Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə10/163
tarix01.09.2018
ölçüsü2,9 Mb.
#66425
1   ...   6   7   8   9   10   11   12   13   ...   163

15

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılmasına Yönəlmiş Srateji 

Yanaşma

2-ci Fəsil

Müdafi ə Sektorunda Dürüstlüyün 

Təmin Edilməsi və Korrupsiyanın 

Azaldılmasına Yönəlmiş Srateji 

Yanaşma

Qabaqcıl idarəçiliyin sınaqdan keçmiş prinsiplərini, mexanizmlərini və 

təcrübələrini tətbiq etməklə,  1-ci Fəsildə müzakirə edilən, korrupsiyanın 

törətdiyi sarsıdıcı itkilər geniş mənada azaldıla bilər. Korrupsiyanı minimu-

ma endirmək səyləri üçün, hökümətlərin geniş spektrdə seçimləri mövcuddur. 

Bunları aşağıdakı üç əsas kateqoriyalara bölmək olar:

•  Dürüstlüyün təmin edilməsi;

•  Şəffafl ığın artırılması; və

•  Cavabdehliyin və məsuliyyətin təkmilləşdirilməsi.

Bizə təklif edilən sadə bir strateji mexanizm nümunəsi bir növü höküməti 

təlimatlarla təmin edərək korrupsiyanı aradan qaldırmağa kömək edir. Bu 

mexanizm korrupsiyanın fəlsəfi  anlamı ilə iqtisadi perspektivini birləşdirir. 

Burada fəlsəfi  anlam böyük Alman fi losofu Emmanuel Kantın etika ilə bağlı 

fi kirləri ilə, 19-cu əsrdə yaşayan İngilis fi losofu Con Styuart Millin (John Stu-

art Mill) utilitar (praqmatik, praktik ) yanaşması ilə birgə hərəkət edir. 

Millin utilitar perspektivi Nobel mükafatı laureatı Qari Beker-in ( Gary 

Becker)  Cinayət və  Cəza:  İgdisadi Yanaşma (Crime and Punishment: An 

Economic Approach) kitabında cinayətin müasir modeli kimi yenidən üzə 

çıxmışdır

7

. Q. Beker tərəfi ndən irəli sürülən rasional cinayət nəzəriyyəsi özü-



müzü dövlət işçisinin, bürokratın və ya seçilmiş hökümət rəsmisinin yerinə 

qoymağı tələb edir. Bekerə görə, korrupsiyaya bulaşmaq imkanında olan hər 

bir fərd öz hərəkətinin potensial qazancının nə olacağını, tutularsa və ya cəza 

alırsa itirəcəyinin nə olacağını qiymətləndirir. Beker təxmin edir ki, “...fərdlər 

cinayət işindən aldıqları (qanuni işdən fərqli olaraq)daha çox maliyyə və digər 

haqqlara görə cinayətgar olurlar, bu zaman tutulmaq və məhkum edilmək və 

7

  Gary S.Becker, “Crime ad Punishment: An Economic Approach,” Journal of Political 



Economy 76(1968):169-217 


16

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

cəzanın sərtliyi ehtimalını da nəzərə alırlar”

8

.  Onun baxışlar sisteminə sonra-



lar cinayətin etik məsrəfl əri də daxil edildi

9

.      



Bu yanaşmaya görə, iki mühüm amil müdafi ə sektorunda çalışan seçil-

miş  rəsmilərin, hərbi və mülki hökümət işçilərinin, hərbi podratçıların və 

digərlərinin korrupsiyaya bulaşmasının qarşısını alır.  Birinci amil, korrup-

siyanın etik tərəfi   və  mədəniyətlə  şərtlənmiş “mənəvi yük”- dür, yəni  əgər 

fərdlər korrupsiyanı mənəviyyatsız və etikadan kənar sayırlarsa, onlar kor-

rupsiyaya girişmirlər.  İkinci,  əsas amil “Gözlənilən Cəza” sayılır – əgər 

fərdlər öz hərəkətlərini qeyri-qanuni sayırlarsa və onlar özlərinin tutulub həbs 

edilə biləcəyini başa düşürlərsə, o zaman belə hal da korrupsiyanın qarşı-

sını alır.  Bu baxımdan, korrupsiyaya girmək və ya girməmək praktikasını 

dəyərləndirən zaman, fərdlər sakitcə onun iki nəticəsini nəzərdən keçirirlər: 

1)qanunsuz hərəkətin etik və mənəvi yükləri; və 2)həbs olunub, cəzalanmaq 

ehtimalı.  Sonra bu nəticələr, potensial alınacaq məbləğ ilə müqayisə olunur.

Şəkil 2.1- ə baxdıqda görürük ki, korrupsiyadan gələn qazancın az və 

korrupsiyanın gətirəcəyi itkinin çox olduğunu qəbul edərək, fürsət gözləyən 

hər hansı  rəsmi, gələn qazancın gözlənilən itkidən çox olduğu zaman kor-

rupsiyaya girişməyə cəhd edər. Korrupsiyanın gətirdiyi itkilərin cəmiyyətin 

mənəviyyatına vurduğu zərəri ilə  bərabər, iqtisadiyyatın da pozulmasına 

gətirir və nəticədə ölkədəki xidmətlərin qiymətlərini qaldırır və ümumi iqti-

sadi yüksəlişi aşağı salır.  Bu baxımdan, korrupsiyalı davranışı azaltmaq iki 

yolla başa gələ bilər: hiss edilən ən yüksək faydanı azaltmaq və ya gözlənilən 

ən böyük itkini artırmaq yolu ilə.

 

                                                                                      



 Şəkil 2.1: Korrupsiya Əməllərinin Gətirdiyi İtkilər və Faydalar

8

  lbid.,176.



9

 

 Michael K. Block and John Heineke, “A Labor Theoretic Analysis of the Criminal 



Choice”, The American Economic review 63:3(1975):314-25.

 

Qazanc və



itkilərin pul

ekvivalenti    

 Ən yüksək qazanc

Ən böyük itki 



Korrupsiya hallarının sayı 

Korrupsiya halları




17

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılmasına Yönəlmiş Srateji 

Yanaşma

Korrupsiyalanmış Davranışın Yaradacağı İtkilərin Miqda-

rının Dəyişdirilməsi

Korrupsiyaya girmək niyyətində olan fərdin itirəcyi, mənəviyyat və 

cəzalanmaq ehtimalıdır. Bəs nə üçün kimsə mənəviyyat haqda düşünməlidir? 

Bu suala klassik fi losofl ar müxtəlif cür cavablar verirlər

10

.

•  Özünün ağıllı təbiətinə sadiq qalma zərurəti  (Kant);



•  Özünü təkmilləşdirmə və öz imkanlarını ifadə etmə(Aristotel);  və ya  

•  Sosial xaos və müharibənin qarşısını almaq üçün, öz vətəndaşları qar-

şısında götürülən öhdəliklərin yerinə yetirilməsi zəruridir (Hobbes).

Kantın konsepsiyasına görə “mənəviyyat nümunəvi xarakter daşımalı-

dır, elə xarakter ki,o daşıdığı öhdəliklərin rasional tələblərini qəbul etsin və 

hətta bu cür davranışa məcbur edən, onu məhdudlaşdıran və  ya formasını 

dəyişən heç bir xarici stimul və ya məhdudiyyətin olmadığı halda belə”

11



Kant “Mənəvi Qanunun daxilimizdə olması” və “zəruri öhdəliklər” haqda da-

nışır.Kanta görə, biz, nəticəsindən asılı olmayaraq öz ohdəliklərimizi yerinə 

yetirməliyik”

12

. Kanta görə, biz mənəvi cəhətdən layiqli formada hərəkət edi-



rik və bizim “mənəvi iradəmiz” var və hətta heç bir stimul və ya cavabdeh-

lik formaları olmadığı halda da “bizə arxalanıb bizim bildiyimiz şeylərə və 

etməli olduğumuz işlərə”  arxalanırlar.

13

 Sonda, bizim özümüzü mənəviyyatlı 



aparmamız üçün heç bir xarici məcburetmə və ya təşviq forması olmalı deyil.

Jon Stuart-ın “utilitar” məktəbi Kantın etik yanaşması ilə tam ziddiyyət 

təşkil edir. O iddia edir ki, “yanılabilən insanlar kimi biz həmişə qanuna 

riayət etmək üçün ...mənəvi nədənlərlə hərəkət etmirik”.

14

  Tarixə əsaslanmış 



mədəniyyət təməlli mənəviyyat haqda müasir düşüncənin, “ədalət, bərabərlik 

və qanun aliliyini bərqərar etmək üçün sosial və siyasi öhdəliklərlə qarışması 

lazımdır”.

15

Bir tərəfdən, dürüstlük, Kantın etika üzrə  fi kirlərini dəstəkləyir.Etik 



tərbiyə, mədəni şüurun artırılması, rəsmi və qeyri rəsmi davranış formaları-

nın formalaşdırılması, ad-san, ideyalar və köklü dəyərlərə hörmət edilməsi, 

şərəf kimi dəyərlərin yüksək tutulması korrupsiyalı  fəaliyyətin  “Mənəvi 

Yükünü” artırır. Digər tərəfdən,  şəffafl ığın artırılması  və cavabdehli-

10 

George Lucas and William Rubel, eds., The Moral Foundations of Leadership (Boston, 



MA: Pearson Education, 2004), 116.

11

  İbid., 184.



12 

 İbid., 133.

13

  İbid., 161.



14

  İbid., 386.

15 

 İbid., 159.




Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə