MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


KAMİL İLƏ TAM ARASINDA FƏRQ VARMI?



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə3/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   2   3   4   5   6   7   8   9   ...   158
Kamil insan

KAMİL İLƏ TAM ARASINDA FƏRQ VARMI?
Burada belə bir sual ortaya çıxır ki, «kamil» kəlməsinin mə

nası nədir? Kamil insan nə deməkdir?
Ərəb dilində iki müxtəlif kəlmə vardır ki, onların antonimi eyni bir kəlmədir. Belə ki, bu bir kəlmə bə

zən o iki 

Əl-Fəth surəsi,10-cu ayə.


4
Kamilliyə doğru Wap.IXLAS.Az
kəlmədən birinin, bə

zən də digərinin zidd və antonimi kimi işlədilir. Fars dilində isə həmin iki kəlmənin heç biri 
yoxdur və onların yerinə digər bir kəlmə vardır. Ərəb dilində olan həmin iki sözün biri «kamal», digəri isə «tamam» 
kəlməsidir. Bu dildə bə

zən «kamil», bə

zən isə «tam» kəlməsi işlədilir və onların antonimi kimi «naqis» kəlməsindən 
istifadə edilir. Bu işlədilmə forması fars dilində də ərəb dilində olduğu kimidir. Məsələn, burada deyilir: Bu «kamil»dir, 
o isə «naqis»; bu «tam» və ya «tamam»dır, o biri isə «naqis».
Qur

an ayələrinin birində bu iki kəlmənin hər ikisindən istifadə edilib.
«Əlyovmə əkməltu ləkum dinəkum və ətməmtu ələykum ne

məti»


ni: 
«Bu gün dininizi kamala yetirdim və sizə olan ne

mətimi tamamladım.»
(Maidə-3).
Dilşünas alimlər bildirirlər ki, əgər bu ayədə 
«ətməmtu dinəkum»
(dininizi tamamladım) və 
«əkməltu ne

məti»
(sizə olan ne

mətimi kamala yetirdim) deyilsəydi, ərəb dilinin qarmmatikası baxımından düzgün olmazdı. İndi görək 
bu iki kəlmə arasındakı fərq nədən ibarətdir? Biz bu iki kəlmə arasındakı fərqi aydınlaşdırmasaq, barəsində danışmaq 
istədiyimiz mövzunun izahına başlaya bilmərik. Belə ki, bizim söhbətimizin əvvəli bu iki kəlmənin mə

nasını bilməklə 
başlanır.
Müəyyən bir şey barəsində «tamam» kəlməsi o vaxt işlənir ki, onun vücudunun əsli üçün lazım olan bütün şeylər 
yaranmış olsun. Belə ki, o şeylərin bə

ziləri yaranmasa həmin şey öz mahiyyətində naqis hesab edilir, vücudu natamam 
adlandırılır. Həmin şey barəsində də «yarısı, üçdə biri və ya üçdə ikisi mövcuddur» kimi ifadələr işlədilir. Məsələn, 
müəyyən plan və proyekt əsasında tikilən məscid üçün bir salon nəzərdə tutulur və salonun tikilməsi üçün divar, tavan, 
qapı, pəncərə və bir sıra digər şeylərə ehtiyac olur. Həmin tikinti üçün lazım olan və onlarsız həmin salonun istifadəsi 
mümkün olmayan bütün şeylər hazırlandıqdan sonra belə deyilir: Tikinti tamamlandı. Bu kəlmənin müqabilində naqis 
kəlməsindən istifadə edilir. Amma kamal və kamil sözləri elə yerlərdə işlədilir ki, hər hansı bir şey «tamam» olmasına 
baxmayaraq, olduğundan daha yüksək dərəcə və məqamda ola bilsin. Həmin kamillik olmadıqda belə, şey mövcud olur, 
amma həmin kamilliyin olması ilə o, daha yüksək mərtəbə və dərəcədə qərar tapır. Kamilliyi şaquli, tamamı isə üfüqi 
istiqamətlərlə açıqlayırlar. Şey üfüqi istiqamədə özünün son həddinə çatdıqda, onun tamamlandığını bildirirlər. Şaquli 
istiqamətdə yuxarı qalxdıqda isə, onun, əvvəlkindən daha kamil olduğunu bəyan edirlər. Filankəsin ağlı kamilləşib 
– sözünün mə

nası budur ki, onun əvvəl də ağılı olub, amma ağılı bir qədər də yüksəlib. Filankəsin elmi kamilləşib 
– cümləsinin mə

nası da bu şəkildədir. Belə ki, həmin şəxsin əvvəl də elmi olub və o, həmin elmindən istifadə edib. 
Amma o, indi elmi kamillik baxımından daha da yüksəlib. Deməli üfüqi baxımdan natamam olan insan müqabilində 
tamam insan vardır, yə

ni əsil baxımdan «yarım insan» və ya naqis insandır. Məsələn, insanlığın üçdə bir və ya üçdə 
ikisinə malikdir. Bir sözlə, tam insan deyildir. Bundan başqa digər bir insan da vardır ki, o, tam insandır. Tam insan 
kamil, daha kamil və bundan da yüksək mərtəbələrə çata bilər. Bu, elə bir insandır ki, insanlığın ən yüksək mərtəbəsinə 
çatmaq imkanı vardır. Belə bir insan «kamil insanların kamili» yə

ni insanlığın ən uca və yüksək mərtəbəsinə çatmış 
varlıq adlandırılır.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə