Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə13/163
tarix01.09.2018
ölçüsü2,9 Mb.
#66425
1   ...   9   10   11   12   13   14   15   16   ...   163

24

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Tövsiyələr

•  Hərbi xarakterli korrupsiya probleminə strateji yanaşmalı,korrupsiyalı 

davranışın gətirəcəyi potensial qazancı azaltmağa çalışıb (ən yüksək faydani 

azaltmaq), mənəvi yükü və gözlənilən cəzanı artırmalı( böyük itkiləri artır-

maqla).

•  Korrupsiyanı qabaqcıl idarəciliklə azaltmalı, korrupsiyanın qarşısını 



almaq üçün alernativ yanaşmaları dəyərləndirməli və korrupsiyalı davranışa 

qarşı tədbir görməli.

•  Dürüstlük təmin edilməsi təşşəbüsləri ilə bağlı çox-illik proqramlar 

tərtib etməli.

•  Ölkənin maliyyə vəziyyətindən və siyasi reallığından asılı olaraq, kor-

rupsiya risklərini minimuma endirən dürüstlüyün təmin edilməsi, şəffafl ığın  

artırılması və cavabdehliyin təkmilləşdirilməsinə yönələn, ordunun xərclərinin 

səmərəliliyini və  məhsuldarlığını saxlamaq ve möhkəmləndirmək  şərti ilə

optimal bir ortaq tapılmalı. 

•  Ordunun korrupsiyaya qarşı  əlində olan imkanlarını  və gördüyü 

tədbirləri daimi olaraq qiymətləndirməli və periodik olaraq yuxarıda deyilən 

variantların necə işlədiyini nəzərdən keçirməli.  



                                          


25

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılmasına Yönəlmiş Srateji 

Yanaşma

3-cü Fəsil

NATO və Dürüstlüyü Təmin etmə 

Təşəbbüsünün Təkamülü

NATO-nun Prinsipləri

NATO 1949-cu ildə sarsılmaz bir baxışla, ittifaqın təhlükəsizliyinin 

bölünməzliyi prinsipı əsasında, yaradılmışdır.  Altmış il keçməsinə baxma-

yaraq, NATO bu prinsiplər üzərində durmaqda davam edir və Avropa və Şi-

mali Amerikadakı müttəfi qləri arasında təhlükəsizlik məsləhətləşmələri üzrə 

əsas mərkəz kimi qalır. Bu məsləhətləşmələr, NATO ölkələrinin  əhalisinin 

və ərazisinin kollektiv müdafi əsini təmin etmək üçün transatlantik struktur-

lar vasitəsi ilə həyata keçirilir və həmçinin öz geniş miqyaslı missiyasını və 

hərbi əməliyyatlarını həyata keçirmək üçün hərbi qüvvələrin döyüş hazırlığı-

nı təmin edir.

 Ümumi baxış  və paylaşan demokratik dəyərlərin 1949-cu ildə imza-

lanmış Vaşinqton müqaviləsində  təcəssüm etdirilməsi, ittifaqa özünün əsas 

məqsədi kimi, üzv ölkələrin ərazisini müdafi ə etməklə bərabər, 21- ci əsrdə 

meydana gələn təhdidlərə münasibət bildirməyə də cavab verməyə ilham ver-

mişdir.

18

 



NATO Tərəfdaşlıqları

Avro-Atlantik inteqrasiya prosesi, dünyanın başqa ölkələri ilə NATO-nun 

münasibətlərini inkişaf etdirməklə bərabər, 1990-cı illərdən bəri hazırlanan 

müxtəlif tərəfdaşlıq proqramlarının sayəsində əhəmiyyətli dərəcədə güclənmış 

və NATO –nun siyasi çəkisini artırmışdır. Tərəfdaşlıq, dialoq və əməkdaşlıq 

vasitəsi ilə başqa ölkələrlə  əlaqələr qurmaq, ittifaqın önəmli məqsəd və 

vəzifələrindən biridir. İttifaqın dünyanın digər ölkələri ilə tərəfdaşlığı, Avro-

Atlantik məkanda və ondan kənarda stabilliyə və təhlükəsizliyə töhvə verən 

möhkəm dəyərlər üzərində qurulmuşdur. Eyni zamanda tərəfdaşların NATO-

nun missiya və əməliyyatlarına verdikləri töhvələr yüksək qiymətləndirilir. 



Avro-Atlantik Tərəfdaşlıq Şurası

18 


 NATO-nun yeni Strateji Konsepsiyası 2-1 ci əsrin təhdid və təhlükələrini qarşılamaq üçün 

2010 -cu ilin payızında Lissabon zirvə görüşündə qəbul ediləcəkdir.




26

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Ən böyük rəsmi tərəfdaşlıq forması 1997-ci ildə yaranmış Avro-Atlantik 

Tərəfdaşlıq Şurasıdır (AATŞ). AATŞ 1991-ci ildə yaranmış Şimali Atlantika 

Əməkdaşlıq Şurası-nı (ŞAƏŞ) əvəz etmişdir. 

AATŞ-in yaranması, ittifaqın və  tərəfdaşların daha sıx tərəfdaşlıq 

münasibətlərini qurmaq istəyindən və bu baxımdan tərəfl ər arasında daha ge-

niş və operativ münasibətlər qurmaq üçün, yeni bir təhlükəsizlik forumunun 

mühümlüyü reallığından doğan bir ideyanın həyata keçirilməsi  idi. 50 üzvü 

olan Avro-Atlantik Tərəfdaşlıq Şurası (28 müttəfi q və 22 tərəfdaş), müttəfi q və 

tərəfdaş ölkələr arasında dialoq və məsləhətləşmələr aparmaq üçün çoxtərəfl i 

təhlükəsizlik forumu kimi ortaya çıxdı. 

NATO, paylaşan dəyərlər və prinsiplər  əsasında,ittifaq və  tərəfdaş 

ölkələr ilə AATŞ və Sülh Naminə Tərəfdaşlıq (SNT) çərçivəsində siyasi və 

təhlükəsizlik məsələləri üzrə siyasi müzakirələr və səmərəli siyasi əməkdaşlığa 

sadiqdır. Bu dəyərlər və prinsiplər əsasında, NATO öz tərəfdaşları arasında, o 

cümlədən, strateji əhəmiyyəti olan Qafqaz və Orta Asiya bölgələrində müdafi ə 

sektorunda və başqa sahələrdə islahatların aparılmasını  dəstəkləməkdə da-

vam edir. 



NATO və NATO-nun 60 illiyi ilə əlaqədar Zirvə görüşü 

Strasburq-Kehl-də keçirilən NATO –nun 60 illik sammiti İttifaqın Av-

ropaya və geniş dünyaya,  sülh və təhlükəsizlik üzrə verdiyi böyük töhvənin 

yenidən analiz və qiymətləndirilməsi üçün bir mərasim idi. Bu sammit həm 

də, NATO-nun  Şərqi və  Cənubi Avropadakı qonşuları ilə inam, dialoq və 

əməkdaşlıq  əsnasında öz münasibətlərini dərinləşdirmək niyyətlərini ifadə 

edirdi. 

NATO-nun Avro-Atlantik məkanda sülhün və stabilliyin saxlanması 

üçün əldə etdiyi uğurlar bir çox hallarda bu uğurların öz-özünə baş verdiyi 

təsəvvürlərini yaradır. Əslində, onlar öz-özünə baş verməmişdir. Onlar aşa-

ğıdakı hadisələrdə öz əksini tapmışdır: Soyuq Müharibənin dinc yolla başa 

çatması və Varşava Müqaviləsi Təşkilatının dağılması; Avropa qitəsinin iki 

düşərgəyə bölünməsınin sona çatması; dəyərlərin və maraqların üzərində 

inşa edilən transatlantik cəmiyyətin formalaşması; ABŞ, Kanada və Avro-

pa hərbi qüvvələrinin hərbi imkanlarının inteqrasiya və koordinasiyası; yeni 

Avropa təhlükəsizlik sisteminin əməkdaşlıq üzərində qurulmasına verilən 

töhvə; və silahlara nəzarət və  tərksilah proseslərinə  nəzarət Balkanlardakı 

münaqişələrin söndürülməsinə və bu bölgələrin Avro-Atlantik məkana inteq-

rasiyasına yol açmışdır.



Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə