Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə11/163
tarix01.09.2018
ölçüsü2,9 Mb.
#66425
1   ...   7   8   9   10   11   12   13   14   ...   163

18

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

yin təkmilləşdirilməsi Millin utilitar- praqmatik perspektivini əks etdirir. 

Məsələn, utilitarlar hesab edirlər ki, günahgar o zaman cəzalandırılmalıdır ki, 

cəzanın hər hansı  çəkindirici məqsədi olsun. Onlar cəzalandirmağın özünü 

yox, cəzalandırmaq hədəsinin mühüm olduğunu hesab edirlər və  məsələni 

“optimal cəkindirməyə xidmət edən düzgün cəza müəyyən etmək” kimi qo-

yurlar.

16

Haşiyə 2.1. Emmanuel Kant və “Mənəvi Qanun daxilimizdə”:  Müdafi ə 



Sektoru Rəhbərləri üçün  Dərslər

Mənəviyyatlı adam nümunəvi xarakter daşımalıdır,elə xarakter ki,o daşıdığı 

öhdəliklərin rasional tələblərini qəbul etsin və  hətta bu cür davranışa 

məcbur edən, onu məhdudlaşdıran və  ya formasını dəyişən heç bir xarici 

stimul və ya məhdudiyyət olmasa belə. 

Hərbi rəhbərlər və zabitlər mənəvi cəhətdən layiqlı formada hərəkət edirlər 

və “mənəvi iradələri” var və hətta heç bir stimul və ya cavabdehlik formaları 

olmadığı halda onlara arxalandığımız halda, onlar bildiyi şeyləri və etməli 

olduğu işləri edəcəklər. 

Siyasətçilər cəzalandırma qorxusunu  aşağıdakı üç yolla artıra bilərlər:

1. Yaxalama ehtimalını artırmaqla;

2. Yaxalanarsa, məhkum ediləcəyi ehtimalını artırmaqla;

3. Cəzanın sərtliyini artırmaqla;

Hər bir yanaşma hüquq mühavizə sisteminin müxtəlif maddələrinə uyğun 

gəlir.

1.Qanunların pozulmasının sistemli monitorinqi və pozanların tapılıb 



həbs edilməsi (burada, şəffafl ıq aşkar etməni artırır);

2. Günahı müəyyən edən müstəqil məhkəmə (cavabdehlik, aşkar oluna-

nın məhkum edilməsini artırır); və

3. Cəzanı  həyata keçirmək üçün islahedici müəsisələr (burada cavab-

dehlik, məhkumluğa görə cərimələrin və mənimsənilmiş aktivlərin müstəqil 

dəyərləndirilməsini təmin edir)

Hüquq prosesi bahalı proses olduğundan, qanunun optimal səviyyədə 

tətbiqi korrupsiyanı tam ləğv etməsə  də onu azaldacaqdır. (Bax Şəkil 2.1 

və 2.2). Şəffafl ığın artırılması- səmərəli və məhsuldar büdcə tərtibi və mü-

hasibat sistemi qurmaq vasitəsilə müdafi ə institutlarının qurulması, iqtisadi 

və  qərar vermə vasitələrinin, müstəqil maliyyə auditlərinin, monitorinq və 

16 


İbid.,149.


19

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılmasına Yönəlmiş Srateji 

Yanaşma

nəzarət mexanizmlərinin sistemli tətbiq edilməsi və s.korrupsiya əməllərinin 

aşkar edilməsi ehtimallarını artırır.Cavabdehliyin təkmilləşdirilməsi- hüqu-

qi islahatlara yatırım qoyaraq müstəqil məhkəmələrin yaranması,qanunların 

icrası,qayda və sərəncamlar və s.-fərd aşkar olunarsa məhkum ediləcəyi ehti-

malını artırır və cərimələrin qiymətləndirilməsinə təsir edir. 



Haşiyə 2.2.  Cinayətgar Davranışın Rasionallığı Haqda Utilitar 

Nəzəriyyə

Utilitar nəzəriyyəyə görə, cəzanın ehtimalı  və  sərtliyi yüksək olduqda, 

cinayətgar seçimin ehtimalı azalır.  Erlikin (Ehrlich) empirik araşdırmaları 

göstərir ki, tutulma ehtimalının və  cəzanın sərtliyinin artması davamlı 

olaraq cinayətkarlığın artmasına mənfi   təsir etmişdir. Trumbulun(1989) 

(Trumbull) gətirdiyi dəlillər isə göstərir ki, çoxlu sayda cinayət işlərində 

həbs dönəminin sərt olması yox, həbs olunmanın özünün mühüm təsirləri 

olmuşdur.  Blok və Qeretinin (1995) ( Block &Gerety) tədqiqatlarına 

görə,cəzanın sərtliyi yox, cəzalanmaq ehtimalının artması potensial 

məhkumları cinayətgar seçimi etməkdən çəkindirir.

Bütün bu tədqiqatların nəticələri Beker-in (1968) müşahidələrini izah 

etməyə imkan vermişdir, yəni hüquqi təcrübəsi olan mütəxəssislərin 

ümumi fi kri budur ki, cəzanın sərtliyi yox, tutulma ehtimalının böyük və 

ya kiçik olmasının cinayətgar seçimə  təsiri daha çoxdur.  Bu tədqiqatlar 

geniş  tədbiq olunarsa, onda müdafi ə sektorunda şəffafl ığı artıran strateji 

yatırımlar güclü çəkindirici təsirləri ilə bu sektorda korrupsiyanı azaldar.

Mənbələr: Isaac Ehrlich, “Participation in Illegitimate Activities: A Theoretical and 

Empirical Investigation,” Journal of Political Economy 81:3 (May–June 1973): 52–65; 

William N. Trumbull, “Estimations of the Eco nomic Model of Crime Using Aggregate 

and Individual Level of Data,” Southern Economic Journal 56 (1989): 423–39; Michael 

K. Block and Vernon E. Gerety, “Some Experimental Evidence on Differences between 

Student and Prisoner Reactions to Monetary Penalties and Risk,” Journal of Legal Studies 

22(1995): 123–38.

Korrupsiyalı Davranışdan Gələn Potensial Qazancın 

Dəyişdirilməsi 

Korrupsiya əməlindən gələn potensial qazanc vəzifədə olan dövlət ada-

mının nəzarətində olan resursların miqdarından və onun bu resurslarla bağlı 

qərar verməyə nə qədər səlahiyyətli olmağından və həmçinin bu işi görmək 

üçün şəffafl ıq və cavabdehliyin ağırlıqlı olaraq səviyyəsindən asılıdır.

 Geniş  səlahiyyətlər (korrupsiyadan gözlənilən yüksək fayda) və  aşağı 




20

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

səviyyədə cavabdehliyin(aşağı səviyyədə gözlənilən itkilər) birləşməsi kor-

rupsiya yaradır. Şəffafl ıq olmadığı və məhdud alternativlər olduğu və vəzifəli 

şəxsin maaşları bazar qiymətindən aşağı olduğu zaman korrupsiya riskləri 

dramatik olaraq artır.

17

 



Haşiyə 2.3 Korrupsiyadan Gözlənilən İtkilər

Dövlət adamı, hərbi zabit və ya hərbi podratçı korrupsiyaya qoşularsa, 

nəticədə onların verəcəyi hesab aşağıdakı kimi olacaqdır:

GÖZLƏNİLƏN İTKİLƏR= MƏNƏVİ YÜK+ GÖZLƏNİLƏN CƏZA

Burada GÖZLƏNİLƏN CƏZA = (Tutulma Ehtimalı) x(Məhkum Edilmə 

Ehtimalı əgər Aşkarlanarsa) x Cərimə.

Alternativ olaraq, əgər qərar qəbul etmə şəffaf olarsa ordu rəsmilərinin 

geniş  səlahiyyətləri məhdudlaşar. Qərar qəbul etmə kriteriyalarının va-

hid və asan başa düşülən və qiymətləndirilə bilən olması  və açıq və 

ədalətli rəqabətin təmin edilməsi yolu ilə çoxlu sayda alternativ variantla-

rın ortaya çıxması şəffafl ığa gətirər (məsələn silah təhcizatı zamanı). Geniş 

səlahiyyətlər nəticəsində meydana çıxan korrupsiyalanmış davranışı daha da 

azaltmaq üçün, ordu rəsmilərinin öz rəhbərliyi, parlament komitələri və au-

ditorların qarşısında sistemli şəkildə cavabdeh olması  təmin edilməlidir və 

bu cavabdehlik təkçə prosedur və qaydaların qanuni şəkildə yerinə yetilməsi 

ilə bağlı yox (maliyə auditi), həmçinin alternativ yolların obyektiv olaraq 

qiymətləndirilməsi (idarə etmə auditi) ilə  də bağlı olmalıdır. Korrupsiya-

nı azaltma səylərini, dövlət xərclərinin məhsuldar və  səmərəli istifadəsinə 

diqqəti artırmaqla xeyirli nəticələr əldə etmək olar.

Nəhayət, korrupsiya əməllərindən faydalanmaq üçün rəsmilər yatırım 

qoyurlar- yəni aşkarlanmamaq üçün pul verirlər.  Şəffafl ıq və  məsuliyyətin 

artırılması bu cür səyləri də çox baha başa gətirir və ona görə də, korrupsi-

ya azalır. Onu da boynumuza almalıyıq ki, fərdlərin risklərə olan münasibəti 

də  fərqlidir- bir çoxları riskə getməyi istəyir, digərləri isə riskdən çəkinir. 

Riskdən qaçan fürsətçi vəzifəlilər korrupsiyaya bulaşarsa, minimal potensial 

faydalarla və yüksək gözlənilən itkilərlə xarakterizə olunan hala düşür. Ona 

görə də 2.2 Şəkilinə dönərək görərik ki, riskdən qaçan korrupsioner çox aşağı 

səviyyədə korrupsiya işləri ilə məşğul olacaqdır (kəsişmə nöqtəsi onlar üçün 

uyğundur).  

17

  Minxin Pei, “Government by Corruption”, Forbes(January26,2009).




Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə