11   12   13   14   15   16   17   ...   158
Kamil insan

«[Ya Məhəmməd!] Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə [bə

zi əmrləri ilə] imtahana çəkdiyi zaman o, 
Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah-taala ona: «Səni insanlara imam [dini rəhbər, başçı] 


yin edəcəyəm» – dedi...» (Bəqərə-124).
İbrahim müxtəlif və böyük ilahi imtahanlardan başı uca çıxdıqdan, onların hamısını arxada qoyduqdan və sonda 
ali qiymət aldıqdan sonra «imam» yə

ni kamil insan dərəcəsinə çatdı. İbrahimin böyük imtahanlarından biri öz əli ilə 
Allah yolunda övladının başını kəsməyə hazır olmasıdır. O, Allah müqabilində o qədər təslim olmuşdu ki, Allahın ona 
əmr etdiyini başa düşən kimi həmin işi heç bir sorğu-sualsız yerinə yetirməyə hazırlaşdı. 
«Onların hər ikisi [Allahın 
əmrinə] təslim olduğu və [İbrahim İsmaili qurban kəsmək üçün] üzü üstə yerə yıxdığı zaman.» (Saffat-103).
İbrahim, baş kəsməyə İsmail isə kəsilməyə tam hazır idi. 
«Biz ona belə xitab etdik: «Ya İbrahim!
Artıq sən rö

yanın düzgünlüyünü [Allah tərəfindən olduğunu] təsdiq etdin!...» (Saffat 104-105).


ni: Bizim istədiyimiz şey bura kimi idi. Biz sənin, doğrudan da övladının başını kəsməyini istəmirdik. Bilmək 
istəyirdik ki, sənin bizim əmr və razılığımız müqabilindəki təslim və tabeçiliyin hansı həddə qədər özünü göstərəcək.
İbrahim oda atılmaqdan tutmuş, övladını qurban etməyə qədər olan bütün imtahanlardan müvəffəqiyyətlə çıxdıqdan 
və təkbaşına bir millətlə mübarizə apardıqdan sonra ona belə xitab edilir: 
«Səni insanlara imam tə

yin edəcəyik.» 
Sən 
indi örnək, rəhbər və başçı olmaq dərəcəsinə çatmısan. Başqa sözlə desək, sən kamil insansan. Digər insanlar kamil 
olmaq üçün özlərini səninlə uyğunlaşdırmalıdırlar.
Əli (ə) kamil insandır. Çünki bütün insani dəyərlər onda özünün ən yüksək həddində və həmahəng surətdə inkişaf 
edib, yə

ni o, hər üç şərtə malikdir.
Tarazlıq və həmahənglik məsələsini bir az izah etmək lazımdır. Yəqin ki, dəniz suyunun vaxtaşırı çəkilmə və ya 
qabarmasını görmüsünüz və ya bu barədə eşitmisiniz. Dəniz suyu həmişə qabarma və ya çəkilmə vəziyyətindədir. 
Həmişə bu və ya digər tərəfdən çəkilməkdə və təlatümdədir. İnsan ruhu və ondan təşkil edilən cəmiyyət də dənizdə 
olan bu çəkilmə və qabarmaya malikdir. İnsan ruhu həmişə bu və ya o biri tərəfə çəkilməkdədir. Cəmiyyətlər də bu 
cürdür. Əlbəttə cəmiyyətlərin hansı tərəfə çəkilməsinin səbəbi şəxslər və ya digər cərəyanlar ola bilər, amma hər halda 
bu məsələ baş verir.
Hətta insanda olan insani dəyərlər də bu cürdür. Yə

ni siz bə

zi insanlarla rastlaşırsınız ki, həqiqətən onların meylləri 
insani meyllərdir, amma bə

zi vaxtlar insani meyllərin yalnız birinə doğru çəkilir və həmin istiqamətə meyl göstərirlər 
və digər dəyərlərin hamısını unudurlar. Bunlar, yalnız əl, qulaq və ya burun inkişaf edən adamlar kimidirlər.
Maraqlı məsələlərdən biri də budur ki, cəmiyyətlər çox vaxt yüz faizlik batil və puç yollara çəkilməklə azğınlaşır, 
haq bir məsələdə hədlərini aşdıqları üçün fəsad və pozğunçuluğa düçar olurlar. Elə insanların çoxu da bu yolla fəsada 
düşürlər.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə